Архив тегов | doğum günü haqqında şeir

«ŞÜBHƏM VARDI BU İLİ AXIRACAN YAŞARAM…»

Şübhəm vardı bu ili axıracan yaşaram,
(Mən deyən təqvim ili deyil, ömrün ilidir)

Son saatına qədər onu yaşadım tamam,
Dəqiqələr də hərçənd gərək yaşana bir-bir.

 

Nə deyim güzərandan? Gileyim yox heç nədən,

Əsas odur ki, qarın doya – doyurdu qarın.

Ətraflı və konkret nə yeyib-içdiyindən,

Məncə danışar ancaq tərbiyəsiz ya harın.

 

Cəbhə deyildir bura, sərhəddən çox uzağam,
Həmləsi olur hərçənd dron və raketlərin

Yan keçir şoğəriblər, şükr, hələ ki, sağam,

Ölənlər, əlbəttə, var, daha bu mənlik deyil.

 

Gəzirəm, çox uzağa gedə bilmirəm ancaq,
Səbəbini demirəm, çünki dövlət sirridir.

Volqa qırağındayam səhərdən axşamacan,
İstəsən bax fikrə dal, ya soyun suyuna gir…

 

Daha bir il də getdi. Hardadır o il indi?

Mənsə burda… Yaxşıdır, çətinsə də yaşamaq…

Məndən kiçiklər ancaq dünyanı tərk edəndə,

Vurnuxuram, qatara gecikən adam sayaq…

 

Vətənimə gedirəm vaxtaşırı yuxuda.
Gecə, Kürün qırağı, kolaz bağlı haçandan…

İdrisin qapısını döyürəm mən axırda,

Deyir: müəllim, ölüb Raziyə xala çoxdan…

 

19. 11. 2026, Samara