Известный кинематограф Рустам Ибрагимбеков приступает к съемкам нового фильма под рабочим названием «Президентские выборы в Азербайджане». Роль главного героя исполняет Ильхам Алиев.
ZƏR QƏDRİNİ ZƏRGƏR BİLƏR
Naməlum bir beynəlxalq təşkilat İlham Əliyevi ilin prezidenti seçib. Azərbaycan xalqı isə İlham Əliyevi əsrin prezidenti seçməyə hazırlaşır.
AZƏRBAYCANDA ORUCLUQ
İyul ayının 10-dan orucluq başlanır. Hər ehtimala qarşı Azıərbaycan prezidenti, nazirlər, yüksək rütbəli yapçı məmurlar orucu iyulun 8-dən tutublar. Onlar ağ sap qara sapdan ayırd edilə bilməyənəcən xalq malını yeməyəcəklər.
ƏSRİN GÖRÜŞÜ: SALYAN-AĞSTAFA
İlham Əliyev Ağstafada olanda Zəlimxan kənd məktəbinin direktoru Qalib Cəfərov analoqu olmayan elə yaltaqlıq göstərib ki, analoqu olmayan Salyan yaltaqlığı ikinci yerə düşüb. İndi yalqatlıq üzrə respublika çempionu adı uğrunda Ağstafa yaltağı Qalib Cəgərovla Salyan yaltağı Yavər Cəbrayılov arasında fərdi görüş olacaq. Görüş Bəhrəmov adına stadionda prezidentin iştirakı ilə keçiriləcək. Qalib Cəfərovun Yavər Cəbrayılovdan mühüm üstünlüyü var: direktor olduğu məktəbdə o, yüzlərlə yaltaq yetişdirib.
BƏLKƏ SƏVİYYƏNİ AŞAĞILAYAQ?
İlham Əliyev deyib ki, Azərbaycanda tikilən xəstəxanalar çox yüksək səviyyədədir. Bu, doğrudan da belədir. Xəsətəxanaların səviyyəsi elə yüksəkdir ki, xəstələr bu xəstəxanalara girməyə utanırlar, çünki xəstələrimiz özü hələ yüksək səviyyədə deyillər, onlar xəstəxanalarımıza layiq deyillər, ona gözrə də İrana gedib özlərinə bab, aşağı səviyyəli xəstəxanalarda müəalicə olunurlar.
RÜSTƏM. mənzum dram
İlham: Rüstəm, prezidentin hüzurundsan!
Gərək baş əyəsən, boyun burasan!
Rüstəm: Neçə ay dolaşdım mən Avropada,
Daha dəbdə deyil baş əymək orda!
İlham: Çox da tərifləmə sən Avropanı,
Yaxşı tanıyıram özüm oranı!
Çox keflər çəkmişəım hər şəhərində,
Mənə baş əyiblər hesab verəndə.
Rüstəm: Ofisiant deyil, sənətkaram mən!
İlham: Ha-ha! Muğamatçı? Meyxana deyən?
Rüstəm: Həm də namizədəm müxalifətdən!
İlham: Yox, sən namizıdsən narkomanlara,
Antimillilərə, xuliqanlara!
Rüstəm: Milləti dünyaya tanıtmışam mən!
İlham: Öndərin adıyla tanınıb vətən!
Nökərlərə əmr edir ki, Rüstəmin qolundan tutub çıxarsınlar. Birdən qapı dalında hay-küy qalxır. Ramiz Mehdiyev başılovlu girir içəri.
Ramiz: Özünü namizəd verdi Mehriban!
İlham: Bizim eşqimizi məhv etdi zaman! (özündən gedib yıxılır)
PƏRDƏ
РАКЕТОФЕРМА ШОЙГУ
Шойгу пообещал увеличить численность крылатых ракет в тридцать раз. Скоро ракет в России будет больше, чем гусей и уток вместе взятых.
В «КОМСОМОЛКЕ» ЕЩЕ ОДНА АБАЖУРНАЯ ДАМА
Давно не заходил на сайт «Комсомольской правды». Зашел и наступил на нечто рыжее, вонючее… Одним словом, наступил на Юлию Латынину…
Вообще—то она на своем месте, тоже ведь мечтает об абажурах из кожи европейских либералов и правозащитников….
СКАЗКА О ВЫСОКОПОСАЖЕННОМ ХРЕНЕ
Дмитрий Рогозин требует ставить на корабли как можно больше оружия…
Хорошо бы на один из кораблей поставить оружие до хрена плюс еще самого хрена, то есть Рогозина, и всю эту хреновину утопить.
ŞÜKR ELƏYƏK, ÖLKƏMİZ AZƏRİBAYCAN İMİŞ
SABİRƏ NƏZİRƏ
Eyvana çıxmış idim, bur də nə gördüm haman,
Antimilli qüvvələr bir də beş-on narkoman
Ölkədə sabitliyi pozmağa atmaqda can.
Zəng elədim Ramilə: “Yığ polisi durmadan!”
Gəldi polis, bunlara tutdu elə bir divan,
Kəllələri çatladı, fışqıraraq axdı qan,
Qəlbimə dolmuş fərəh, fəxr edirəm, Mehriban,
Sən demə hər bir polis bir yekə pəlvan imiş,
Şükr eləyək ölkəmiz Azəribaycan imiş!