RADYARD KİPLİNG. ALİ ŞÖHRƏT

RADYARD KİPLİNQ

Ümidlə işləsək, çəkəcək onda
Oyuna çəkən tək hökmən o bizi.

O davam edəcək biz olmayanda,
O da yaşadacaq adlarımızı,
Qəbirdaşlarınmız əyiləndə də,
Və yazı üstündən pozulan zaman,
Bol məhsul gətirər hər il, yenidən.

Sürü də, ilxı da, əməkçi insan!

ilk dəfə 1908-ci ildə nəşr edilib

ingiliscədən tərcümə

27.11. 2024, Samara

+++++++++++++++++

RUDYARD KİPLİNQ

Gloria

 

Work with the hope that lures us on
Headlong to the game;
This shall last when we are gone,
This shall bear our name.
When the tombstone tilts awry.
When the date is blurred.
This shall bear abundantly
Mower, flock, and herd.

«ALA-BULA» YA «ALA, BULA?» BƏLKƏ «BOZ KEÇİ, BOMBOZ KEÇİ?»

salyan stansiya

Yüz il də olmasa, yüz ilə yaxın bundan əvvəl ibtidai sinif müəllimi işlədiyim vaxtlar yadıma düşür, Samaranın qədim küçələrini gəzərkən memarlıq abidəsi kimi qorunan abidələrə baxıb estetik zövq almaq əvəzinə gözümün qabağına sinif otağını gətirirəm, “Xoruz” ya “Keçi” şeirini deyən uşaqların səslərini eşidirəm…

“Ala-bula boz keçi…”

Əlbəttə, bu, Azərbaycan poeziyasının qənirsiz şedevridir…

Bu şeiri dil açan kimi öyrənmiş, həyət-bacada min dəfə təkrar eləmiş uşaqlar onu sinif yoldaşlarının qabağında ifa eləyəndə dərin həyəcan keçirir, qızarır, tərləyirdilər. Elə bil ki, hərbi and içib döyüşə yollanacaqdılar…

Mən də həyəcanlanırdım, elə bil ki, məni də bu körpə əsgərlərə qoşub basacaqdılar müharibəyə…

Bir qız şeirin bir yerində ustad müəllifə düzəliş verirdi.

Bir qurd çıxsa qarşına,
Sən nə gedərsən ona?

Qız çox inadkar uşaq idi, nə qədər çalışrdımsa, elə “edərsən” əvəzinə “gedərsən” deyirdi. Elə bil ki, keçi canavarla qumar oynayacaq, əlində də bir sanballı kart yoxdur..

Sən nə gedərsən ona…

Bıçaq sümüyə dayanırdı. Ya mən, ya da o!

Qız qaldı birinci sinifdə…

Bu günlərdə mən elə bil ki, nağıllarda deyilən kimi, qəflət yuxusundan ayıldım. Mənə bir əsrdən sonra çatdı ki, şeiri mən özüm də yaxşı başa düşmürmüşəm. Gərək müəllimliyi elə birinci ilin sonunda bitirəydim.

Necə yəni “ala-bula, boz”?

Keçi ala-buladır ya bozdur?

“Ala-bula” nədir?

Lüğətin birində oxuyuruq: “Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır.”

Başqa bir klüğətdə: “Rəngbərəng xallardan, zolaqlardan ibarət, cürbəcür rənglərə boyanmış, müxtəlif rəngli”.

Deməli, keçi ala-buladırsa, boz deyil, bozdursa, ala-bula deyil…

Bu, bir yana. “Ala-bula” defislə yazılsa da, bir vurğu ilə deyilməlidir, çünki “bula”nın təklikdə mənası yoxdur. İndi diqqətli olun: “ala-bula” bir vurğu ilə deyiləndə ritm pozulur, hecanın biri itir, ona görə misra axsayır. Ona görə bu şeir dərsliklərə salınandan, dilə-ağıza düşəndən, “ala” ilə “bula” arasında pauza edirik, yəni “ala” ilə “bula” arasında, kobud şəkildə desək, vergül qoyuruq. Yəni “ala” və “bula” olur iki müxtəlif rəng. Və biz müəllimlər, sözün mənasına fikir vermədən, özümüz uşaqlardan tələb edirdik ki, “ala” ilə “bula” arasında nəfəs alsınlar.

