GÖZZƏL BİRLİK…

İlham Əliyev deyib ki, “hökumətlə xalq birdir”. Bu, doğrudan da belədir. Başqa ölkələrdə hökumət qazancı xalqla bölür, hərə öz pyına düşəni götürür, yəni ortada etibar yoxdur. Ancaq Azərbaycan hökuməti satdığı neftin pulunu xalqa təklif edəndə xalq deyir:

-Yox, yox, biz pulu neynirik, alıb itirərik, oğurladarıq, ya da səfeh-səfeh şeylərə xərclərik, bizim puk saxlamağa ağlımız çatmaz, elə özünüz saxlayın, xərcləyin, biz birik, aramızda siz-biz söhbəti ola bilməz…

Hökumətdə də pul o qədər çoxalır ki, axırda üşaqlarının əlinə verirlər: “xalq götürmür, aparın oynadın” deyirlər…

Hökumət uşaqları da pulu götürüb qaça-qaça gedirlər başqa ölkələrə, başlayırlar oynamağa, oynatmağa…

İngilislər, fransızlar, almanlar bizim xalqın hökumətlə birliyini görüb məəttəl qalırlar. “Gözzəl hökumət, gözzəl xalq!” deyib ah çəkirlər…

Оставьте комментарий