Архив тегов | Şeksprin sonetləri

UİLYAM ŞEKSPİR. 113-CÜ SONET

 

sonnet 113.jpg

                              Since I left you, mine eye is in my mind…

 

Gözüm könlümdədir ayrılan andan,

İndi yarı görür, yarı kordur o.

Həmişə yolumu mənə tanıdan,

Görən tək görünür, görümüsə yox.

 

Beyinə yetirmir quşun çiçəyin,

Şəklini, ya başqa hər nəyə baxsa.

Əksini önündən gəlib keçənin,

Yaddaşa köçürüb saxlamır daha.

 

Görsə ən kobudu ya ən incəni,

Gözəl yaranışı, ya eybəcəri.

Dağı ya dənizi, günü, gecəni,

Qarğanı, kəkliyi – sənə çevirər.

 

                    Səndən özgə heç nə görmürəm daha,

                    Gözümdür, ya da ki, beynim aldadan.

İngiliscədən tərcümə

08-09.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 112-Cİ SONET

sonnet 112

 

                               Your love and pity doth th’ impression fill

 Sevgin, mərhəmətin adımdan silər,
Bayağı qeybətlər basan damğanı.

Nə fərqi kim yaxşı, kim də pis deyər,

Sənin tək bir gözəl var tanıdanım.

 

Sən mənim dünyamsan, gərək öyrənəm,

Yaxşımı, pisimi sənin dilindən.

Mənim baxşımı düzə, əyriyə,
Yoxdur səndən özgə dəyişə bilən.

 

Atıram uçurum dibinə məndən

Danışılanları, gürzə tək elə,

Karam böhtana həm, tərifə həm də,

Sayğısızlığımı başa düş belə:

 

Xəyalıma elə sən gömülmüsən,

Bütün dünya deyir guya ölmüsən.

 

İngiliscədən tərcümə

08.04.2018
Samara

UİLYAM ŞEKSPİR. 111-Cİ SONET

 

Sonnet_111_1609.jpg                    

                                             O for my sake do you with Fortune chide…

 

Bilirəm Fələyi təkcə günahkar,

Sayırsan yaramaz əməllərimə.

İndi  çörəyim də kütlədən çıxar,

Olmalıyam kütlə səviyyəli mən.

 

Yaranmış adımda damğa beləcə,

Dəyişib işim də təbiətimi.

Əli boyaqçının dəyişər necə:

Tanrıya üz tut ki, bəlkə dəyişdim.

 

Müti xəstə kimi içə bilərəm,

Ödü, sirkəni də, varsa azarım.

Acı gəlməz acı; islaha görə,

Nə cəza verilə, saymaram ağır.
                     Eləsə, əziz dost, mənə rəhm elə,
                    Sağala bilərəm mərhəmətinlə.

 

İngiliscədən tərcümə

07.04.2018

Samara

QEYD: Birinci bənddə şair aktyorluq fəaliyyətinə işarə edir.

UİLYAM ŞEKSPİR. 110-CU SONET

 

Sonnet_110_1609.jpg    

                          Alas ’tis true, I have gone here and there…

Əbəs vurnuxmaqdan,  doğrudur, əfsus,

Təlxəyə dönmüşəm el nəzərində.

Çaşıb əziz nə var satmışam ucuz,
Eşqi tapdamışam, sevib təzədən.

 

Əsil doğru budur doğruya baxdım,

Şübhəylə, göylərə and içirəm ki,

Yayındım, qayıtdı  cavanlığım da,

Sınaq təzələdi sənə eşqimi.

 

Hər şey sona yetmiş, sevgidən özgə;

Bir də iştahımın düşüb dalına,

Qoymaram köhnə dost iztirab çəkə,
Eşqimə tanrıdır, ona bağlıyam.

  

               İndi ağuşuna al məni, ordan,
               Bir gözəl yer varsa, behiştdir, inan.

 

İngiliscədən tərcümə

06.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 109-CU SONET

 

Sonnet_109_1609.jpg

                                     O never say that I was false of heart…

Mənim ürəyimdə demə yalan var,
Uzaqda olsam da, odu həmindir.

Özümdən ayrılmaq mənə asandır,
Qəlbiminsə yeri sənin sinəndə.

 

Ora eşqimə yurd; səfərə çıxam,

Dönərəm geriyə müsafir kimi,

Vaxtında, dəyişməz məni ötən vaxt,

Su tapıb yuyaram mən öz ləkəmi.

 

Canıımda, əlbəttə, mənim də qaynar,

Bütün zəifliklər, inanma yenə,

Elə ləkələyə qanımı onlar,

Dəyişəm səndəki varı heç nəyə.

 

                 Heç nədir mənə bu geniş kainat,
                 Sənsiz onda, gülüm, sönükdür həyat.

İngiliscədən tərcümə
05.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 107-Cİ SONET

sonnet107

Not mine own fears, nor the prophetic soul

Nə öz qorxularım, dünyanın nə də,
Gələcək şeylərdən xəbərçi ruhu,

Deyər ki, hardadır eşqimin həddi,

Axı o nə tale, nə də ki, yuxu.

 
Tutuldu öləri ay, açıldı da,

İndi xəcalətdən kahin utanır.

Qeyri-müəyyənlik doğru tacında,

Hər yerdə əbədi barış zeytunu.

