Архивы

“YAXDI SULAR MƏNİ RUHUMA QƏDƏR…”

Kitabda deyilir Yunus peyğəmbər,
Baxmadı Tanrının buyuruğuna.

Dənizə üz tutdu, mindi gəmiyə,
Tanrı nəzərindən bəlkə yayına.

+

Tanrı da əsdirdi elə bir külək,
Dalğa fırtınadan göyə ucaldı.

Gəmi çalxalanır xırda qayıq tək,

Elə bil indicə dağılacaqdı.

+

Qorxu içindəydi gəmidəkilər;

Yalvarır hər biri öz allahına.

Dedilər püşk atsaq, bəlkə bilərik,

Kimdir içimizdə günahkar buna.

+

Püşk Yunusa düşdü. Biləndə sonra,
Tanrı buyruğundan qaçıb bu insan,
Qorxdu gəmiçilər, Yunus onlara,

Dedi atın nəni suya durmadan.

+

Dənizdə fırtına mənəm törədən,

Yatacaq, gəmidən məni atsanız.

Yalvarıb Tanrıya gəmiçilər də,
Yunusu atdılar, uyudu dəniz.

+

Böyük balinaya Tanrı buyurdu,

Ki, udsun Yunusu. Yunus beləcə,
Balığın qarnında oturdu, durdu
Kitab deyən düzsə, üç gün, üç gecə.

+

Ordaca Tanrını  Yunus çağırdı:

İlahi, qərq etdin məni girdaba,

Axınlar itidir, həm də ağırdır.

Baş üstü sulardr, ayaq altı da.

+

Yaxdı sular məni ruhuma qədər,
Bürüyüb başımı dəniz otları.

Əl açsam, dağların kökünə dəyər,
Çıxar cəhənnəmdən sən məni, Tanrı.

+

Çıxar məni, burdan, İlahi, çıxar,

Çıxmaram hökmündən sənin bir daha…

Eşidib hökm etdi Tanrı balığa,

Yunusu quruya atdı balıq da…

+

Hərdən elə gəlir, Tanrı deyəndən,
Haçansa çıxmışam, yola düşmüşəm.

Gəmiyə minən tək, dənizdə birdən,
Fırtına başlanıb, püşk düşüb mənə,

+

Dənizə atıblar, dəniz uyuyub…
Məni ruhumacan bürüdü sular.

Üç gün? Əlli ildir boynumu əyib,
Haylaram – Tanrımsa hələ ki susar…

27.11. 2019, Samara

PEDMƏKTƏB YOLDAŞIM SAHİB HACIYEVƏ               

Sentyabr ayı, altmış səkkiz,

On beş yaşımız da ola-olmaya.

Çətin alışırdıq yad şəhərə biz,
Şəhər də nə şəhər – ürək dağlayan…

 

 

Adı yöndəmsizdi özündən artıq,
Evləri hamamsız, taxtabitili.

Mağazalar kasıb, bazar bahalıq,
Məktəb bufetçisi cibin qatili…

 

 

O yaşda canavar iştahı olur,
Qarnımız doymurdu, niyə gizlədək,

Amma dolanışıq, yemək korluğu,

Heç nəydi qüssəylə müqayisədə.

 

 

 

“Dura bilmirəm ey!”… dedin bir dəfə,

Məktəbin yanında sən ağlayaraq.

Mən gedə bilirdim evə hər həftə,
Sənsə Qubadlıdan… Qubadlı uzaq…

 

 

 

İl keçdi, öyrəşdin qərib həyata,

Şirvan iqliminə öyrəşən kimi.

Yaş yox, cin çıxırdı gözündən daha,

Qanı damarında qaynayan kişi…

 

 

Qardaş, indi necə? Dura bilirsən?

Təhsilmi, tətilmi Bakı həyatın?

Yoldasan? Gedirsən ya da gəlirsən?

Cibində hazırmı qatar biletin?

