Архив тегов | Əli Kərimli

AC OYUNLAR? ACLIQ OYUNLARI? TOFİQ YAQUBLUNUN VƏ KOMEDİYANIN SONU

Əli Kərimlinin necə məyus olduğunu təsəvvür edirəm – kişi qırx gün idi ki, Tofiq Yaqublunun dəfninə hazırlaşırdı. Yəqin, sabirabadlılar demişkən, “qəssum”unu” ütülətdirib ona yaraşan qalstuk da seçmişdi. Əgər İlham Əliyev ona güzgüyə baxmağı qadağan eləməyibsə, güzgü qabağında dayanıb Tofiq Yqublunun qəbri üstündə deyəcəyi nitqin məşqimi də eləmişdi. Hər gün hazırlıq, gərgin məşq – indi məlum olur ki, yas “qəssumu”nu geyib hüznlü nitq söyləmək ona qismət deyilmiş – Tofiq Yaqublu aclığı dayandırıb…

Bəs mən demirdim ki, biz özümüü irlandlara oxşatmaq istəyirik, ancaq tez acıyırıq?

Mən Tofiq Yaqublunun ölməyini istəyirdimmi? Əlbəttə, yox! Məni narahat və hətta pərt edən əvvəl dram, sonra hətta faciə kimi görünən sitüasiyanın farsa, bayağı komediyaya çevrilməsidir. Tofiq Yaqublunun bu aclıq performansı özünü xəcalətli və üzüqara eləməklə, indi həbsxanalrda çürüyən bütün siyasi dustaqlara miqyası çətin təsəvvür edilə bilən ziyan vurdu.

Tofiq Yaqublunun aclığı dayandıracağını mən əvvəldən güman edirdim. Azərbaycanda aclıq aksiyaları həmişə belə xəcalətli bitir. Mən Mehman Hüseynova hörmətlə yanaşıram və onun indi təklikdə ( ya da dostlarının köməyi ilə) gördüyü işi bütün müxalifətin fəaliyyətindən üstün sayıram. Ancaq Mehman Hüseynovun da türmədə aclıq aksiyası şirin bir vodevilə çevrilmişdi. Şirin ona görə deyirəm ki, Mehman Hüseynov aclıq keçirdiyi zaman yoqurt yediyini deyirdi…

Qarnı burnunda olan arvadının dalına düşüb FB-da qayınatasına azadlıq “tələb edən” Samir Həzi indi kimdir və nədir?

Nigar Həzi yazır ki, guya atasının yaxınlarda dünyaya gələcək körpəyə yazığı gəldi.

Bəs Tofiq Yaqublu aclığa başlayanda bilmirdi ki, evdə arvadı var, qarnı burnunda qızı var? Bəlkə ümid edirmiş ki, aclığın onuncu, uzağı iyirminci güündə İlham Əliyev onu buraxacaq?

İndi kim uzaqgörəndir? Kim ciddi adamdır? Kim dediyini eləyəndir?

İndi aclıq keçirməyən, ədalətsiz türmə həyatını mərdliklə yaşayan jurnalist qızlar və başqa siyasi dustaqlar üzərində türməçilərin zülmü artmayacaqmı? Tofiq Yaqublu öz dramını farsa çevirməklə təkcə özünü yox, ləyaqətlə dustaq həyatı yaşayan insanları da aşağıladı, onları daha artıq təzyiqlərə və hətta vəhşiliklərə hədəf elədi.

Yaşı altmışla yetmiş arasında olan “müxalifətçilər” könüllü istefa verib evlərində lal-dinməz otursalar, bütün ölkənin xeyrinə olar. Demokratik tələbatlı gənclik istəsə, mübariəni davam etdirər, özünə lider də seçər. İstəməsə, başını aşağı salıb yaşayar. İndiki müxalifət rəhbərləri başdan-ayağa xəcalət və üz qarasıdırlar.

Baxın, İlham Əliyevin iyirmi ildən çox hakimiyyəri zəbt etdiyini deyən İsa Qəmbər İlham Əliyevdən yeddi-səkkiz yaş böyükdür və və elə rəhbərdi ki, rəhbərdir. Gördüyü iş də LAF TV-də iki arvadla oturub mırt vurmaq.

Əli Kərimlinin işi nədir? Cangüdənlərini, şoferlərin tutdurmaq?