Ala, bula boz keçi…

Yəni nəsil-nəsil uşaqları azdırmışıq. Azərbaycan millətinə vurulan zehniyyət ziyanı ölçüyə gəlməz…

Bəlkə də millətimizin bütün problemlərinin kökü elə bu “Keçi” şeirindədir…

Niyə ölkə türməyə çevrilib?

“Sən nə gedərsən ona…”

Millət elə bil üzü üzlər görmüş şulerlə qumar oynayır…

“Sən nə gedərsən…”

Şeirin birinci misrası qüsurludur, ancaq bu qüsur onun şedevrliyinə az xələl gətirir. “Keçi” şeiri Hüseyn Cavidin “İblis”i ilə bir səviyyədə dura biləcək sənət incisidir.

“Keçi” şeirinin dərin simvolizmində heç Şekspirdə olmayan dinamizm var. Diqqətlə fikir versəniz, görərsiniz ki, bu günün ictima-siyasi kontekstində, xüsusən Azərbaycan reallığında çoban və canavar iki müxtəlif personaj deyil, bir personajın iki təzahürüdür. Yəni canavar eyni zamanda çobandır. Və ya çoban eyni zamanda canavardır…

Vəziyyətdən çıxış yolu varmı?

Bəlkə “ala-bula”nı tamam ataq? Məsələn, belə başlayaq:

“Boz keçi, bomboz keçi,

Ay qoşa buynuz keçi!”

Necədir? Hər şey düzəlmirmi? Axı Azərbaycan həyatında əlvanlıq, alabulalıq, müxtəliflik çoxdan itib gedib. Bir boz rəng qalıb…

Füzulu demişkən, “candan usandıran”, gözləri yoran, ürəyi ağrıdan bozluq…

X.X.

03. 12. 2024, Samara

RADYARD KİPLİNQ. XATIRLARAM KİMƏM MƏN…

eleph_wild4

Xatırlaram kiməm mən. Kəndirdən və ciyədən daha yorulmuşam mən,

Yada düşər qabaqkı gücüm və meşələrdə gördüyüm bütün işlər.

Daha satan deyiləm belimi bir neçə dərz şəkər qamışına mən,

Gohum-qardaş yanına üz tutaram, mənə də məskən olar meşələr.

 +

Gedərəm bütün günü, hava qaralanacan, açılanacan səhər,

Dadaram küləklərin məsum öpüşlərini, saf sular çəkər sığal.

Sındıraram dirəyi, düşməz heç yadıma ki, topuğumda həlqə var,

Sevimli yoldaşlara qoşulub oynayaram, bilmədən nədir ağa.

ingiliscədən tərcümə

26.11. 2024, Samara

+++++++++++++

RUDYARD KIPLING

I will remember what I was

 

I will remember what I was.  I am sick of rope and chain—

    I will remember my old strength and all my forest-affairs.

I will not sell my back to man for a bundle of sugar-cane.

    I will go out to my own kind, and the wood-folk in their lairs.

 

 

I will go out until the day, until the morning break,

    Out to the winds’ untainted kiss, the waters’ clean caress.

I will forget my ankle-ring and snap my picket-stake.

    I will revisit my lost loves, and playmates masterless!

RADYARD KIPLINQ. TƏLXƏK

RADYARD KİPLİNQ

Üç dərəcəsi var bəxtəvərliyin,

Ayaqaltısında Tanrı taxtının

Sahibi olacaq ən uca yerin,
Kim oda atılır, ölümə yaxın
Gedir qardaşını xilas naminə,
Tanrının qüdrəti belə bilinər!

 +

Üç dərəcəsi var bəxtəvərliyin,

Cənnət bağlarında, budur həqiqət.

O kəs sahibidir ikinci yerin,

Verib qardaşına gözəl məsləhət,

Məhvdən ruhunu onun qurtarar,
Tanrının Cəlalı çünki orda var!

 +

Bəxtəvərliyin üç dərəcəsi var,

Üç kəsə sakindir bəxtəvər məkan,

O kəs ən aşağı pilləni tutar,

Ruha xilas gəlib zarafatından.

Qardaşının ruhu indi məzədə,

Ordadır mələklər ancaq özü də!

 

1911

ingiliscədən tərcümə

24-25. 2024, Samara

++++++++++++++++++

RUFYARD KİLİNG

The Jester

 

There are three degrees of bliss

At the foot of Allah’s Throne

And the highest place is his

Who saves a brother’s soul

At peril of his own.

