UİLYAM ŞEKSPİR. 130-CU SONET

                                      UİLYAM ŞEKSPİR

        130-CU SONET

              My mistress’ eyes are nothing like the sun;
Coral is far more red than her lips’ red…

 

Bənzəri gözlərinin yox günəşə,

Daha aldır dodağından mərcan
Qar kimi ağ deyil əsmər sinəsi,

Saçı məftil kimi qara, burulan.

 

Dəməşq qızılgülü var qırmzı, ağ,

Bənzəməz onlara yanaqları da.

Daha gözəl və xoş ətirlər var,

Nəfəsindən onun gələn qoxudan.

 

Necə sevsəm də yarın nitqini mən,

Daha xoşdur, bilirəm, nəğmə səsi.

Necə gəzir ilahə, görməmişəm,

Mənim yarımsa torpaq üstdə gəzir.

 

Bilirəm mən, yenə çatmaz amma,

         Saxta tərifli gözəllər yarıma.

    

 

İngiliscədən tərcümə

29.09.16

Samara

Реклама