Архивы

ЛУЧШЕ ОСТАНЕМСЯ ДОМА СО СВОИМ МУСОРОМ

Собираемся отмечать годовщину Ходжалы – в зале ни одного ветерана…

Собираемся отмечать годовщину январских событий, то есть подавления азербайджанской революции – в зале одни контрреволюционеры и реакционеры…

Собираемся отмечать юбилей созданной под руководством Мамедамина Расулзаде Первой республики —  в зале одни алиевцы и идолопоклонники…

Может, лучше не собираться и никуда не ходить?  Сидеть дома с мусором в голове —  сказано же «не выносить сор из избы»…

SALYANIN TARİXİ UŞAQ TOYLARIYLA BAŞLANIB…

Salyanın 2 800 illik tarixini sübut edən yazılı abidə Cındıra məhəllədə tapılmış bir dəvətnamədir. Bu qiymətli sənəd uşaq toyuna dəvətdir. Toy 2775 il bundan qabaq olub, ancaq məclisin başlanma vaxtı “gün batana yaxın” kimi göstərilib, çünki o vaxtlar saat olmayıb.

Qeyd edək ki, bu sənədin bu günə gəlib çıxması möcüzədir. Dörd nömrəli məktəbin bir şagirdi bu nadir yazılı abidəyə yaxşı ot büküb çıkmək istəyəndə, tarix müəllimi təsadüfən görüb ağzından alıb…

SALYAN — TARİXİ BIÇAQLA YAZILMIŞ NADİR ŞƏHƏRDİR

Salyanda indiyəcən tapılmış ən qədim maddi abidə yaşının 2 700-ə qədər olunduğu güman edilən bıçaqdır. Bıçağın dəstəyində “Qoçu” sözü aydın oxunur. Təəssüf ki, qoçunun adı silinmişdir. Hazırda Salyan xəstəxanasının alim həkimləri bıçaqda quruyub qalmış qanı öyrənirlər.

QƏDİM SALYANDA ŞƏNLİKLƏR

Azərbaycanın incilərindən olan Salyan bu günlərdə 2 800 illiyini qeyd etmişdir. Şənliklər şəhərin ən qədim memarlıq abidəsi olan Heydər Əliyev parkında keçirilmişdir.

«O YAN-BU YAN ELƏSƏ, SALACAM DAMA…»

Məşədi İbad Gülnaza nişanlananda öz-özünə deyir: “Qorxuram o cür evdə böyümüş qızın ürəyi burda darıxa” və o dəqiqə də əlavə edir: “Ağzı nədir, sabah dükana gedəndə yekə bir qıfıl alacağam, qapını qıfıllayacağam, o yan-bu yan eləsə də, döyəcəyəm”.

 İlham Əliyevlə Xədicə İsmayılovanını mübasibətləri də elə bunu xatırlaıdır. Avropaları görüb gəlmiş Xədicənin Azərbaycanda darıxacağından qorxan İlham Əliyev onu qıfıllayır…

Valllah, belə görünür ki, İlham Əliyev Xədicəyə vurulub…

ADLARIMIZ AD DEYİL, ƏMƏK KİTABÇASIDIR…

Xeyli azərbaycanlı adları var ki, onlar addan çox xasiyyətnamədir, arayışdır və hətta əmək kitabçasıdır.

Məsələn, Həsənqulu!

Bu adı eşidən kimi bilirsən ki, bu adamın işinin adı nədir, bilirsən ki, Həsənin yanında qulluq edir, Həsənin yanında qulluq edən adamın xasiyyətini də təxmin etmək olar. Bu insandan arayış da istəmək artıqdır, adından hər şey bilinir.

Heydərqulu!

Bəh-bəh! Vaxtında mənim adımı Heydərqulu qoysaydılar, indi mən kişinin oğlundan yaxşı pensiya da istəyə bilərdim…

Çox təəccüblənirəm ki, niyə indi azərbaycanlılar oğlan uşaqlarının adını İlhamqulu qiymurlar. Gözəl addlır! Həm də elə bil ki, uşaq anadan olandan prezident aparatında işləyir…

Bəh-bəh…

Əvvəllər mənim yanımda deyəndə ki, gözzzəl milətik, cin atına minirdim. İndi bu adlar yadıma düşdü, gördüm doğrudan da gözzzəl millətik…

Mirzə Əlil

12.10. 2014

SƏNİN DƏ NOBELİN ÖLDÜ…

Əkrəm Əylisli səhər tezdən durub nəvəsinə deyir:

  • Bala, televizoru aç, görək Nobeldən nə deyirlər.

