OPERETTA: «NEFT VƏ DİLƏNÇİLƏR SƏLTƏNƏTİNDƏ»

 

АСЛАН ШАХ 2

Ey nazirlər, üzüm gülmür bu gün nədən,

Qara qanlar axıb gedir ürəyimdən.

Neft dəyərdən düşüb getdi,

Fironluğum sona yetdi…

EL ÇAPO KÜRDƏXANIYA GƏTİRİLƏ BİLƏR

Azərbaycan hökuməti Meksika hökumətinə müraciət edərək narkobaron El Çaponu Kürdəxanıda saxlamağa hazı olduğunu bildirmişdir. Azərbaycan hökumətinin müraciətində deyilir:  “Azərbaycan türməsindən indiyəcən heç kim qaça bilməyib. Bizdə dustaq saxlamaq texnologiyaları 22-ci əsr səviyyəsindədir”.

Əvəzində Azərbaycan hömüməti istəyir ki, meksikalılar öndərin heykəlini yenə qaytarıb qoysunlar Mexiko parkına.

 

 

ŞEFİ QARDAŞ…

HİCRAN

  • Şefi qardaş, sənə toyda dollar lazım olacaq. Mən ucuz dəyişirəm, iki manata, Elmanda bahadır. Bir zənbil gətirmişəm, dəyişək, toyacan olacaq üç manata…

BU GÜN ÖLƏN ŞAİRDİRSƏ, AZƏRBAYCAN POEZİYASI OTUZ İLDİR ÖLÜB…

Əlbəttə, Allah rəhmət eləsin…

Ancaq Zəlimxan Yaqub şairdirmi?

Məzmun bir yana qalsın, professionallığın və ən azı ibdidai filoloji hazırlığın göstəricisi olan qafiyələrə baxaq:

SİZ MƏNİ QINAMAZSINIZ

 Hədər, kədər, qədər

Quş, tuş, unutmuş

MƏNİM PEZİYAM

 yaşında, başında, yaddaşında

Yağımda, çağımda, yanağımda

Ahında, şahında, dərgahında

NAHAQ ENDİK O DAĞLARIN BAŞINDAN

Yardı, qardı, ucalardı

Quş, tuş, daş

Haxlamır, saxlamır, laxlamır (!-X.X.)

Ağ, sağ, dağ

İLK ANDIMIZ, SON ANDIMIZ TURANDI

Can, qan, yan

NƏ DİL BİLSİN, NƏ DODAQ

Sözüm, gözüm, dözüm

Dayanmaq, danmaq, yanmaq

Üzüm, gözüm, düzüm.

Əgər bu, “yüksək” Azərbaycan poeziyasıdırsa, kül olub Azərbaycan poeziyasının başına...

НА КОГО, НА КОГО, МЕРАБ ИЛЬИЧ…

«Генерального прокурора» Южной Осетии Мераба Чигоева насмерть сбил автомобиль. На пустом месте. Надо сказать, что покойный сам был пустое место и занимал тоже пустое место.
Многие задаются вопросом: какого хрена Генеральный прокурор в «стране» с населением в тридцать тысяч человек?
Но более уместен другой вопрос: зачем стране с населением в тридцать тысяч человек автомобиль?

ZƏLİMXAN YAQUB XAHİŞ EDİB Kİ, ONUN TƏQAÜDÜNÜ SEYMUR BAYCANA VERSİNLƏR

Nüfuzlu İnternet-portal Yüzval.az dünyasını təzəcə dəyişmiş xalq şairi Zəlimxan Yaqubun yazılı vəsiyyətindən fraqmentlər dərc edib. Vəsiyyətnamənin çox hissəsi şeirlə yazılıb.

Gedirəm, od vurun kitablarıma,

Alışıb-yananda basdırın məni.

Dahi sənətkaram, adım-sanım var,
Fəxri xiyabanda basdırın məni.

Ulu öndərimdi mənim ilhamım,

Öndərin yanında basdırın məni.

Bundan əlavə, mərhum xalq şairi prezidentdən xahiş edir ki, onun indiyəcən aldığı təqaüdü bundan sonra Seymur Baycana versinlər.

 

BİLQEYS

БИЛЬГЕЙС ГАХ

Bilqyes uzaqdadır,

Şimaldadır, Qaxdadır.

Xeyri babanın canı, 

Bu gözəl uşaqdadır.

MƏŞƏDİ, BEŞ MİNİ DOLLARLA GƏRƏK VERƏSƏN…

  • MEŞEDİ 2
  • Məşədi, mən səninlə qohumluğu özümə şərəf bilirəm… Ancaq pulu səndən dollarla alacam.
  •  A kişi, a Rüstəm bəy, biz axı beş min manata danışmışdıq.
  •  Məşədi, mən nə biləydim manatın başına kül olacaq? Beş min dollar! Bir sent də aşağı düşmərəm. Özün bilirsən ki, qıza namizəd çoxdur.
  •  A Rüstəm bəy, axı bu qədər dolları bang mənə satmayacaq.
  • Məşədi, Elman bizim adamdır, əmiuşağıyıq, get denən Gülnaz xanımın adaxılsısan, nə qədər istəsən, dəyişəcək