Архив тегов | İlham Əliyev

MƏKTƏB ƏHVALATI

Birinci sinif şagirdi müəllimdən soruşur:

—         Müəllim, “ofşor” nədir?

—         Tərbiyəsiz! Hardan bu sözü eşitmisən? Sabah atan əlsin!

—         Atam sabah gələ bilməz, müəllim. Sabaha atamı polisə çağırıbılar… “Ofşordan danışdığına görə…

QAÇ OĞLAN, AZAD ADAM GƏLİR!

 

Burda xəbərimiz yox, Bakını lotuxanaya döndəriblər. İş o yerə çatıb ki, arvad-uşağın gözü qabağında Azad Fikir Universiteti fəaliyyət göstərirmiş! Yaxşı ki, gec də olsa, hökumət xəbər tutub və qapısını möhürləyib. Əliağa Vahid demişkən, “yaşasın qırmızı bayraqlı sovet qanunumuz!”. Hərçənd bayraq indi üçrənglidir, dövran da sovet dövranı deyıl, YAP dövranıdır. Ancaq qanun həmin qanundur və bu qanun ölkənin azadlığını deyir, kişinin, arvadın azadlığını deyir, fikrin azadlığını demir. Fikri azad olan adamdan nə desən çıxar, böyük-kiçik tanımaz, prezident tanımaz, polis tanımaz, Ramiz Mehdiyevi tanımaz.

Mən bu fikirdəyəm ki, bu unuversitetin qapısını möhürləmək azdır. Orda dərs demiş adamlara, bu dərsləri dinləmiş gənclərə qarşı da ölçü götürülməlidir. Hamısını yəqin ki, dama salımaq olmaz. Yəni o qədər adama türmələrimizdə yer çatmaz. Ancaq onların hər birinin alnına o qapıya vurulan möhürdən vurmaq olar. Onların alınları möhürlənsə, vətəndaşlarımız onları uzaqdan tanıyar və yollarını dəyişərlər. Nə biləsən, yol getdiyin yerdə qəfildən biri atılıb minər boynuna. Deyirsiniz miməz? Minər, hələ minib çapmaq da istər.

Azad fikirli adamdan nə desən çıxar!

 

Mirzə Əlil

11.04.2013

KİM ÇEN INDAN VASİF TALIBOVA BOMBA HƏDİYYƏ

Vasif Talıbovun Naxçıvana rəhbərliyinin 17 ili tamam olur. Bununla bağlı Vasif atanın ünvanına çoxlu ölkələrdən təbriklər və hədiyyələr gəlir. Şimali Koreya padşahı Kim Çen In Talıbova hərəsi qoz boyda olan bir yeşik atom bombası göndərib. Bundan sonra Naxçıvanın qanunsuz təndirləri bu bombalarla dağıdılacaq.

QAPAZ ƏHVALATI

Bakıda keçmiş müdafiə naziri Rəhim Qazıyevin istintaqı gedir. Guya Rəhim bəy başqa bir bəyə qapaz vurub. Qapaz elə bərkdən vurulub ki, səsi gedib prezidentə çatıb və indi prezident özü də şahiddir. Qazıyevə deyiblər ki, biz sənin Şuşanı ermənilərə verməyini bağışlayırıq, ancaq qapaz vurmağını bağışlaya bilmərik, çünki bu, qeyrət məsələsidir…

Bu, pis xəbər oldu. Çünki mən özüm Azərbaycana gedib bir-iki adamın başına qapaz salmaq fikrindəydim. Ancaq xəbərin yaxşı tərəfi odur ki, ermənilərə şəhər satmaq olar. Mən burda Salyana müştəri axtardım, tapılmadı. Deyirlər sərin yer təklif elə.

Qardaş, mən sərin yeri indi hardan tapım? Sərin yerlərə bəzi-bəzi adamlar çoxdan yiyə durublar…

 

OD DÜŞÜB ŞİRİN CANA…

Xəbər verilir ki, Azərbaycanda şiddətli istilər davam edəcək. Əliyevlərin ofşor pullarından xəbər tutanlar hələ beş-on gün də yana-yana qalacaqlar.

HACI KƏRİMİN OFŞORA SƏYAHƏTİ

—         Kəblə Fatma gedirəm!

—         Kişi, hara gedirsən?

—         Ofşora gedirəm?

—         -Kişi o nə yerdir? O da aydadır?

—         Aydan bir az oyana. Prezidentimiz kəşf edib oranı.  Yer-göy orda puldur. İndi millət hamısı alverə ora gedəcək.

—         Kişi, nolar, məni də apar da!

—         Kəblə Fatma! Bilmirsən ofşordakılar hamısı lüt-madarzatdılar? Orda hər kəs dalına yüz dollar, qabağına yüz dollar yapışdırıb gəzir… Deyirəm  əvvəl biz hacılar gedək, çit-mit aparaq, ordakılrı abra salaq…

GƏNCLƏRƏ ANALOQU OLMAYAN QAYĞI

Məlumdur ki, Azərbaycanda xeyli tələbə gənc eyiraz aksiyalarında iştirak edirlər. Sonra onlar polisə aparılırlar, məhkəmə, həbs… Bir sözlə, tələbələr dərsdən yayınırlar. Bunun qabağını qalmaq üçün Milli Məclis bu-gün sabah yeni qanun qəbul edəcək. Qanuna görə, hər bir Azərbaycan gənci ali məktəbə girməmişdən qabaq bir neçə il türmədə oturacaq. Çıxanda onlara metro kartı kimi  elektron kart veriləcək. Hər etiraz aksiyasından sonra məhkəmə operativ şəkildə həbs müddətini kartdan çıxacaq. Uşaq da qayıdacaq məktəbinə.

Demək lazımdır ki, bu, dünyada analoqu olmayan bir yenilikdir. Hazırda Almaniyada elektron kartların istehsalına hazırlıq görülür. Kartların xərci Heydər Əliyev fonundan ödəniləcək.

AZƏRBAYCAN ARVADLARININ YENİ QARĞIŞI

 «Səni görüm Azərbaycanın neft  pulları kimi gedər-gəlməz olasan, ofşorlarda itib-batasan!»

HAMLET DEYƏN KİMİ: HƏR ŞEY MÜQAYİSƏDƏ BİLİNİR…

Nardaranlı hacılarla müqayisədə Ilham Əliyev Alen Delona bənzəyir…

«MƏNİMKİNİN CEHİZİNƏ BAX, ONLARINKINA BAX…»

Əliyevlər ailəsinin gizli biznesiylə bağlı şok faktlar üzə çıxandan sonra Azərbaycanda kütləvi arvadboşama başlanıb. Boşama ərizəsi verən kişilər deyirlər ki, bilsəydilər Əliyevin qızlarında bu dövlət var, onları alardılar.