Nəvəsi deyir:

  • Baba, Nobel yüz ildir ölüb, ondan nə deyəcəklər?

Əylisli məzəmmətlə başını yelləyir.

  • Bala, mən o Nobeli demirəm, mən öz Nobelimi deyirəm…

Oğlu söhbətə qarışır:

  • Ata, başın sağ olsun, sənin Nobelin də öldü…

Mirzə Əlil

FÜZULİ YAXŞI DEYİB…

CEYHUNUN UŞAQLARI

OLDU ƏTRAFIMIZA CƏM, FÜZULİ, ƏTFAL,

GƏL DUTALIM BU SİPAH İLƏ CÜNUN KİŞVƏRİNİ…

SEVİNC

27-LƏR POEMASI

 

 

Məclisi guruldadı,

Bakıda Müsavatın.

Nitq dedi İsa bəy,

Uca tribunadan.

Hələ eşidilməyib,

Tayı belə dokladın.

Kişilər papaq atdı,
Ağladı neçə qadın.

Qəşş elədi ürəyi

Yeddi-səkkiz arvadın.

Qəmbər dedi: “gedirəm,

Təzə başqan yaradın!”

Onda pərdə dalına,

Cəm oldu kişi-qadın.

Səs verdilər, qanunu,

Bir qram da pozmadan.

Sayb dedilər: “Arif,

İndi başqandır adın”.

Adı ikinci gəlib,

İbadoğlu Qubadın”.

Heç xoşuna gələrmi

Bu iş bir demokratın?

İndi dəstə bağlayır,

İbadoğlu durmadan.

Deyirmən istəmirəm,

Qarın cırıb qanadım.

MTN-ə yazaram,

Pozulmaz mənim andım!

06.10.2014 Samara

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN MANISI VƏ ŞTİRLİTSİN MAHNISI

Azərbaycanda “sünnət” toyları o qədər çoxalıb ki, fikirləşirsən bəlkə hər oğlan uşağı üzərində bu ritualı bir neçə dəfə icra edirlər…

Belə toyların biri mən avqust ayında kənddəykən yaxın qonşuluqda oldu, səhərəcən çaldılar və səhərəcən gözümü yummadım. Oxuyan da vardı, çalanlar da bir neçə nəfərdi, ancaq toyu aparan gitaraçı manıs idi. Etiraf etmək lazımdır ki, manısın yaxşı barmaqları vardı, fasiləsiz bir neçə saat ərzində çaldığına baxmayaraq xaric vurmurdu. Ancaq mən yatmaq istəyirdim, tərdən döşəyə bitişmiş halda bu həngamənin haçan bitəcəyini gözləməkdən səbrim kəsilmişdi, buna görə bu çalğı mənə heç bir kef ver vermirdi və bu toylarda çalınan havaların həvəskarı da deyiləm. Ən qəribəsi o idi ki, hər on-on beş dəqiqədən bir manıs Ştirlitsin mahnısını çalırdı. Mən filriləşirdim ki, bu yəqin rəqslər arasında musuqi pauzası kimi bir şeydir, çünki Ştirlitsin mahnisını oynamaq olmaz. Ancaq sabahkı gün qonşumuz and içdi ki, Ştirlitsin mahnısını elə oynamaq üçün çaldırırlar və çox da qəşəmg oynayırlar.

Mən çox çalışdım təsəvvür edəm ki, bu mahnını azərbaycanlı kişilər necə oynayırlar və bunu oynamaq üçün nə qədər araq içmək lazımdır. Təsəvvür edə bilmədim. Yəqin təsəvvürün özü üçün də xeyli vurmaq lazımdır, mən də ki vurmuram…

Xatırladıram ki, Ştirlitsin mahnisını erməni bəstəkar Mikael Tarıverdiyev yazıb…

Mirzə ƏLİL