“QARABAĞ ORDUSU”? HANI QARABAĞLILAR?

Müharibə vaxtı tərəflərin dezinformasiyadan istifadə etməsində təzə və qeyri-adi heç nə yoxdur. Ancaq dezinformasiya daxilə yönəlibsə, bu, xalqı, ordunu təhqir edir. Mən hələ ölənlərin xatirəsini demirəm.

Eynulla Fətullayev ağır itkiləri rəhbərliyin tapşırığı ilə ya elə rəhbərliyə yarınmaq məqsədiylə doğrultmaöa çalışıraraq Haqqin.az saytında “Əkbər Həsənov” təxəllüsüylə yazır ki, Qarabağda ermənilərin Ermənistan ordusuyla Azərbaycanın Qarabağ ordusu vuruşur. Yəni Qarabağda vuruşan azərbaycanlılar hamısı qarabağlıdırlar.

Bu, həlak olmuş lənkəranlıların, masalılıların, cəlilabadlıların, salyanlıların, neftçalalıların, şamaxılıların, tərtərlilərin, imişlililərin xatirəsinə söyüş deyilmi? Hanı ölənlər arasında cəbrayıllılar, şuşalılar, zəngilanlılar, qudalılılar, laçınlılar, ağdamılar, füzulilər və başqaları? Ölənlər siyahısında, səhv etmirəmsə, bir nəfər Zəngilan əsilli əsgər var. Bəlkə ondan başqaları da olub. Ancaq döyüşən Qarabağ ordusu deyil, Qarabağdan uzaq rayonlardan olan kasıb kənd uşaqlarıdır.

Əlbəttə, hökumət, müdafiə nazirliyi hər vasitə ilə ağır itkiləri doğruldacaq, yenə iyirmi il ərzində olduğu kimi xalqın başını tovlayacaq. Ancaq atalar deyib ki, yalan ayaq tutar, yeriməz. İndiki yalanların da üstü bir vaxt açılacaq.

O ki qalda qarabağlı ordusua, belə ordu gərək olaydı. Cəbrayılın, Qubadlının, Zəngilanın, Şuşanın, Kəlbəcərin bütün idarəçilik qurumları var, qaçqın statusu olanlar son illərə qədər çoxlu güzəştlər alıblar. Və bu ərazilərdən olan ailələrin uşaqlarınnn əsgərlər, zabitlər içərisində olmamağı ya çox az olmağı cəmiyyəti düşündürməlidir. Vətən, əlbəttə, hamınındır. Ancaq vətəni naxçıvanlılara və qeyri-naxçıvanlılara biz aylrmamışıq… İndi də lənkəranlı, şamaxılı, salyanlı ilə Qarabağ əsilli cavanların, kişilərin  çiyin-çiyinə vuruşmağı nəinki arzuolunandır, bu, tələbdir…