İndi qoy Tofiq Yaqublu özünə gəlsin, cücə-plovdan, yarpaq dolmasından (tənəklər yarpaqlayıb?)  yeyib cana gəlsin, uzağı bir həftədən sonra gərək elan eləyə ki, bütün siyasi fəaliyyətini dayandırır. Və İlham Əliyevin yumruğunun altından keçir. Mənə elə gəlir ki, İlham Əliyev onu bağışlayar. Mənə elə gəlir ki, Tofiq Yaqublya bundan sona siyasi fəaliyyətdə yer yoxdur. Çünki həm özünü, həm onunla bağlı bütün hərəkatı xəcalətli və üzüqara elədi. Tofiq Yqublu gərək bu qırx gündə həqiqətən darıxmış, ürək ağrısı tapmış bütün insanlardan üzr istəyə.

Əlikərimlilər, İsaqəmbərlər, Tofiqyaqublular istefa verəndən sonra gənclər özləri öz gələcəkləri barədə qərar qəbul edərlər. Sabah – onlarındır, əgər Sabaha İlhamla ya onun törəmələriylə getmək fikrindədirlərsə, nə deyə bilərik. Yaxşı yol! Getmək istəməsələr, özləri mübarizə formalarını seçərlər. Və ümid edirəm ki, bu mübarziə formalarının içində ac oyunlar və ya aclıq oyunları olmayacaq…

X,X.

10.05. 2025, Samara

ÖZÜMÜZÜ İRLANDLARA OXŞATMAQ İSTƏYİRİK, ANCAQ TEZ ACIYIRIQ…

ÖZÜMÜZÜ İRLANDLARA OXŞATMAQ İSTƏYİRİK, ANCAQ TEZ ACIYIRIQ…

1981-ci il martın 1-də dustaqlar üçün “xüsusi status”un ləğv edilməyinin ildönümündə Belfastdan 9 mil aralıda yerləşən Meyz türməsində İrlandiya Respublika Partiyasının (İRA) üzvü Bobbi Sends aclığa başladı. Sonrakı günlərdə ona başqa dustaqlar da qoşuldular. Etirazçıların tələbləri:

Türmə uinformasını geyməmək hüququ

Türmə işini görməmək hüququ

Başqa dustaqlarla əlaqə və maarif və əyləncə xarakterli tədbirlərin təşkili hüququ

Hər həftə bir görüş,  bir məktub və bir sovqat almaq hüququ

Şərti-müddətdən əvvəl azad edilmək hüququnun saxlanılması

Britaniyanın baş naziri Marqaret Tetçer güzəştı getmədi və aclıq 10 (on) respublikaçının ölümü ilə nəticələndi. Sends 66 gün aclıqdan sonra üzgünlükdən türmə hospitalında öldü. 7 mayda keçirilən dəfnində 100 min adamın iştirak etdiyi deyilir.

Aclıqdan etiraz vasitəsi kimi istifadə İrlandiyada xristianlıqdan da əvvəl yaranan ənənədir. Sahibinin qapısı ağzında aclıq keçirən insan ya tələbini ona qəbul elətdirir ya da ölürdü. Aclıq vasitəsiylə ədalətə nail olmaq —  Cealachan – səkkizinci əsrdə qədim İrlandiyanın hüquq kodeksinə salınıb…

Bu gün FB-da Tofiq Yaqublunu dəstəkləyərək aclıq keçirən bir nəfərin 5 (beş) gündən sonra “səhhətinin pisləşməsi ilə əlaqədar” aclığı dayandırdığı barədə xəbərə rast gəldim.

Maraqlıdır eləmi? Mən deyərim ki, güməlidir də. Aclıq elan adam nə gözləyirdi? Səhhətinin yaxşılaşmağını? Buğaya dönüb atım-atım atılmalıydı?

Son illər nə qədər aclıq elan edib və “səhhətinin pislə.diyi ilə əlaqədar” bir neçə gündən sonra dayandırıb!

Niyə bu adamlar düşməni özlərinə güldürürlər?

Tofiq Yaqubluya belə komik həmrəylik lazım deyil. Tofiq Yaqubluya minlərlə, on minlərlə, yüz minlərlə insanın onun aclıq çəkdiyi türmənin qabağına yığışmağı lazımdır. Mən azərbaycanlıların belə bir hərəkətə və hərəkata qadir olduqlarına  inanmıram. Çünki biz zoğal dəyənək ya yumruq altında yaşamağa öyrənmiş xalqıq. Qorbaçov dövrünün kütləvi mitinqləri, balaqana, sirkə çevrilmiş Meydan toplantıları heç kimi aldatmasın. Qorbaçov heç kimi tutmurdu, Meydan ora yığışanlar üçün xalq teatrı, zorxana kimi bir yer idi.

