Архив по авторам | Xeyrulla Xəyal

ZEYNƏB XANLAROVA

05.07. 2019

        1960-cı illər

Kosmosa uçan il Yuri Qaqarin,
Kennedi ağ evə gəldiyi vaxtda,
Bizim xalqımız da qalmadı geri,
Böyük bir hadisə yaratdı o da.

=

Radio vardısa evində kimin,
Bir gün eşidildi səsi Zeynəbin.

Bu səs oxşamırdı heç kimininkinə,

Bu həm doğma səsdi, həm də əcnəbi.

=

Dinəndə çaşdırar, məəttəl qoyar,
Başında tükləri ürpədər həm də.

Oxuyan nə Fatma Mehralıyeva,

Nə Şövkət, nə Sara, Tükəzban nə də.

=

Yoxdu televizor kənddə o vaxtlar,
Şəklini görən də Zeynəbin azdı.

Tək-tük qrammafon valı alanlar,

Görə bilərdilər şəklini üzdə.

=

Bu zalım qızıının, deyirdi hamı,
Bəlkə də gözəldir özü səsindən.

Baxışı ilan tək çalır adamı,
Bir də görürsən ki, alışır bədən…

=

Gəldi televizor dövranı sonra,

Kimin gücü çatdı, aldı kənddə də.

Cib dəsmalı boyda ekran, ağ-qara,
Verdiyi sevincsə dünyalar qədər.

=

Leonid Brejnev, Axundov Vəli —

Rəhbərlər gəldilər evlərə birdən.

Hərdən Əliağa, hərdən Lütvəli,

Gəldi Nəsibəylə  Bəşir də hərdən.

=

Yığışıb qonşuda futbola baxdıq,
Ağladııq baxaraq “Leyli-Məcnun”a.

Gözlədik il boyu Məşədibadı,

Gülüşdük qarnımız cırılanacan…

=

Sonra  qasırğa tək gəldi elə bil
Xanlarova  Zeynəb televizora.

Tanrı qəzəbi tək tək şığıdı qəfil,

Gəldi, camaatı saldı azara.

=

Qolu, çiyni açıq, sinəsi açıq,

İşvəli gözlərdə ocaq qalanmış.

Vardısa bir azca müsəlmançılıq,
Çıxdı axırına əndamı yanmış.

=

Dayanan deyilmiş səhnədə müti,

Açdı qollarını, oynadı zalım.

Sən bu kişilərdə gör məşəqqəti,

Hərənin çəkdiyi içində qalıb.

=

Baxır qaşqabaqlı Məmmədhüseyn,
Deyir «kim buraxır bunu bu halda”.

Qardaşı Ərəstun gülür, əksinə,

Deyir “səsi qəşəng, oynamağı da”.

=

“Sakit olun!” deyir Böyükkişə,
Özü oxuyandır, dəyər verəndir.

Ətirlənib gəlib, əyni də təzə,

Zeynəb ona baxır elə bil indi…

=

Durub qabağında televizorun,
Özünü Zeynəbə oxşadır Atlas.

Deyir məndə ola bəzəyi bunun,
Vallah,  gözəllikdə mənə tay olmaz…

=

Başını bulayır Tükəzban xala,
Düşür sümüyünə səsi Zeynəbin.

Deyir “əyni-başı abırlı ola,

Neynək, oynasın da, axı nə eybi…”

=

Əlini əlinə vurur Şiralı,
“Yaxşı qulaq asın, deyir, mənə siz,

Bizim qız-gəlin də, daha az qalıb,

Belə geyinəcək, görəcəksiniz…”

=

Əsəbi qatılır debata Yavər.

 “Əşşi, bir köpüklük oxuyan deyil”.

Əsir dodaqları, üzü, boynu tər,

Şeytanla döyüşə girib elə bil…

=

Gəldi dağlı qızı, gəldi qəfildən,
İtirdi özünü bizim kənd yazıq.

Dəyişdi baş-beyin, dəyişdi bədən,

Dəyişdi hərarət, nəbz və təzyiq.

=

Bilindi su deyil axan damarda,
Qandır — qaynamaqdır qanın xassəsi.