 

 

Dərdini nə dəvə, at çəkər nə də

Həsrətin sığışmaz eşalonlara.

Ancaq üzülməsin ümidlərin də,

Gözündən cin çıxsın yaşla bərabər.

 

26.11. 2019, Samara

“MƏN SİZİ SEVİRDİM…”

“Mən sizi sevirdim…” Neçə kinoda,

Nə qədər şeirdə, romanda söylər,

Ya kişi qadına, əksinə ya da,

Sevirdi… şahiddir eşqinə göylər…

 

 

İndi o sevgidən qalan nədir bəs,

Acımı, şirinmi —  xatirədirsə?

“Sevirdim…” Yaddaşdan gələndir bu səs,

Nə eşq? — yaddaş ona əgər yerdisə…

 

 

Sevgi zamanının keçmişi yoxdur,
İndiyə qalmayan sevgi deyildir.

“Yanıldım… aldatdım” deməyə qorxur,
Deyirik “sevirdim sizi” min ildir…

 

15.11. 2019, Samara

FƏRHAD MƏMMƏDOVUN MƏZARI

farhad _Məmmədov.jpg

Adlı inşaatçı, mühəndis kişi!

Beləmi özünə sən gün ağladın?

Qəbrinin üstündə xaç dikəldilib,

Yatırsan xaçpərəst məzarlığında…

 

 

Ağamusa oğlu, müsəlman oğlu!

Qəbrinin üstündə bu dəsgah nədir?

Xaça meyidini keçirdi oğlun,
Qəbrin həm qəribdir, həm qəribədir.

 

 

Yerin rahatdırmı, mühəndis cənab?

Belə deməmişdin axı özün sən.

Varmı sorğu-sual? Tapırsan cavab?

Qiyamət gəlməmiş qiyamətdəsən.

 

 

Məhəmmədov Fərhad Ağamusoviç!

Xaç altında yatan qərib soydaşım.

Həm sənə söyüşdür, xaça həm söyüş,
Əcayib həm qəbrin, həm qəbir daşın.

 

 

Haçaya keçirib sanki kəlləni,
Səni müqəvvaya döndərib oğlun.

Yerlim, çaşdırırsan gedib-gələni,

Adına nə əklil, nə də xaç uyğun.

 

 

Elinə, dilinə yaddı övladın,
Malına, puluna hərisdi ancaq.

Öldün, ölündən də şərəfi aldı,
Müsəlman qəbrinə xaçı sancaraq.

 

 

 

Ağamusa oğlu! Ağamusoviç!

İndi qazandığın, yığdığın harda?

Kim görür qəbrində xaçı, xaç çəkir,

Sənsə çevrilirsən bəlkə məzarda…

 

13.11. 2019, Samara

MƏN BU QƏDƏR DEMƏMİŞDİM…

26 SENT 2019. 2

Bu ömür nə uzandı, ah,
Yaxınlaşır yetmişi də!

Əfəllərəm bu gün-sabah,

Mən bu qədər deməmişdim…

 

 

Gedib atam, gedib anam,
Gedib bacım, qardaşım da.

Cavanlardan utanıram –

Mən bu qədər deməmişdim…

 

 

Seçmək olmur günü gündən,
Seçmək olmur yazı qışdan.

Tarix olub təvəllüdüm –

Mən bu qədər deməmişdim…

 

 

Ömürlər də, ölümlər də,
Tanrım, sənin öz işindir.

Sözdür, indi deyirəm də —

Mən bu qədər deməmişdim…

 

05. 11. 2019

Samara

ALEKSANDR PUŞKİN “NƏ OLUB, A QARDAŞ, NƏDİR, DE, DƏRDİN…”

ПУШКИН

Nə olub, a qardaş, nədir, de, dərdin,
Küfr deyənlər tək kül kimi rəngin.

