İlham Əliyevin gələn beş illik haqqında proqnozu ətrafında düşüncələr.
- Beş ildən sonra indi beş il iş almış gənclər türmədən çıxacaqlar.
- Beş ildən sonra Ramiz Mehdiyevin 80 yaşı tamam olacaq.
- Beş ildən sonra İlham Əliyevin doğum gününə həsr olunmuş tortun uzunluğu 57 metr olacaq.
- Beş ildən sonra yüz minlərlə azərbaycanlı işə düzələcək. Rusiyada…
- Beş ildən sonra Heydərovlar,Əliyevlər, Mehdiyevlər, Paşayevlər, Məmmədovlar və başqa millət rəhbərlərinin gözləri Qəbələdən, İsmayıllıdan, Zaqataladan, Qubadan və başqa cənnət guşələrdən gözləri doymasa, bəlkə üzlərini Şuşa tərəfə tutalar.
- Beş ildən sonra Naxçıvanda abadlıq işlərin qurtaracaq və qalan naxçınlılar da əmək alətlərini yığışdırıb gedəcəklər İrana, Türkiyəyə fəhləliyə. Süleymana qalmayan dünya Vasif Talıbova qalacaq.
- Beş ildən sonra Azərbaycan elə sürətlə gedəcək ki, gözdən itəcək və dünya ictimaiyyəti bilməyəcək ki, bu Azərbaycan yerə batdı, ya göyə uçdu…