ANNA AXMATOVA
STALİNİN MÜDAFİƏÇİLƏRİ
Onlardı qışqıran: “Yox, Varavvanı,
Bayram şərəfinə azad elə sən!”
Onlardı Sokrata zəhər camını,
Zindan guşəsində verib içirdən.
Onların böhtançı ağızlarına,
Elə o camdakı içkidən axa
Zülmü, işgəncəni həzz sayanların,
Yetim qoyanların milyon uşağı.
25 noyabr 1962
Ruscadan tərcümə
06.1.17
Samara