Göyə millənibdir başında tüklər,
Gizlətmə, bir hasar dalında bəlkə,

Səni bir xanımla yaxalayıblar,
Ya bəlkə gözətçi səni oğruya,
Bənzədib, ağacla dalınca düşüb,

Tanrı qəzəbinə gələrək ya da,
Qəfildən sağalmaz azara düşüb,

Bəlkə başlamısan şeir yazmağa?

1825

Ruscadan tərcümə

17.10. 2019, Samara

 

Что с тобой, скажи мне, братец…

 

Что с тобой, скажи мне, братец.
Бледен ты, как святотатец,
Волоса стоят горой!
Или с девой молодой
Пойман был ты у забора,
И, приняв тебя за вора,
Сторож гнался за тобой,
Иль смущен ты привиденьем,
Иль за тяжкие грехи,
Мучась диким вдохновеньем,
Сочиняешь ты стихи?

ŞƏKİL

1983 MOSKVA

Salyan, 1960-cı illər

Hərdən, iki ildə bəlkə bir dəfə,
Kənddə baş verərdi böyük hadisə.

Salyana gedirdik şəkil çəkdirək,
Həmişə bayramdı o vaxt şəkilsə.

+

Uzaqda əsgərlik çəkən qardaşın,
Şəkil istəyirdi qəribsəyərək.

Ya məktəbdə yaxşı gedirsə işin,
Şəklin vurulaydı lövhəyə gərək.

+

Axşamdan başımız sabunlanırdı,
Abra salınırdı nimdaş əyin də.

Gecə ilə dönür, hey uzanırdı,
Gözlərimiz elə pəncərədəydi.

+

Səbir tükənirdi keçincə Kürü,

Elə bil aşırdı  kolaz dənizi.

Alabaş avtobus yolda sürünür,
Amma çatdırırdı Salyana bizi.

+

Atelyeyə girib qayğılanırdıq.
Pərdələr asılıb, yerdə xalça var.

Dumandan süzülən işıq yanırdı,

Dayınıb ortada hazır aparat.

+

Keçib otururduq, əsir əl-ayaq,
Sinədən mühərrik səsi ucalır.

Şəkilçəkən usta yaxınlaşaraq,

Başını laxladıb  yerinə salır.

+

Boynunu gah sağa, sola gah burur,

Çəkilib gözünün içinə baxır.

Əlləri üstündə az qala durur,

Birdən çırtma çalır, otaqdan çıxır.

+

Qayıdıb başına atır örtüyü,
Silaha bənzəyir indi üçayaq.

Elə bil indicə çəkib tətiyi,

Fotoqraf sinənə güllə sancacaq.

+

“Qırpma gözlərini! — əmr edir usta,

Birdən ürəyinin kəsilir səsi.

Şaqqıltı…Alışma… Sən daha yoxsan,
Lentə düşüb qaldı xatirən, əksin…

+

Sonra kimin yolu Salyana düşsə,
Alıb gətirirdi şəklini kəndə.

Baxırdın – həm sənsən, deyilsən həm sən,

Əsərdin, müəllif  — şəkilçəkəndi.

+

Sanki vuruluruq çəkilən zaman,
Sinəni qurğuşun deşir elə bil.

Hər anda yaşayır, ölürük hər an,
Yaslı xatirədir çəkilən şəkil…

10-11. 10. 2019

Samara

«ALİ AĞACINDA BƏŞƏRİYƏTİN…»

TYÜTÇEV

Ali ağacında bəşəriyyətin,
Sən onun ən yaxşı yarpağı idin.

Təmiz şirəsilə tərbiyələndin,

Təmiz şüaları körpə tək əmdin!

 

 

Böyük ürəyinə onun hamıdan,

Həmahəng sən idin, nəğmən ucaydı.

Tufanla danışdın nəbi tək, ya da

Zərif  küləklərlə şən-şən oynadın.

 

 

Nə dəli küləklər, nə leysan idi,

Səni budağından ayıran, üzən.

Çoxundan yaşarı, həm də gözəldin,
Əklildən düşən tək düşdün özün sən.

