
Dünyada artıqlar, əlavələr var,
Onların məskəni üfüq arxası.
(Adları məlumat kitablarına
Düşmür, evlərisə — zibil çalası).
Boşlar, tıxanmışlar var bu dünyada,
Peyin çağırılar adı dinməzin.
Palçıq da çiyrinir təkərlər altda,
Mismar – sizin ipək ətəyinizə.
Gözəgörünməzlər var bu dünyada,
(Nişan: cüzamlının xüsusi rəngi!)
Dünyada Əyyublar var ki, Əyyuba,
Edə bilərdilər qibtə, nədən ki:
Şairik, səfilik xalq nəzərində,
Elə ki məcradan çıxırıq amma,
İlahə istərik alaq Tanrıdan,
Düşərik bakirə iddiasına.
23 aprel 1923
Ruscadan tərcümə
Samara