Müharibədə fəhlə-kəndli balalarının fədakarlıqla döyüşməsi də illyüziyalar yaratmamılıdır. Dəyənəklə arvad-uşağı əzən polislər də fəhlə-kəndli balalarıdır. Nizami orduda sərt subordinasiya şəraitində döyüşə getmək və demokratik azadlıqlar, vətəndaş hüquqları uğrunda mübarizə aparmaq ayrı-ayrı şeylərdir. Rus kəndliləri dönə-dönə müharibələrdə böyük qələbələr qazanıblar, tərxis olunan kimi yenə sahiblərinin dilsiz-ağızsız iş heyvanına çevriliblər. Azərbaycanlıda demokratika azadlıqlar tələbatı yoxdur. Vətəndaş hüquqları, şəxsi ləyaqətə hörmət hissi azərbaycanlıların böyük hissəsi üçün uğrunda mübarizə aparılası, can veriləsi dəyər deyil.

Biz başı qapazlı şərq və sovet xalqıyıq. Dünənəcən bizi partkomlar, biriqadirlər, kolxoz sədrləri əzirdilər. İndi də elə o adamlar əzirlər, vəzifələrinin adları dəyişib, daha da harınlaşıbar.

Biz özümüzü irlandlılara oxşatmaq oistəyəndə komik sitüasiya yaradırıq. İrlandlıların necə qüdrətli xalq olduğu barədə təsəvvür yaratmaq üçün Britaniyanın nə qədər görkəmli şəxsiyyətinin bu millətdən olduğunu öyrənin. Birləşmiş Ştatların əhalisinin 40 faizinin irland kökü var.

Biz harda olmuşuq? İndi hardayıq? İlham Əliyevin yumruğundan başqa bizi dünyada tanıdan nəsə var?

Yoxdur!

Mən özüm qorxaq adamam, Azərbaycanda yaşasaydım, özümü lallığa və karlığa qoyardım, heç nə danışmaz, heç nə eşitməzdim, kömpüteri də onu mənə hədiyyə eləmiş adama bağışlayıb qoyun otarardım. Mən beləyəm, bunu boynuma alıram. Ancaq özünü mübariz, xüsusən siyasi rəhbər sayan adamlar yumruğun üstünə getməlidirlər. Biz daha Əli Kərimlinin nitqlərindən bezdik!

Soljenitsın “QULAQ arxipelaqı”nda litvalı dustaqlardan yazır. Litvalılar zona əsarətindən qurtulmaq üçün özləri avtomatçı əsgərlərin üstünə hücum çəkirdilər ki, güllələnsinlər…

Kimin belə cəsarəti yoxdursa, sussun. Yoxsa saf qəlbli namuslu insanları fövqəladə hərəkətlərə sövq edib cəfəng nitqlər söyləmək ayıbdır.

Vallah, ayıbdlr…

X.X.

26. 04. 2025, Samara

YUXUSUZ MÜXALİFƏT DAHA QOYUNLARI YOX, TOFİQ YAQUBLUNUN ACLIQ GÜNLƏRİNİ SAYIR…

Məlumdur ki, yuxusu pozulmuş adamlar yuxuya getmək üçün yataqlarında qoyun sayırlar: bir qoyun, iki qoyun. Bütün dünyaya yayılmış bu metodun çobanlarla bağlı olduğunu iddia edənlər var. Çobanlar axşam qoyunları yatağa gətirəndə onları bir-bir sayırlarmış. İtib-batanın olmadığına arxayın olanda çoban rahat yatırmış.

Bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycsnda da bu metoddan istifadə edənlər az deyil. Azərbaycanda, sirr deyil, yuxusu pozulmuş insan çoxdur. Hansı insanların yuxusunun pozulduğu da məlumdur. Yapçıların, milli məclis deputatlarının, polislərin, hakimlərin, prokurorların, məmurların yuxusu niyə pozulsun? Pulları zibil kimi, kefləri istəyəni eləyirlər, qayğı, fikir çəkmirlər, əsgərliyə övlad göndərmirlər. Ona görə də başlarını balışa qoyan kimi şirin yuxuya gedirlər.

Yuxusu pozulan müxalifətdir. Necə yuxuya gedəsən ki, hər dəqiqə polis qapını sındırıb içəri girə bilər? Necə yuxuya gedənsən ki, başını qoyduğun balışın altından qaçaqmal, narkotik çıxar? Başqa səbəb var: müxalifətçilərin evində gizli kameraların quraşdırılması. Vallah, bu kameralarla nəinki yuxu, hətta başqa vacib funksiyalar da pozular.

İndi biz orta statistik bir müxaifətçini təsəvvür edək. Gecədən xeyli keçib. Arvad yuxuya gedib, müxalifətçi ər Azərbaycanın qoyunlarını sayıb, keçib Gürcüstanın qoyunlarına, ancaq yata bilmir. Arvad ayılıb baxır ərinə və deyir:

— Əzizim, indi ki, yata bilmirsən, bəlkə zad eləyək?

