How can my muse want subject to invent…
Qaçarmı ilhamım mövzu dalınca
Nəfəsin axırsa şeirlərimə?
Duyğu oyadırsan sən elə incə,
Yazmağa hər adi kağız yaramır.
Özünə sağol de, yazılarımda,
Nəsə tapsan əgər diqqətə dəyən.
Sənsən təxəyyülü alovlandıran,
Gərək gözsüz ola səni öyməyən.
On dəfə üstün ol doqquz Muzadan,
Onuncu Muzaya dönüb, dəyərdə.
Qoy elə yazsın ki, sənə üz tutan,
Oxunsun əsəri uzaq əsrdə.
Sadə şerimi kim bu gün bəyənsə,
Bilsin əməyimin ilhamı sənsən.
İngiliscədən tərcümə
26-27.01.2018
Samara