Архив | 08.07.2020

GÖYDƏLƏN

 

s poduşkoy

Ah, ucalır gör necə bu göydələn,
Gözdən itir zirvə — buludlardadır.

Anlamaq olmur necə qalxır, nədən,
Ustası, kərpickəsəni hardadır.

 

 

Kim oraya toplamış özbəkləri? —
Tər axıdır işdə, dayanmır əkə.

Qorxusu yox, zirvədə quş tək səkir
Bəlkə auldan sarı xiffət çəkə.

 

 

Bax, bu krandır. Hanı bəs qülləsi?

Bəlkə də yeddinci qata baş vurur.

Kərpici bəlkə elə göylər kəsir,
Həm axıdır palçığı, həm daş verir.

 

 

 

Vaxt ötə, tezliklə bu Babil bitə,
Gur çırağıyla bəzəyə göyləri.

Şükr eləyib Allaha özbək gedə,
Tikməyə bundan da uca öyləri.

 

 

Ah, mən olam kaş o evin sakini,
Ən yuxarı mərtəbədə mənzilim.

Ən uzaq ulduzlara həsrət çəkim,
Ən yaxın ulduzlara çatsın əlim…

 

08.07. 2020, Samara