There is the Power made known! Читать далее

MƏN UŞAQ OLANDA ELƏ GƏLİRDİ…

20230721_135628

Mən uşaq olanda, yadıma gəlir,
Adamlar ayrı cür qocalırdılar

Ayrı cür olurdu əyində paltar,

Tamam dəyişirdi səs də elə bil.

 +

Qocalar ayrı cür danışardılar,
Sözlər işlədərək biz anlamayan,

Baxaraq ətrafa oğrun anbaan —

Elə bil vaxt qoyan, ya da güdən var.

 +

Yaşın az da olsa, başa düşürdün,
Bunların hər biri müvəqqətidir.

Tez ya gec harasa hər biri gedir,

İtir gözlərindən hərəsi bir gün.

 +

Onlar da elə bil tələsirdilər,
Acıqlı olan da, üzügülər də.

Səfeh uşaq idik, elə gəlirdi,

Məzədir onları gözləyən səfər.

 +

Yox, o qocalara bənzəmirik biz,

Biz də geyinirik cavan geyəni.

Sözümüz gənclərin sözüylə eyni,
Şuxuq, əyilməyib çox da qəddimiz.

 +

Hərçənd ya sübh çağı, ya axşam olcaq,

Ürək təlaşlanır – bilmirik niyə.

Elə bil alıblar səfərbərliyə,

Haçan apararlar – bilinmir ancaq…

 

30.11. 2024, Samara

RADYARD KIPLINQ. CEYN SMIT

RADYARD KİPLİNQ

Səfərə çıxmışdım qış günündə mən,
Kimsəsiz bir düzdən yolum keçirdi,

Quş səsi gəlmirdi həndəvərimdən,

Və həmin gün hava çox soyuq idi.

 +

Fayton atlarının sayı dörd idi,
Ağdılar (birisə qaraydı hərçənd)

Dayanmadan onlar çapıb gedirdi,

Sürət də, deyim ki, kefin istəyən.

 +

Yanda xırdaca qız göründü birdən,
Yaman üzgün idi, arıq idi həm.

“Ser, lütfən faytona məni mindirin,

Anama bu cini gərək çatdıram.”

+

Dedim: “Min faytona, sevimli bala,
Əlbəttə, mənimlə gedə bilərsən.

Qorxma, çatdırarsan, gedib mənimlə,

Anana bu həyat suyunu hökmən.

 +

Amma meyxanaçı soyuq və sərtdi,

Dedi anasının hesabı çoxdan,

Yazılıb qapıya vurulub, indi,

Özün də görərsən, yaxşıca baxsan.

 +

Gözümün yaşıyla hesabı sildim,
Borcunu ödədim meyxananın mən,

On üç yaşlı qızsa faytona mindi,

Apardım anası olan yerəcən.

 +

Ayırır bizi xoş xatirələrdən,

Keçmiş hərçənd çılğın dalğalarıyla.,
Heç vaxt o səfəri unutmaram mən,

Ruhumu tərk ütməz o xoşbəxt bala.

1884

ingiliscədən tərcümə

20-21. 11. 2024, Samara

++++++++++++++++

RUDYARD KİPLİNG

Jane Smith

I journeyed, on a winter’s day,

   Across the lonely wold;

No bird did sing upon the spray,

   And it was very cold. Читать далее

      PİŞİK

                       

                                                                                                              unudulmaz səslər

Ərəbqardaşbəyli. Cahangir kişinin yurdu. Həyətin qabağnda Raziyə xala qonşusu hardansa gələn Şirali Bədəlovu görür.

— Buy, ay Şiralı, diyəsən Bəkidən gəlirsən?

— Bəkidən gələnə oxşıyıram?

— Paltaurunnan bildim. Kainatgilə gedmişdün? Nətəərdilər?

-Olar yaxşıdılar. Mən bitəər olmuşdum.

-Bitəər nöş olurdun?

— Əşşi, Kainatgildə bir həngamə variydi ki, gəl görəsən.

— Nə həngamə, ay Şiralı? Kainat sakit oğlandı.

— Əşşi, diyirsən də. Kainat pişig saxlıyır.

-Niyaxşı. Pişig öyün yaraşığıdı.

-Əşşi, sən də yaraşığ tapdun. Zəhləm gedir pişiydiən.

-Yox, ay Şiralı. Pişiy olmasa, mən tək qala bilmərəm (ağlamsınır). Hardan götürüb pişiyi?