Ruscadan tərcümə

02.10. 2019, Samara

QEYD: Şeir Götenin ölümüylə bağlı yazılıb

 

Памяти Гете

На древе человечества высоком

Ты лучшим был его листом,

Воспитанный его чистейшим соком,

Развит чистейшим солнечным лучом! Читать далее

FYODOR TYÜTÇEV. “ELƏ Kİ YAŞ KEÇİR, ƏFƏLLƏŞİRİK…”

TYÜTÇEV

 

Elə ki, yaş keç keçir, əfəlləşirik,

Baxmır sözümüzə əl-ayaq daha,

Onda biz ahıllar gərək yer verək,
Kim ki indilərdə gəlir dünyaya.

 

 

 

Tanrı, özün saxla sən bizi onda,
Darürək qınaqdan, giley-güzardan.

Böhtandan, qeybətdən, kindən, acıqdan,
Həyat yenilənən, dəyişən zaman.

 

 

Didməsin ürəyi qurd kimi nifrət.

Dünya göz önündə təzələnəndə,
Görəndə qurulurtəzə ziyafət,
Təzə qonaqları məzələndə.

 

 

Ödün dağılmasın başa düşəndə,
Daha aparmayır bizi axınlar,
Özgə çağırışlar vaxtıdır indi,

İndi özgələrdir önə çıxanlar.

 

Bizi indiyəcən çılğın hisslərin
Saxla dərinlərdə yatanlarından.

Xəcillikdir qoca ehtirasları,

Qoca sevgisinin özündən hətta.

 

1866, sentyabr

Ruscadan tərcümə

22-23.09. 2019, Samara

 

Ф. И. Тютчев. «Когда дряхлеющие силы…»

 

Когда дряхлеющие силы
Нам начинают изменять
И мы должны, как старожилы,
Пришельцам новым место дать, –

 

 

Спаси тогда нас, добрый гений,
От малодушных укоризн,
От клеветы, от озлоблений
На изменяющую жизнь;

 

 

От чувства затаенной злости
На обновляющийся мир,
Где новые садятся гости
За уготованный им пир;

 

 

От желчи горького сознанья,
Что нас поток уж не несет
И что другие есть призванья,
Другие вызваны вперед;

 

 

Ото всего, что тем задорней,
Чем глубже крылось с давних пор,
И старческой любви позорней
Сварливый старческий задор.

Начало сентября 1866

FYODOR TYÜTÇEV.  “TANRIM, SEVİNC PAYI O KƏSƏ GÖNDƏR…”

 

TYÜTÇEV

Tanrım, sevinc payı o kəsə göndər,

Kim yayın müsibət istilərində.

Daş yolla özünü sürüyüb gedər,
Dilənçi tək bağın həndəvərindən –

 

 

 

Kim çəpər dalından baxır ötəri,
Görür kölgəliyi, otu, çiçəyi.

Zəngin və işıqlı çəmənliklərin

Sərini bilir ki, qisməti deyil.

 

 

Bilir ki, ağaclar onun xətrinə,

Salmır qonaqpərvər kölgələrini.

Nə də duman kimi bu fəvvarənin

Başı ondan ötrü göyə millənir.

 

 

Mavi mağaracıq əbəs cəlb edir,
Onun nəzərini duman içindən,

Bilir fəvvarənin şeh gilələri,

Zavallı başını sığallar nə də.

 

 

 

Tanrım, sevinc payı o kəsə göndər,

Kim yayın müsibət istilərində.

Daş yolla özünü sürüyüb gedər,
Dilənçi tək bağın həndəvərindən.

İyul 1850

Ruscadan tərcümə

20-21. 09. 2019

Samara

 

Ф. И. Тютчев. «Пошли, господь, свою отраду…»

 

Пошли, господь, свою отраду
Тому, кто в летний жар и зной
Как бедный нищий мимо саду
Бредет по жесткой мостовой – Читать далее