— Nə zad?

— Şey də…

— O şey?

— Hə, o şey, çoxdan eləmirik…

— A qız, nə danışırsan, bilmirsən Əliyevin kamerası bizi çəkir? Zad, türkün məsəli, şey eləyərik, elə sabah bütün İnternet bizim nə qayırdığımızı görər..

— Düz deyirsən, əzizim. Onda mən yatım, sən də hələlik qoyunları say. Yata bilməsən, Azərbaycan polislərini say, onlar qoyundan çoxdur…

İndi məndə belə təsəvvür yaranır ki, müxalifət daha qoyunları yox, Tofiq Yaqublunun aclıq çəkdiyi günləri sayır. Cəmil Həsənli sayır, Əli Kərimli sayır… Tofiq Yaqublunu aclığı, birinci gün, Tofiq Yaqublunun aclığı, ikinci gün, Tofiq Yaqublunun acllığı, üçüncü gün… Bir Altay Göyüşov var, bilmirəm kimdir, ancaq gündə bir neçə dəfə sayır, yəqin yatmağı sevir…

Nə gizlədim, son vaxtlar mən də yuxuya getmək üçün sayıram: Tofiq Yaqublu, beşinci gün, Tofiq Yaqublu onuncu gün… Onuncu gündən o yana keçmirəm, çünki məni yuxu aparır. Əliyevlər, Paşayevlər, deputatlar, hakimlər, prokurorlar kimi pullu deyiləm, vəzifəm yoxdur, yəni həsir və Məmmədnəsir. Ancaq arsız adamam, arsız adam da  fikir çəkməz, başını daş üstə də qoysa, yuxu aparacaq…

Mirzə ƏLİL

22.04. 2025, Samara

CANGÜDƏN ƏLİ KƏRİMLİNİN NƏYİNƏ LAZIMDIR?

Qoqolun “İvan İvanoviçlə İvan Nikiforoviçin neçə küsüşdükləri haqqında hekayət” əsərində Mirqorodun nəcib zadəganlarından biri İvan İvanoviçin gözü qonşusu və dostu və özü kimi Mirqorodun nəcib zadəganlarından olan İvan Nikiforoviçin tüfənginə düşür. İvan Nikiforoviç dostunun iddiasını qətiyyətlə rədd edib deyir ki, tüfəngi nə dəyişər, nə də pulla satar, çünki silah onun özünə lazımdır. İvan İvanoviç soruşanda ki, silah sənin nəyinə lazımdır, İvan Nikiforoviç deyir: “ Necə nəyimə? Birdən evə quldurlar basqın elədilər…”

Maraqlı bir şey deyim: həllə uşaqlıqda azərbaycanca oxuduğum bu əsər tez-tez yadıma düşr, ancaq daha maraqlısə odur ki, bu əsəri yadıma salan Rusiyada baş verən hadisələr ya gördüyüm adamlar yox, Azərbaycan həyatından gələn xəbərlərdir. Elə bil ki, yalnız Conaan Svift, Frans Kafka, Corc Oruell, Saltıkov-Şedrin yox, Nikolay Qoqol da əsərlərini Azərbaycan həyatından yazıblar, Azərbaycan adamını təsvir ediblər…

Az qala hər həftə də olmasa, hər ay xəbər gəlir ki, Əli Kərimlinin cangüdənini tutublar. Və Əli Kərimlidən soruşmaq istəyirəm: cangüdən sənin nəyinə lazımdır?

Məlumdur ki, Əli Kərimlinin pasportu yoxdur, əslində pasportu var, ancaq İlham Əliyev qanunsuz olaraq  müsadirə eləyib qoyub seyfə. Yəni Əli Kərimli uzağa gedə bilmir, ancaq yaxın yerə: dəlləyə, hamama, bazara. Hərdən məhkəmənin qabağına gəlib tutulanlara xeyir-dua verir, bəy tərifi kimi bir nitq söyləyib qaıyıdır evinə.

Soruşuram: cangüdən Əli Kərimlinin nəyinə lazımdır? Tutdurmağa?

Əli Kərimlini İlham Əliyev vurdurmaq istəsə, o cangündəndən on beşi-iyirmisi də olsa, vurdurar. Tutmaq istəsə, tutar və Tofiq Yaqubludan da iki dəfə çox, yəni on səkkiz il iş verər. Cangüdən İlham Əliyevə neyləyəcək? İlham Əliyev kişi adamdır və arvadından başqa heç kimdən qorxmur…

Yəni Əli Kərimlinin “ictimai əsaslarla” cangüdən saxlamağının rasional izahı birvariantlıdır: vaxtaşırı bazburutlu bir kişini tutdurmaq.

