BİT BAZARI

Bəlkə də həvəsdir, bəlkə azardır –

Hərdən dolaşıram bit bazarında.

Bazar da durmadan uzanır, artır,

Bilmirsən əvvəli, sonu hardadır.

Bəlkə qabağını alan olmasa,
Bu böyük şəhəri bürüyüb basar.

Tökülüb asfalta dünyanın malı,

Pal-paltar, qab-qacaq, hər avadanlıq.

Hər janrda dünya ədəbiyyatı,

Ürəyin istəyən ayağın altda.

Qatı açılmamış yatacaq da var,

Sərilib cürbəcür ayaqqabılar.

Hardadır onları geyənlər indi?

Orda hansı geyim, hansı gəzinti?..

Döşənib asfalta dünyanın malı,

Gərəkli-gərəksiz alınıb qalan.

Güvə dağıdanı, kif basanı da,

Satılır, alınır bit bazarında.

Nə satanam burda, nə də ki alan,

Gəzirəm, baxıram ancaq haçandan.

Ürəyimdən keçir özünü birdən,

Yıxıb asfallt üstə nalə çəkəsən,

Sonrasa əynində olanları da,

Soyunub tökəsən bit bazarında…

25.07 – 30.07, 2017

Samara