 

 

Bu məlhəm zamanın damlalarıyla,

Sevgim tər, hökmümdə ölüm də indi.

Şeirimlə mən onu adlamalıyam,

Cahil tayfalardır onun yendiyi.

 

          Tiran məqbərəsi çürüyüb gedər,

         Şerimdə əbədi qalar abidən.        

 

İngiliscədən tərcümə

               03.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 106-CI SONET

Sonnet_106_1609.jpg               

                               When in the chronicle of wasted time

 Görəndə tarixi yazılarda mən,

İnsanlar olub ki, sevimli, dilbər.
Şeirlər yaranıb tərənnümündən,

Ölmüş xanımların, bəylərin gözəl.

 

Onda tərifində gözəl nə varsa.

Yəni qaşın, gözün, dodağım, əlin,

Görürəm müəllif çalışıb yaza,

Eyni ilə sənin gözəlliyini.

 

Təriflər onların öngörənliyi,
Sənin surətinin, bizim günlərin,

Gələcəyə ruhi baxış zilləyib,

Vəsf edə biliblər bugünkü səni.
             Səni bu gün görən heyran olacaq,

             Çatmaz tərifinə qüdrəti ancaq.

 

İngiliscədən tərcümə

02.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 105-Cİ SONET

sonnet 105.jpg

            Let not my love be called idolatry

Bütpərəstlik demə  mənim eşqimə.
Mənim sevdiyim də bütə bənzəmir.

Bütün nəğməlrim indi, həmişə,

Bir nəfər haqqında, bir nəfərindir.

 

Sevdiyim səmimi bu gün, sabah həm,

Həmişə kamildir məlahətində.

Sabit olanı da vəsf edər qələm,

Həvəs yox yazmağa ayrı heç nədən.

 

Səmimi, həqiqi, gözəl –yazıram,

Bunları, sözlərdir müxtəlif olan.

Üçün vəhdətinin verdiyi ilham,

Tükənməz, yazdıqca hər çalarından.

 

                  Səmimi,həqiqi, təmiz ayrıza,
Yaşardı, tək səndə birləşib ancaq.               

 

İngiliscədən tərcümə

01.04.2018

Samara

UİLYAM ŞEKSPİR. 104-CÜ SONET. İKİ TƏRCÜMƏ

sonnet 104        

       104-CÜ SONET

                  To me, fair friend, you never can be old

Dostum, qocalmazsan mənim üçün sən,

İlk dəfə baxanda gözünə gözüm,

Gördüyüm gözəlsən. Üç qış o gündən,

Gəlib cəlalını üç yayın pozub,

 

Üç gözəl bahar üç payıza döndü,

Gördüm fəsillərin dəyişməyini.

Üç aprel çiçəyi yandı iyunda,

Bahar təravəti səndəsə həmin.

 

Saat əqrəbi tək gözəllik hərçənd,

Getsə də, görünməz gözə addımı.

Gedir bəlkə sənin gözəlliyin də,

Görmürəm, gözümü sevgim aldadır.

 

                        Eşit, gələn əsr: sən doğulmamış,

                        Gedib gözəlliyin yayı, gəlib qış.

İngiliscədən tərcümə

31.03.2018

Samara

 

                ÜİLYAM ŞEKSPİR

      104-CÜ SONET

                       To me, fair friend, you never can be old,
                       For as you were, when first your eye I ey’d…

(ƏRUZLA)

Sən, əzizim, gözümdə heç zaman qocalmazsan,

Sən necəydinsə ilk görüşdə, həminsən yenə də.

Həmin gözəlsən, üç il qış soyuğu qoydu viran

Yayın cəlalını bağlarda, füsunkar meşədə.

Sarı payızlara üç il basıldı göy yazlar,

Gözüm önündə fəsillər dəyişdi bir-birini.

Getdi Aprel, İyunda yandı xoş ətirli nə var,

Səndə əvvəlki təravətsə görən tək bilinir.

Ah, gözəllik gedirsıə də, gedir saat kimi o,

Gedir, əqrəblərinsə gözlə seçilmir gedişi.

Sənin gözəlliyində zərrəcə zaman izi yox,

Zaman gedir, dəyişmyən gözümün aldanışı.

 

Gələn nəsillərə mən üz tuturam təşvişlə:

Gözəllik öldü siz doğulmamışdan hələ.

 

ingiliscədən tərcümə

24-25.09.2016

Samara

UİLYAM ŞEKSPİR. 103-CÜ SONET                                        

 

sonnet 103.jpg 

              Alack, what poverty my muse brings forth…

Əfsus, nə miskindir, Pərim yaradan,

Fürsət böyüksə də hünər göstərə.

Mənim təriflərim artırılmadan,

Mövzu özlüyündə min dəfə gözəl.

 

Bir daha yazmasam, incimə məndən

Aynaya nəzər sal, ordakı çöhrə,
Üstündür mənim küt təxəyyülümdən,

Nə yazsam da, mənə xəcalət verər.

 

Gözəl yaranmışı vəsfə  cəhd edib,

Onu gözdən salmaq günah deyilmi?

Şerimin yeganə axı məqsədi,

Vəsfidir mükəmməl  gözəlliyinin.

 

                               Və şeirim deyəndən min dəfə səni,

                               Həqiqi göstərər aynada əksin.

 

 

İnfiliscədən tərcümə

30.03.2018

Samara