-Diyir tappuşşuq. Məə görə diyir. Bakıda pişiylər çölə tökülüb ki, tapasan? Yəqin alıb, mənnən gizzədir.    -Bəkıdə pişig satıllar?

-Bəkidə satılmayan şey var?

-Ay Şiralı, Məmməsseyinin həyti doludu pişiynən, Ülügil yığıb aparalar Bəkidə satalar.

-Dinən də Səmayiyə.

-Diyərdim ey, ancağ Məmməsseyinin həytindəki pişiylər oğrudular, satarsan, zöyüş yiyəsi olarsan. Kainat pişiyi neçiyə alıb?

-Məə diyər? İndi öyün böyüyü də, kiçiyi də pişiydi. Ay mını yisin, ay ou yisin. Professora aparacağlar.

-Azarrıyıb?

-Yox, diyillər birdən azarrıyar… Kainat işdən hər saatda zəng eliyir şəkilli telfunnan. Vüsalə gərək pişiyi görkəzə, olmasa Kainat işdiyə bilmir.

-Bəziyirsən ey, Şiralı…

-Nə bəziyirəm? Telfuna şəklin qoyub, iş görəndə də cibindən çıxarıb baxır.

-Tiyatırsan ey, Şiralı. Pərigil nətəərdi?

-Yaxşıdılar. Qonaqlıq eləmişdi.

-Səə görə?

-Nə mən aaz? Dədə-zad yaddan çıxıb. Pişiyin qonaqlığıydı…

-Oyunun olsun, ay Şiralı. Pişig yaxşı pişiydi?

-Pişiyin nə yaxşısı? Gözzərindən bilirsən kimə oxşatdım? Səən qoşun var ey. Adın dimiyəcən, özün bilirsən…

-Ay Şiralı, məə xatıya salma. Heç oynadıb-eləmədün?

— Mən pişig oynadanam? Özü gəldi oturdu qucağımda, issədim götürüb atam yerə, Kainatın xətrinə dəymədim… Mən Kainata diyirdim it saxlasın, sözümə baxmadı. Dədə-babadan bizim həmişə itimiz olub…

— Ay Şiralı, süzün ittərüüz yaman adam tutan olurdu.

— Sən də söz danuşdun. Bizim it kimi tutmışdı?

— Məə tutmuşdu. Qıçımı Qaştan parçalmışdı…

— Yox, hamam eləmişdi. İndi çaşıb ağzın atıb.

— Diyirsən də… Bəki yerində elə pişig yaxşıdı, ay Şiralı. İtin xərci ağırdı.

— İtin nə xərci? Səən qoşun varıydı ey, yeddi-səkkiz it saxlıyırdı. Olara yiməy verirdi? Hürüb-hürüb yorulurdular, səssəri kəsilirdi.

— Yox, ədə, yiməysiz it qalmaz.

-Necə qalmaz? Canı da çıxar… Bıy, pişiyün gəldi. Aaaz, bu səən başua çıxdı ki?

— Ay Şiralı, bı belənçiydi. Başıma çıxır. Neynəy, qoy çıxsın. Bı olmasa, lap bağrlm çatdıyar. Gələn-gedən yoxdı. Day Xeyrulla gəlmədi. Ay Şiralı, diyirəm Xeyrulla gəlməz (ağlayır).

-Diyan ey. Ağlamağ nədi… Geci-tezi gələr. Hara gedsük, axırda bura gəllüy. Darıxdırma özüü. Mən Kainatın pişiyini bəziyirdim ki, kefün açılsın…Sən də ağladun. Ağlama…

28. 11. 2024, Samara

RADYARD KİPLİNQ. UŞAQLARIN NƏĞMƏSİ

RADYARD KİPLİNQ

1.

Sənə məhəbbətimiz, doğma yurd, əbədidir,
Xidmətində yorulmaq bilmərik heç vaxt nədir;

Böya-başa çataraq tutanda yerimizi,
Millətin içində biz kişi və qadın kimi.

2.

Sən ey Göydəki ata, sən sevirsən hər kəsi.
Ah, kömək əsirgəmə, eşitsən uşaq səsi;

Və onlar da nəsildən-nəslə yarada bilsin,

Mayası şərdən uzaq saf və qənirsiz irsi.

3.

Cavanlıqda əsarət çəkməyi bizə öyrət,
Göstərərək mətanət, həqiqətə sədaqət;

Ki, vaxtımız çatanda bəxş edə bizə Lütfün,

Xalqlara qanun olan Həqiqəti də bir gün.