A kişi (Əli Kərimiliyə kişi deyirəm), bəsdir bu xalqı tutdurduğun, birdəfəlik elan elə ki, sənin cangüdənin-zadın yoxdur, küçəyə çıxanda da yaxınına adam qoyma, get dəlləyə, get hamama, bazara, get məhkəmənin qabağında bəy tərifi elə. Sənə Mirzə Əlil olaraq zəmanət verirəm ki, dəllək qırxanları çıxmaqla, başından bir tük də əskik olmayacaq.

Lap deyək ki, olacaq. Bu yaşda canımızdan niyə qorxuruq ki, onu güdməyə adam tutaq?

Bilirəm ki, Əli Kərimli Mirzə Əlil-zad tanımır, yenə bu-gün sabah eşidəcəyəm ki, əbədi sədrin daha bir cangüdəni tutulub…

Daha deməyə sözüm yoxdur, ona görə Qoqolun məşhur əsərinin son cümləsini sitat gətirirəm: “Скучно на этом свете, господа!”

Mirzə ƏLİL

26. 03. 2025, Samara

ƏLİ KƏRiMLİYƏ: QALIRSAN? YENƏ ZURNA ÇALIRSAN? XALQI ƏLƏ SALIRSAN?

İndi bilmirəm, sovet vaxtı Azərbaycan musiqili komediya teatrının repertuarında bir tamaşa vardı. Əsərin qəhrəmanı orkerstrdə ya trambon ya valtorna çalan Novruzqulu idi. Novruzqulu xoruz buraxırdı, yəni xaric çalırdı, orkestr isə onu qova bilmridi. Novruzqulu hərdən getməyə razılaşır, sonra deyirdi ki, yox. Heç hara gedən deyil. Bir shnə yadıdmdadır. Orkestr üzvləri xorla oxuyurduylar.

Qalırsan?

Orkestrdə çalırsan?

Əli Kərimli istefa

Yadımda deyil bu iş necə qurtardı. Bu gün Əli Kərimlinin Qənimət Zahidin diliylə səsləndirdiyi müraciətini eşidəndə bu tamaşa yadıma düşdü. Əli Kərimli cəbhəçilərə, bütün müxalifətçilərə deyir ki, bu gündən azaddırlar, istəsələr nümayişə çıxarlar, istəsələr mitinq keçirərlər, istəsələr İlham Əliyevin iqamətgahına yürüş edərlər. Yəni rusca desək, «я умываю руки».

Fikir verin: Əli Kərimli demir ki, vəzifədən gedir, demir ki, istefa verir. Deyir ki, mən vəzifədə qalıram, möhürüm, kürsüm, katibim, müavimlərim, Qənimət kimi saray şairim yerində. Siz isə gedin başınızı vurun polisin dəyənəyinə.

Ən azı son ildə bu adamın kostyumunu ütüsü pozulmayıb, yeganə gördüyü iş isə pafoslu nitqlər demək olub. Bunun paаoslu nitqlərinə aldanıb yüzlərlə gənc fəal mübarizəyə qalxıb, şərlənərək tutulub, dağılıb. Bu adamın, yəni Qənimət Zahidin “bəy” adlandırdığı bu cənabın faydalı iş əmsalı sıfır da deyil, mənfidir.

Və bu adam reallıq hissinio qədər itirib ki, harınlayıb, sırtıqlaşıb ki, demir istefa verir, demir bacarmadım, ayrı rəhbər seçin, ayrı yol seçin.

İndi burda nə olmalıdır? Qoqol təsvir edən lal səhnə yaNovruzqulu komediyasıbdakı xor?

Qalırsan?

Yenə zurna çalırsan?

Xalqı ələ salırsan?

Mirzə Əlil

04. 02. 2024, Samara

RƏSULZADƏ, PEŞƏKAR NAQQAL VƏ NAQQAL SÜRÜSÜ

məmmədəmin_rəsulzadə 140

Hamını İlham Əliyevin qazancı maraqlandırır, məni isə Əli Kərimlinin.

Əli Kərimli yəqin ki, partiya rəhbəri kimi maaş alır. Nə qədər? Az olmaz. Ən azı yumurta içməyə çatar. Yumurtaiçməyi səsinin cingildəməyindən bilir. Opera səshənsinə çıxar – Koroğlunu olmasa da, Keçəl Həmzəni oxuyar.

Hələlik Əli Kərimli yumurta içməklə bərkidib qoruduğu səsini ildə bir dəfə Rəsulzadənin abidəsi önündə nitq demək üçün istifadə edir. Elə alovlu danışır ki, elə bil Napoleon Misirdə qoşun qarşısında nitq deyir.

