Marina TSVETAYEVA Daha baş-başayıq — məni yediniz…

                     

 

Квиты – вами я объедена…                  

Daha baş-başayıq – məni yediniz,

Mən də yazıb sizi bəzədim tamam.

Nahar masasında olar yeriniz,

Yazı masasına mən qoyularam.

+

Dadını bilmədim çox təamların,

Çünki sevindirib məni zərrə də.

Qədərindən artıq çünki cənablar,

Həm uzun-uzadı siz yeyirdiniz.

+

Hər  kəs bu dünyada öz yerindədir,

Hər kəsin öz işi, məşğələsi var.

Bu yer, bu iş bizə müəyyənlənib

Dünyaya gəlməzdən nə qədər qabaq:

+

Sizdə gəyirtilər, məndə kitablar,

Sisdə trüfellər, məndəsə dəftər.

Sizdə behişt barı, məndə qələm var,

Sizdə həftəbecər, məndəsə əsər.

+

Matəm şamları tək ayağıqalın —

Bitər başınızda sizin qulançar.

Zolaqlı süfrə tək yollar açılsın,

Gedin, gəlişiniz olmasın ancaq.

+

Havana siqarı alıb damağa,

Sizə üfürərik – acı yaş gələ.

Holland kətanından süfrə ərmağan

Sizə — bu süfrədən kəfən biçilə.

+

Bəlkə də süfrəni hayıf bilərək,

Yaxın bir çalaya – iyli və murdar –

Süfrədən qırıntı, tör-töküntü tək,

Sizin hamınızı çırpıb atarlar.

+

Göyərçin kimi yox ruh sinənizdən,

Axta xoruz kimi “pırr” edib itər.

Torpağa elə lüt qoyularam mən,

Orda qoşa qanad bədəni örtər.

1933

tərcümə: 13-15 oktyabr 2014, Samara

+++++++++++++++++++++++

Марина Цветаева

«Квиты: вами я объедена…»

Квиты: вами я объедена,
Мною – живописаны.
Вас положат – на обеденный,
А меня – на письменный.
Оттого что, йотой счастлива,
Яств иных не ведала.
Оттого что слишком часто вы,
Долго вы обедали.

Всяк на выбранном заранее –

Месте своего деяния,
Своего радения:

Вы – с отрыжками, я – с книжками,
С трюфелем, я – с грифелем,
Вы – с оливками, я – с рифмами,
С пикулем, я – с дактилем.

В головах – свечами смертными
Спаржа толстоногая.
Полосатая десертная
Скатерть вам – дорогою!

Табачку пыхнем гаванского
Слева вам – и справа вам.
Полотняная голландская
Скатерть вам – да саваном!

А чтоб скатертью не тратиться –
В яму, место низкое,
Вытряхнут
С крошками, с огрызками.

Каплуном-то вместо голубя
– Порх! душа – при вскрытии.
А меня положат – голую:
Два крыла прикрытием.

Конец июля 1933

Оставить комментарий