UİLYAM ŞEKSPİR. 110-CU SONET

 

Sonnet_110_1609.jpg    

                          Alas ’tis true, I have gone here and there…

Əbəs vurnuxmaqdan,  doğrudur, əfsus,

Təlxəyə dönmüşəm el nəzərində.

Çaşıb əziz nə var satmışam ucuz,
Eşqi tapdamışam, sevib təzədən.

 

Əsil doğru budur doğruya baxdım,

Şübhəylə, göylərə and içirəm ki,

Yayındım, qayıtdı  cavanlığım da,

Sınaq təzələdi sənə eşqimi.

 

Hər şey sona yetmiş, sevgidən özgə;

Bir də iştahımın düşüb dalına,

Qoymaram köhnə dost iztirab çəkə,
Eşqimə tanrıdır, ona bağlıyam.

  

               İndi ağuşuna al məni, ordan,
               Bir gözəl yer varsa, behiştdir, inan.

 

İngiliscədən tərcümə

06.04.2018

Samara

Реклама