Günahkar yaradıb bizi yaradan,
Günah tək şirindi Zeynəbin səsi…

06-08. 09. 2020, Samara

FYODOR TYÜTÇEV. ÇALAĞAN

    TYÜTÇEV

Şığıyıb qalxdı düzəndən çalağan,
Bax, indi üstdədir buludlardan.

Hərlənir, fırlanır uzaqlaşaraq,
Üfüqü aşdı, görünmür o daha.



İki qüdrətli, iki canlı qanad,
Verilibdir və keçir göydə həyat.

Mənsə tər, çirk içindəyəm burda,
Günü yer sultanının torpaqda!..
                                     1830

 

Ruscadan tərcümə

02.09. 2020, Samara

 

 

С поляны коршун поднялся,
Высоко к небу он взвился;
Все выше, дале вьется он —
И вот ушел за небосклон.

 


Природа-мать ему дала
Два мощных, два живых крыла —
А я здесь в поте и в пыли,
Я, царь земли, прирос к земли!..

DƏVƏ

20.03. 2020

Ah, bu nə görkəm, bu nə əndazədir,
Sadə bir heyvan yox, o, şahzadədir!

=

Dağ kimidir, zirvədir hürgücləri,
Əjdaha çıxsın önünə — güc gələr.

=

Ah, bu ayaqlar necə də möhtəşəm!

Gör nə çevik, cazibəli boynu həm!

=

Ah, nə yarıqdır dodağı üstdəki,
Daş da yarar dişləri almaz təki!

=

Ac və susuz, əzmlə səhra aşar,
Tarixi üstündə dolanmış bəşər.

=

Hərbini görmüş neçə min illərin,
Yoldaşı olmuş ulu Peyğəmbərin.

=

Bəlkə deyilmişdir o vaxtlar hələ:

“Allahın heyvanısan indən belə…”

=

Sonra kitablarla beli yüklənib,
Yol gedib aylarla, gəlib ölkəmə…

31. 08. 2020, Samara

GİYOM APOLLİNER. PİŞİK

apolliner

Deyirəm bir evim olaydı belə:

Ağıllı bir qadın, danışa, gülə,
Kitabların üstdə pişiyim yata,

İl boyu ev dolu dostlarım gələ

Yoxsa bunlar  əgər, yoxdur həyat da.

fransızcadan tərcümə

30.08. 2020, Samara

Le Chat

Guillaume Apollinaire

Je souhaite dans ma maison :
Une femme ayant sa raison,
Un chat passant parmi les livres,
Des amis en toute saison
Sans lesquels je ne peux pas vivre.

Guillaume Apollinaire, Le Bestiaire, ou Cortège d’Orphée, 1911

GİYOM APOLLİNER. TIRTIL

apolliner

Vara, zənginliyə  işdir aparan,
Zavallı şairlər, siz də iş görün!

Tırtıl zəhmət çəkir nəfəs almadan,
Zəngin kəpənəyə bir gün o dönür.

Fransızcadan tərcümə

29.08. 2020, Samara

La chenille

Guillaume Apollinaire

Le travail mène à la richesse.
Pauvres poètes, travaillons !
La chenille en peinant sans cesse
Devient le riche papillon.

Guillaume Apollinaire, Le Bestiaire, ou Cortège d’Orphée, 1911

«PƏNCƏRƏDƏN BAX, MƏMƏ, YA ÇIX YOLA…»

məmə, aprel 2013

Pəncərədən bax, məmə, ya çıx yola,
Alnına qaldır əlini, bax yola.

=

Sorğuya tut, olsa yanından keçən,
Al xəbər əvvəlcə Süleymanı sən.

=

Həm maşınından, həm özündən soruş,

Gör necədir oğlu, qızından soruş.

=

Gör necədr indi Ağənnən, məmə,
Yaş axıdırmı yenə, dərdin mənə…

=

Vardı bir oğlun da, de, qürbətləri,
Gör neçə ildir dolaşır sərsəri…

=

Sonra qayıt gəl, evinə gir yenə,
Sal yadına Salmanı,  hönkür yenə…

28.08. 2020, Samara

YOXSA DƏRD – SEVİNC DƏ BİLMƏRİK NƏDİR…

25.09.18

Məmmədağa Əhədliyə

Leybnits deyənlər əgər doğrusa,                                                           

Başqa dünyalarla müqayisədə,

Bizim dünyamızdan yaxşısı yoxsa,

Elə bu ömür də insana bəsdir.