Baxırsan abidə ətrafında yığılanlara, “naqqal sürüsü” ifadəsindən başqa bir şey adamın ağlına gəlmir. Bu adamların yüzdən biri niyə Tofiq Yaqublunun məhkəməsinə getmir? Niyə bu adamlar onların  hüquq və mənafelərini müdafiə etdikləri üçün zindana salınmış gənc azərbaycanlı qızlara divan tutan məhkəmənin qabağına yığılıb dəstək nümayiş etdirmirlər? Büt önündə yığılmağın kimə nə xeyri? Rəsulzadə sağ olsaydı, bütü ziyarətə gedərdi ya həbsdəki mübarizə yoldaşının köməyinə?

Haqlı sual çıxır: Əli Kərimli ya İsa Qəmbər kinin və nəyin lideridirlər? Bunlar seçkiyə getmirlər, nümayiş, mitinq, piket keçirmirlər və müxalif adıyla komortlu həyat yaşayırlar. Bu adamların davranış nümunəsi azərbaycanlıların potensial ictimai-siyasi qüvvə ola biləcək iki nəslini fərsiz demaqoqlar dəstəsinə və naqqallar sürüsünə çevirib.

Rəsulzadənin bütü önünə yığılanların əksəriyyəti sosial şəbəkələrdə öz adlarını gizlədərək “İlham rədd olsun!” yazanlardır. Sonra şəbəkə səhifəsinin sahii tutulanda onun on minlərlə abunaçilərindən beşi də dalınca getmir. Son nümunə — Ayaz Sayadoğlu.

Belə adamlara nə deyəsən? “Naqqal sürüsü”ndən daha çox yaraşan ad varmı?

 

Mirzə ƏLİL

31. 01. 2024, Samara

 

«QURBAN-ŞOU»: FRAQMENTLƏR. ŞEKSPİR YA ŞEYX PİR?

qurban məmmədli azerfreedom

«Mənə deyirlər ki, sən başqa müxalifətçilərlə birləş. Birləşərəm, ancaq bir şərtlə: məni təhqir etmiş, mənə şər atmış, əleyhimə böhtan kampaniyası aparmış adamlar gərək əvvəl məndən üzr istəyələr, özü də efirdə. Mən indiyəcən heç kimə şər atmamışam, heç kimin haqqında təhqirli ifadələr işlətməmişəm. Mən bir dəfə də deməmişəm ki, Cəmil Həsənlinin qızı əxlaqsızdır. Əxlaqsız olmağına əxlaqsızdır, yüz əlli faiz, ancaq  mən bunu  indiyəcən dilimə gətirməmişəm, gətirmərəm də. Mən heç vaxt deməmişəm ki, İsa Qəmbər də, atası da KQB agenti olublar. Deməmişəm, demərəm. Mən deməmişəm ki, Əli Kərimlinin, İsa Qəmbərin əli hökumətin cibindədir. Bunu yaxşı bilirəm, sübutum da var, ancaq açıqlamıram, saxlamışam içimdə, heç oğlum Qoşqara da demirəm. Qardaşım Sərdara da demirəm, ona görə məndən küsüb. Mən deməmişəm və demərəm ki, Sevinc Osmanqızının atası heydərizmə xidmət edib. Ancaq Osmanqızı mənim 54 min abunəçisi olan kanalımı bağlatdırıb. Bunu da heç yerdə demirəm. Mən deməmişəm ki, o Gülyanaqdrır, Gülbalaqdır,  Gültəkindir nədir, tribunalrdan İlham Əliyevin şəninə təriflər deyib. Cəhənnəmə deyib, gora deyib. Mə onun adını dilimə gətirsəm, onun sviyyəsinə enmiş olaram.. Əziz həmvətənlər, icazənizlə mən bir haşiyə çıxım bə beş-on dəqiqə ədəbiyyata hsr edək. Mən ədəbiyyatın ölüsüyəm.

                   ŞEKSPİR YOX, ŞEYX PİR

Mərhum Xəlil Rza həmişə deyərdi ki, Şekspir bizim soydaşımızdır, azəri türküdür, inanmağım gəlmirdi. Xəlil Rza deyirdi ki, Şekspirin əsl adı Pirəli imiş. Çox savadlı olduğuna görə xalq ona Şeyx Pir deyirmiş. Mən londona gələndən sonra arxivlərdə sənədlərlə tanış olub öyrəndim ki, doğrudan da Şekspir bizim soydaşımızdır. Vətəndə Tubu adlı bir qıza aşiq olub, atası verməyib, ona görə tərk-vətən olub gəlib İngiltərəyə. Burda onun adını yerli mirzələr Şeyx Pir yox, Şekspir yazıblar.

