
OSİP MANDELŞTAM
MƏNZİL
Квартира тиха как бумага…
Bir kağız sükütu mənzili alıb,
Bər-bəzəksiz, sadədir.
Batareyaların borularıyla,
Su pıqqıldayıb gedir.
Donub qurbağa tək durub telefon
Şələ-şülə qaydada.
Gözə dəyən nə var Nuh əyyamından
Qalıb, ürək dağlayar.
Xaraba divar da elə bil yuxa,
Hara qaçıb gedəsən?
Gic kimi darağı ağzıma sıxıb,
Gərək çalam kiməsə.
Həyasız komsomol təşkilatından,
Tələbə nəğməsindən.
Partada əyləşən cəlladlara da,
Cikkildəmək öyrədəm.
Pay kitablarıdır oxuduqlarım,
Dinlərəm çıxışları.
Kolxoz bəyi yatır xumarlanaraq,
Mən də layla çalıram.
Hansısa plakat, şüar yaradan,
Kolxoz yununu didən.
Ya da mürəkkəbə qan qarışdıran,
Düşəydi belə dərdə.
“Təmizləmələr”də duz tək əriyən
Şərəfli adamsatan,
Arvad-uşağını yedirən, yeyən,
Baş tapar bu hoqqadan.
Və gör hər eyhamda sancan, ağrıdan,
Gizlənb nə qədər kin.
Nekrasov çəkici vurub burada,
Bütün mıxları sanki.
Çeşməsi yerinə İpokrenanın,
Qədim qorxu axını,
Qoy dolsun xaltura divarlarına,
Bu xaraba daxmanın.
Noyabr 1933
Ruscadan tərcümə
21-22 oktyabr 2017
Samara