===========================

Çətin sevindirər davamlananda,
Zülmü ağır olar məhkəmələrin.

Sənə bu dünyada nəşə daddıran,
Hər şey orda günah sayılar yəqin.

=============================

Sevinclə keçərsə gündüzün, gecən,
Nə ağrın olarsa, azarın nə də.

Özün bu halından sən bezəcəksən,

Yoxsa dərd —  sevinc də bilinməz nədir.

================================

Xurma kölgəsində, su qırağında,
Başımız altında gül mütəkkələr.

Yuxuya getmərik, qurdalanaq ha,

Çünki canı yormaz ağır əməklər.

=========================

Şirin yuxu olar ən ümdə istək,
Bezdirər məzəsi  hurilərin də.

Yata da bilimərik yuxuda görək
Azarı, tanıyaq  dadını dərdin…

27.08. 2020, Samara

“AH ANA, NƏ GÖZƏL ZADSAN…”

1

“Ah, nə gözəl zaddır ana!” söyləyən!

Hamıdan üstünsən həqiqətdə sən.

 

 

Dildə, fikirdə elə söz harda kı,
Qüdrəti əks etsin o varlıqdakı.

 

 

Sevgilərin ilki – ana sevgisi,

Qopsa qiyamət də silinməz izi.

 

 

Hər necə övladı mürəkkəbdisə,
Çatmasa anlam da, ana hiss edər.

 

 

Qayğısına möhtacıq hər yaşda da,

Getdisə, övladı yetimlik yaşar.

 

Getdisə, dünyada adamsız, təkik,

Sanki gedir ölkə də, qürbətdəyik.

 

 

“Ah, nə gözəl zaddır ana!” söyləyən,
Ən uca tərif demisən bəlkə  sən…

22.08. 2020, Samara

CON KİTS. BURA, BURA, SEVGİ, GƏL…


CON KİTS

 

John Keats

(1795-1821)

 

Bura, bura, sevgi, gəl,

Bu, bir kölgəli çəmən.

Bura, bura, sevgi, gəl,

Var ürəyin istəyən.

 

Bura, bura, şəkərim —

Həndəvər sunərgizi

Bura, bura, şəkərim!
Ləçəklərdə şeh izi!

 

Bura, bura, əzizim,
Gəl, nəfəs gətir təzə.

Bura, bura,əzizim!
Gəl bu xoş günü bəzə!

 

Hərçənd anın nəşəsi
Uçub gedir bir anda —

Hərçınd eşq xəzinəsi,

Bir anda dağılandır, —

 

Bitməmiş hələ ansa —

Yaxın, yaxındır, inan!–

Beləcə uzanansa,
Əziz, əzizdir bu an!

 

Sevgi, sevgidir bura,
Sovqatını göndərən.

Ölüm gələ, apara —
Razı ölərəm hökmən!

İngiliscədən tərcümə

19-20. 2020, Samara

 

John Keats

Hither, Hither, Love

Hither hither, love—
      ‘Tis a shady mead—
Hither, hither, love!
      Let us feed and feed! Читать далее

UİLYAM VORDSVORT. GÖYQURŞAĞI

Haçan göyqurşağı görürəmsə mən,
Ürəyim sinəmdə coşar, çırpınar.

Beləydi lap körpə  çağımdan mənim

Böyüdüm, duyğumsa yenə də həmin. 

Belə olacaqdır son günüməcən,
Yoxsa həyatımın nə mənası var!

Dünənki Uşaqdır bugünkü Ata;

Ömür günlərimi istəyirəm ki,

Bağlaya həmişə təbiət eşqi.

 

İngiliscədən tərcümə

16-17.08. 2020, Samara

 

My Heart Leaps Up

William Wordsworth- 1770-1850

My heart leaps up when I behold 
   A rainbow in the sky: Читать далее