Архив тегов | yollarda

Robert FROST GEDİRƏM!

(AWAY!)

Bu dünyanı tərk edib,

Yollardayam nə vaxtdır.

Başmaqlarım hələ ki

Rahatdır, salamatdır.

 

Qaldı dostlar, aşnalar

Şəhərdə. İndi mənsiz

İçdiyiniz nuş ola,

Dağıla qərd-qəminiz.

 

Mən cənnət didərgini,

Adəm-Həvva deyiləm

Ki, işığı tərk edib,

Zülmətə doğru gedəm.

 

Unut bu əfsanəni,

Yox qalımda-gedimdə

İradəsi kimsənin.

Hər qərar öz əlimdə.

 

Bəlkə haqq, bəlkə nahaq,

Bir sətrə bir nəğmədən

Boyun əymişəm ancaq:

“Yola çıxmalıyam mən!”

 

Qayıdardım bəlkə də

Ölümdən sonra əgər

Görüb-götürdüklərim

Məni peşman eləyə…