Şeyx Pir ömrü boyu subay qalıb, çox ingilis gözəlləri onun dərdindən ölsələr də, Tubunu unuda bilməyib. Hətta şeir də yazıb: Tubu or not Tubu. Yəni Tubudan başqa arvad mənə lazım deyil…

Londonu Hitler tutanda Şeyx Pirin sorağını eşidib, gətirdib yanına. Əmr edib ki, şair “Hayl Hitler” desin və onun şəninə şeir yazsın. Şekspir, yəni Şeyx Pir boyun qoymayıb. Hitler onu öz tapançası ilə güləlləyib…

Üzr istəyirəm, deyəsən Ərəstun Oruclu efirimizə qoşulmaq istəyir. Buyurun Ərəstun bəy.

Ərəstun Oruclu: Qurban bəy, verilişinizə müdaxilə etdiyimə görə sizdən və izləyicilərinizdən dönə-dönə üzr istəyirəm. Şeyx Pir haqqında söhbətinzi eşidib özümü saxlaya bilmədim, ağladım. Mən də Şeyx Pir haqqında ilk dəfə Xəlil Rzadan eşitmişəm. Şairin dediyinə görə, Tubu da ərə getməyib, Şeyx Pir tərk-vətən olandan sonra özünü Salyan körpüsündən Kürə atıb… Şeyx Pirin “Hamlet” əsərində çayda boğulan Ofeliya əslində Tubudur…

30. 01. 2024, Samara

TOFİQ YAQUBLU YENƏ DİN-NİN «GÖZƏLLİK SALONU»NA APARILIB

Tofiq Yaqublu 4

Tofiq Yaqublunu yenə Daxili işlər nazirliyinin gözəllik salonuna aparıblar. Deyiblər ki, gözlərinin qarası gedib, makiyajın da gərək təzələnə. Tofiq Yaqublu deyib ki, evimi yiyəsiz qoyub gedə bilmərəm. Polis deyib ki, narahat olma, evində qiymətli nə varsa, götürmüşük, oğru gəlsə, əli boş yerə dəyəcək…

Daxili işlər nazirliyinin salonu beynəlxalq brenddir. Bu salonun xidmətindən sonra Tofiq Yaqublu “Dünyanın ən gözəl kişisi” müsabiqəsində ikinci yeri tutub. Birinci yer bir iranlı fəala verilib. Ölümündən sonra. Çünki dar ağacından asılandan sonra onun üzünə elə bir gözəllik gəlib ki, öz ailə üzvləri də tanımayıblar…

Deyilənlərə görə, prezidentin qızı Leyla Əliyeva da daxili işlər nazirlyinin gözəllik salonuna gedir. O salonda necə peşəkarların işlədiyini bilmək istəyirsinizsə, Leyla Əliyevanın şəkillərinə baxın…

İndi sizə Əli Kərimlidən deyim. Tofiq Yaqublu bandotdeldə, Əli Kərimli isə, sabirabadlılar demişkən, “qəssum”unu geyib, qalstukunu taxıb Azərbaycanın böyük jurnalisti, Mizə Xəzərin varisi Qənimət Zahidə müsahibə verir. Əli Kərimli ayaq üstdə  özünə qoyulmuş heykəl kimi dayanır. Oturanda isə öz büstünə çevrilir. Yəqin yatanda da Lenin mavzoleydə uzandığı kimi uzanır. Əlləri sinəsi üstdə, ədyal qurşağınacam…

Əli Kərimli başına beş adam yığıb “gözəllik salonunun” qabağına getmək, Tofiq Yaqublunun  hansı plastik cərrahiyyə əməliyyatlarına məruz qaldığını öyrənmək əvəzinə “qəssum”da, qalstukda dəftərxana ifadələri ilə nitq deyir. Qənimət onu “bəy” çağırır”, o da Qənimətə “bəy” deyir…

Adamın gülməyi gəlir, ancaq Tofiq Yaqublunun “gözəllk” salonunda olduğunu yada salıb gülmürsən. İndi qaş-göz düzəltməklə kifayətlənməyib Yaqublunu plastik əməliyyata məruz qoysalar, mənfi nəticə də ola bilər. Plastik əməliyyatdan o qədər insan tələf olub ki…

Ya Əli, özün kömək ol!