4.

Öyrət öz-özümüzü idarə edək necə,

Nəzarətli və təmiz olaq gündüz, həm gecə.

Qurban gətirə bilək, zərurət olsa əgər,
Bir eybi də olmasın, görən də versin dəyər.

5.

Öyrət nə əməlimiz olsa həytda, ancaq
Dostlara yox, tək Sənə bir hakim kimi baxaq.

Həm əzmli, həm ötkəm səninlə gedə bilək,

Kütlənin hədəsinə, tərifinə də gülək.

6.

Öyrət elə Gücə ki, fikirdə, həm əməldə,

İncidə bilməyək biz zəifi seçib hədəf,

Sənin idarən altda bizə elə Güc gərək,
Fəlakət üz verənə təsəlli ola bilək.

7.

Öyrət adicə şeydə Ləzzəti dadaq, duyaq,
Sevincə öyrət acı çeşmələri olmayan.

Şərdən və kindən azad Mərhəmət nədir, öyrət,
Və günəş altındakı hər insana Məhəbbət.

8.

Ana, doğma yurdumuz, bizə fəxr, inamsan,
Uğrunda axıdıblar atalar, babalar qan.

Ah, ana torpağımız, and içirik əbədi,

Sənin xidmətindədir ürək də, baş da, əl də.

1906

ingiliscədən tərcümə

22-24.11. 2024, Samara

+++++++++++++++++

RADYARD KİPLİNG

The Children’s Song

1

Land of our Birth, we pledge to thee

Our love and toil in the years to be;

When we are grown and take our place

As men and women with our race. Читать далее

RADYARD KİPLİNQ. QORXAQ

RADYARD KİPLİNQ

Bir vaxt Kral idim mən, olmuşam indi məhrum

Tacdan və xəızinədən.

Monarx idim bir zaman, getdi bütün var-yoxum,

Yaslıyam həmişə mən.

 +

Etibarlı həmişə qorunurdu xəzinəm

Sədaqətli ürəklə —

Düşünürdüm verilib əbədilik tac mənə,
Əfsus, verildi yelə.

Tacımı itirmişəm, xəzinəm çıxıb əldən,

Heç nə görmürəm daha qəmli gözlərimlə mən.

 +

Dünya ilə üzləşib sübut etdim kişiyəm,
Həm sözdə, əməldə həm.

Özgə ehtiyacına, bilirdim ki, həmişə,
Sərf edilir xəzinəm.

Dost, sənə nə təsəlli verə bilərəm axı –

Tacım başımdan gedib, xəzinəm əldən çıxıb.

 +

Yenə qaytarın mənə tacını ötən ömrün,

Qayıtsın yenə sərvət —

Ağır oldu sınağım, ağrıdan canım üzgün,

Qoy dadım yenə ləzzət –

Yenidən sinəmdəki xəzinəni qaytarın,

Bu həyatda – qalanı öz işidir Tanrının.

1882

ingiliscədən tərcümə

19-20. 11. 2024, Samara

++++++++++++

RUDYARD KİPLİNG

A Craven

 

I who was crowned King am now bereft

  Of crown and treasure.

I, who was Monarch, have no good thing left

  To give me pleasure. Читать далее

RADYARD KİPLİNQ. NƏFİS MƏNZƏRƏ ÜÇÜN MÜNASİB ŞEİR

RADYARD KİPLİNQ

Elə bəzənmişdi çöl qırmızı lalələrlə,

Mənim şlyapam kimi dolaşalar qapqara,

Yataqda yorğan kimi haşiyəli çəpərlər,
Bamazı qaytan kimi çay da qıvrılıb axar.

+

Bu nadir mala-mülkə durub salınca nəzər,
Öz-özümə düşündüm, irişib  hərracçı tək:

“Tanrım, yerdə bunları yaratmısansa əgər,

Min dəfə gözəl ola sənin cənnətin gərək”.

1884

ingiliscədən tərcümə

13-14. 11. 2024, Samara

QEYD:

Görkəmli ingilis şairi Uilyam Kuperin (William Cowper – 1731-1800) şeirinə parodiya kimi yazılıb.

++++++++++++++

RUDYARD KİPLİNG

Appropriate Verses on an Elegant Landscape

The fields were upholstered with poppies so red,

  And black as my hat was each rook;

And the hedges were bordered, like quilts on a bed,

  With the bombazine braid of the brook. Читать далее