ŞARL BODLER. UĞURSUZLUQ

ŞARL BODLER

         UĞURSUZLUQ

         (GUİGNON)

                   Pour soulever un poids si lourd,
                  Sisyphe, il faudrait ton courage!

 

Məndə sənin şücaətin olsa,

Sizif, ağır bu yükü qaldıraram.

İşə, tər tökməyə hərçənd varam,

Sənətə vaxt gərək, ömürsə qısa.

 

 

Cəlallı məqbərələrdən çox uzaq,
Kasıb və tənha qəbiristanda.

Ürəyim  dəfn marşının asta,

Ritmini bağlı təbil tək vuracaq.

 

Nə qədər dünyada qiymətsiz olan,

Gömülüb torpağa, çıxmış yaddan.

Və yatır burğudan, külüngdən iraq.

 

Çox çiçək var ki, təəssüflə saçır,

Ətrini, sanki bizə sirr açır.

Sevdiyi təkliyə sadiq qalaraq.

 

Fransızcadan tərcümə

08.10.2016

Samara