Архив тегов | müharibə haqqında şeir

“FƏLAKƏT, QƏZADIR – BİR İNSAN ÖLSƏ..”

“Fəlakət, qəzadır  bir insan ölsə,

Statistikadır – ölürsə yüz min”.

Bir vaxt bunu deyən Kurt Tuxolski,

Özü dəhşətini yaşayıb hərbin.

 + 

Qovğası hələ də rusun tükənmir,

On minlər, yüz minlər qırılıb gedir.

Sayını boş yerə can verənlərin,
Bəlkə bilənlər var, millətə sirdir.

+

İndi statistik rəqəm qədər də,
Hərbi ölümlərdə sanki yox dəyər.

Qapıya vurulan, ya da səbətə,
Salınan hər topu qeyd edir bəşər.

 +

İndi “layk”lardır statistika,
Sevinc də, qüssə də bəyənmələrdə.

Uzağı sayırıq topu ya tankı,
Əsgərdə dəyər yox mərmi qədər də…

 +

“Bir insan ölümü – fəlakət, qəza”,
Deyirdi  bir zaman Kurt Tuxolski.

İndi sosşəbəkə yas tutur bizə,
Görən layklayıb keçir tələsik…

!5. 01. 2023, Samara

«ÖZÜN ROSSİYANİNSƏN, ARVADIN ROSSİYANKA…»

Yarmca il qabaq sən,
Soydaşım, necə şaddın! —

Özün rossiyanınsən,

Rossiyanka – arvadın!

 +

Al-qırmızı pasportun,
Ürəyinin başında.

Rus bayrağı asırdın,

İş yerində, maşında.

 +

Evində də, dyəsən,
Putinin şəkli vardı.

Özün rossiyaninsən,
Rossuyanka arvadın!

 +

Uşaqlar, fəxr edirdin,
Bilmir heç azəricə.

Rus – ana dilləridir,

Nə aksent, nə də ləhcə.

 

Başlayandan rus hərbə,

Halın dəyişib, qağa!

Rossiyaninsən, lələ,

Arvad da rossiyanka!

 +

Avtomat qap indi sən,

Gir görüm ya da tanka.

Axı rossiyaninsən,
Arvadın rossiyanka!

 +

Özünü ver qabağa,
“Za Putina!” deyərək.

Qan axıt yad torpağa,
Vəhşi tək böyürərək!

 +

Uşaqlarını göndər,
Putinin hərbinə ya.

Oğlun rossiyanindir,
Qızınsa rossiyanka.

 +

Çaşmısan, görürəm sən,

Rəngin ağarıb, qağa!

Sən ki rossiyaninsən,
Arvadın rossiyanka!

 +

Yaxasından sən idin,

Georgi lenti asan.

Kol axtarırsan indi,
Girib gözdən itəsən.

 +

Sevdiyin himn, deyəsən,
Çağırır, qalx, ayağa!

Sən ki rossiyaninsən,
Arvadın rossiyanka!

23. 11. 2022, Samara

RUSİYA. ÇİÇİKOV — 2022

2021 лето

Yenə Rusiyada paytaxtdan uzaq

Şəhərlər və kəndlər təşviş içində.

Məmurlar, əhali gözləyir qonaq,

Gələnsə müfəttiş deyildir hərçənd.

 +

Uzaq paytaxtdan və Tanrı gözündən,
Gözü xumarlıqdan çətin açılan
Əhali yaşayan yerlərə indi,
Gəlir gözəl insan, nəcib qəhrəman!

 +

Pavel İvanoviç yadınızdamı? Çiçikov!

Nə gözəl, nə çirkin, nə gənc, nə qoca.

Kübar ədaları ləyaqət dolu,
Frakı, köynəyi nəfis və incə.

 +

Gəzir troykada quberniyanı,
Qonaq olur zəngin mülkədarlara,

Kef deyildir ancaq məqsədi onun,

“Ölü can” dalınca gəlib o bura.

 +

Ağılla və səbrlə sövdələşərək,

Alıb heç-neçəyə ölü canları,
Yaxşı pul qazanar sonra, diri tək

Girov qoya bilsə banka onları.

 +

Xırda səhv eləyir bu nəcib insan,
Əldən ehtiyatı buraxır yəni.

Qalmaqal yaranır… Quberniyadan
Qaçmaq isttəyəndə tutulur yəqin.

 +

Bu ölməz süjeti Nikolay Qoqol
İki əsr əvvəl alıb qələmə.

Çoxdan azadlığa çıxıb Çiçikov,
İndi Putinə də yaxındır demə!