Mən Əli Kərimlini demirəm, imam Əlini deyirəm. Rəhmətlik anam həmişə “Ya Əli!” deyərdi. Ancaq yadıma gəlmir ki, Əlidən bir reaksiya olaydı…

Mİrzə ƏLİL

14. 12. 2023, Samara

ELMİRA SÜLEYMANOVA GÖZƏL BAYRAMLIYA BAŞ ÇƏKİR…

Gözəl_Bayramılı

«A qız, bura türmə demək günahdır! Mənim kabinetimdə heç belə şərait yoxdur! Yerin Salyandır, vallah! Gözəlləşmisən bura girəndən! Adın Gözəl idi, indi özün də gözəl olmusan! Buranın rejimi ölünü dirildər! Qıraqda olanlar yaman gündədirlər. Biri mən. Əlahəzrət prezident olmasa, o dünyalıq olaram. Bir yerim sızıldayan kimi həkimləri tökür üstümə, biri daldan, biri qabaqdan, düzəldirlər birtəhər. Dayan görüm, əlahəzrət prezident zəng edir. Əlahəzrət prezident? Hə, Gözəlin yanındayam! Durumu? Durumu gözəl! Oturumu da gözəl! Təki elə bütün oturanların oturumu belə gözəl ola! Şikayəti yoxdur. Çox minnətardır sizə, əlahəzrət prezident!.Əli Kərimlidən ötrü darıxır. O da gələcək bura? Lap yaxşı, lap yaxşı… Gördün, əlahəzrət özü maraqlanır, Əli Kərimlini də deyir gətirəcəklər bura, bir yerdə olmasanızda, yaxında olacaqsınız…  Gözəl, vallah, sənin şəraitini o qədər bəyəndim ki, heç getmək istəmirəm. Ancaq gərək gedəm. Xarici jurnalistlərlə görüşməliyəm. Sənin qabağınca Əfqan Muxtarlıya dəydim. O da çox yaxşılaşıb, düşüb rejimə, əlahəzrət prezidentimizə sağ ol deyir ki, onu Gürcüstandan bura gətirdib, deyir Gürcüstanda qalsaydım, yemək-içməkdən ölmüşdüm…»

AXCP SƏDRİ TOVARİŞ SERJANT ƏLİ KƏRİMLİ

ƏLİ KƏRİMLİ.jpeg


Mənim FB səhifəmdə mənə (yəqin ki, başqa istifadəçilrə də) reklam məqsədiylə müəyən səhifələri bəyənmək təkliuf olunur. Tez-tez gördüyüm səhifələrdən biri Əli Kərimlinindir. Və bu reklam təklifində mənim üçün ən maraqlı və məzəli Xalq Cəbhəsi Partiyasının sədrinin şəklidir. Şəkli Əli Kərimli Buryatiyada əsgərlikdə olanda çəkdirib, serjant poqonları ilə. Yəqin inşaat batalyonunda bölmə komandiri olub və tabeliyində olan əsgərlərlə suvaq ya hprgü planını yaxşı ödəyib. Bunlar öz yerində. Maraqlı və məzəli orasıdır ki, özünü ən birinci müxalifət qüvvə sayan partiyanın rəhbərinin milli ordunun formasında çəkilmiş şəkli yoxdur. Yəni Cəbhənin hakimiyyətdə olduğu vaxtda bu məsul şəxs səngərlərdə əsgərlərimizə baş çəkə bilərdi.

Çəkməyib.

Sonra deputat olduğu on il ərzində cəbhə bölgəsinə gedə bilərdi, əsgərlərimizlə qol-boyun  şəkil çəkdirə bilərdi.

Getməyib və çəkdirməyib.

İndi sovet serjantı formasındakı şəkliylə Əli Kərimli nə demək istəyir?

Əlbəttə, öz-özlüyündə Sovet Ordusuna xidmətdə pis heç nə yoxdur. Mənim mərhum qardaşlarım üç nəfərə səkkiz il əsgərlik çəkmişdilər və mən onlara həsəd də aparırdım. Ancaq indi Azərbaycan müstəqil ölkədir, öz ordusu var, bu ordu döyüşür və az qala hər gün itki verir. Və bu faciənin fonunda Əli Kərimli sovet serjantının formasında FB səhifəsindən xalqa irişir…

Bəlkə də belə şəkli FB-a qoymağı Əli Kərimliyə onun müşavirləri məsləhət veriblər. Əgər belədirsə, bu məsləhəti verən ya idiotdur ya da Azərbaycanın düşmənidir.

Əli Kərimli, əlbəttə, bundan sonra cəbhəyə gedən deyil. Necə ki, bundan sonra İsa Qəmbər yanını “divan”dan çətin qaldıra. Son vaxtların şəhidləriylə maraqlanan hər kəs bilir ki, nəinki “yekələrin”, hətta sıravi bakılıların da uşaqları xidməti “qaynar nöqtələr”dən uzaqlarda keçirlər. Belə getsə, nəinki hakimiyyətdə olanların və harınların, hətta müxalifət rəhbərlərinin və qismən onun sıravi üzvlərinin də evində  milli formalı əsgər şəkli tapılmayacaq…