İSLAM OYUNLARI: FUTBOL REPORTAJI

islamiada.jpg

Əziz tamaşaçılar! Yəqin hamınız yaxşı gördünüz ki, indicə müdafiəçi Azadi topu əllə saxladı. Bunu hakim Demoktari də gördü və oyunu saxladı. İndi görək o nə qərar çıxaracaq. Azərbaycan çempionatında belə hallarda əllə oynamış futbolçu Kürdəxanı türməsinə gğndərillir. Ancaq İslamiadanın öz qaydaları var. Aha! Hakim Demokrati idman cərrahı Mehribanini meydana dəvət edir. Cərrah Mehribani çantasını açıb bıçağını çıxarır və bir zərbə ilə müdafiəçinin əlini kəsib atır! Stadion alqışlardan titrəyir! Hamı ayağa qalxır! Hakimin fitiylə oyun davam edir və əlsiz biləyi sarınmış müdafiəçi Azadi də öz mğövqeyini tutur…