 +

Əlbəttə, troyka vaxtı deyildir,

Var helikopteri, təyyarəsi də.

Paytaxtdan ən uzaq yerlərə gedir,

Kef deyil, ayrıdır yenə məqsədi.

 

Ayrı cür geyinir Çiçikov indi,
Çoxdan ayrılıbdır qara frakdan,
Əyni Çiçikovun indi hərbidir.
Sinəsində ulduz — əsl qəhrəman!

 +

Çevrilib sövdəsi amma tərsinə,

İndi gəzib diri canları alır.

Daha nə dil tökür, hiylə gəlir nə,

Pula satılmağa çoxları hazır.

 +

Pulu zibil kimi Çiçikovunsa,

Dövlət büdcəsində oynayır əli.

Alveri, sövdəsi cənabın asan,
Artıq danışanın kəsilər dili.

 +

Gedir Rysiyada beləcə rahat,
Ukrayna hərbinə can tədarükü.

Oğlu ana satır, ərisə arvad,

Satırlar elə bil malı ya mülkü.

 +

Dönərək 200 nömrəli yükə,
Qayıdar onlardan kimsə geriyə,
Kininsə tapılmaz tikəsi bəlkə,
Yandırılar, külü sovrular göyə.

 +

Yenı təyyarəsi Çiçikovunsa,
Şığıyıb qırğı tək qalxır havaya.
Gedən diri candır, ölü – gələnsə,

Qanlı bir bazara dönür Rusiya.

06. 11. 2022, Samara

QAN PULUNA ALINAN MAŞIN

29 iyun

 Ağ maşın, zavoddan təzəcə çıxan –

Vurnuxur haçandan qoca yanında.

Qabaqdan gah baxır, gah da arxadan,

Hərdən özünə də baxır aynada.

 —

Oğlu, Lyoşa Malov çox arzulardı,

Belə bir ağ maşın ağlı kəsəndən.

BMV, Mersedes bəlkə alardı,

“Lada Qranta” da pis dyil hərçənd.


Yəqin dal şüşəyə Georgi lenti

Çəkərdi, “На Берлин!”  yazardı hələ.

Ukraynada ölmək oldu qisməti,

Heç gedib çıxmadı Kiyevə belə.

 — 

Onun “qan pulu”na alınıb maşın,
Ha baxır, baxmaqdan atası doymur.

Diliylə az qalır silib-yalasın,

Uşağı-muşağı yaxına qoymur.

 —

Oğlu tankda yanıb qonşu ölkədə,
Niyə, kimdən ötrü – düşünmür ata.

Hərdən qəbri üstə gedər bəlkə də,
Qanıyla alınan bu ağ maşında.

 —

Tamahdan başını itirən kişi!

Çıx yola, qazı bas, kefdəsən daha.

Yaz vur dal şüşəyə “На кладбище!» — 

Hamı buraxacaq səni qabağa…

 

20.07. 2022, Samara

 

BURYAT

SONY DSC

Kimdi qapısını açan volyerin?

Kim buraxıb çölə yırtıcıları?

Zülmətin bağrından bir gecə yarı,
Çıxıblar, sayları bir neçə yüz min.

 —

Qarşıya çıxanı dağıdır onlar,
Yıxılır insan da, daş tikili də.

Çoxdur vəhşilərin itkiləri də

Ancaq hər birinin beş əvəzi var.

 —

Süngü tək sancılar, ox kimi batar,

Topa mərmidirlər, tüfəngə güllə,

Dişi, dırnağıyla, elə boş əllə,

Dağıdar, talayar – buryata nə var?

 —

Var ağı, sarısı, qarabənizi,

Apollon üzlülər, gözü qıyıqlar,

“Allah əkbər!” deyən, xaç çəkən də var,

Hər biri qan tökür, hər biri əzir.

 —

Onlar bir-birinə indi bənzəyir,
Hər biri buryatdır, rusdur hər biri.

Onlar tərk edəndən birgə volyeri,
Cinayətləri bir, ölümləri bir.

 —

Buryat gedə bilmir daha irəli,

Ya heyi qalmayaıb, ya da ayağı,

Gözlərin alası, çəpi, qıyığı,
Bir anın içində qalır bərəli.

 —

İndi bu yürüşdə hər gəbərəndən,

Bostan müqəvassı düzəldib əgər,
Assan dirəklərdən sərhədə qədər,
Bəlkə  çəkindirər buryatı hərbdən…


Volyer qapısını açansa bəlkə,
Dərin xumardadır qan qoxusundan.

Uçulur tikili, yıxılır insan,

Millət parçalanır, dağılır ölkə…

 

 

20. 05 2022, Samara