Bir neçə ay əvvəl Mirzə Əlilin “Azərbaycan toyuqların vətənidir” felyetonu bəzi soydaşıarımızda elə hiddət doğurmuşdu ki, az qalırdılar yazıq Mirzə Əlili öldürsünlər. Əslində Mirzə Əlil nə Azərbaycanı, nə azərbyacanlıları təhqir etmək fikrində olmayıb. Felyeton İlham Əliyevin doğum gününə Sumqayıtda bişirilən torta həsr olunmuşdu. Zarafatla deyilirdi ki, Azərbaycan elə tortun vətənidir. Torta yumurta işləndiyindən, belə çıxır ki, Azərbaycan yumurtannın da vətənidir. Yumurtanı da, bir filmdə deyildiyi kimi, toyuq doğur. Yəni Azərbaycan toyuqların da vətəni olur, yəni toyuq əvvəlcə Azərbaycanda yaranıb, dünyaya gəlib. Burda nə təhqir var?
1992-ci ildə əvvəllər ancaq toyuq fermalarına müdirlik eləmiş Abbas Abbasov Azəərbaycanın baş nazirinin müavini təyin edilir. Bəs onda bizim millət niyə narazı olmadı? Azərbaycan xalqının o vaxtkı ağır vaxtında ferma müdirindən sanballı adam tapılmadı?
Bu yaxınlarda Abbas Abbasov Samaraya təşrif buyurmuşdu və məclisi ələ alıb elə qışqır-bağır salmışdı ki, elə bil qabağındakılar bir sürü toyuqdurlar. Burda bir məmur xanım yazır ki, Rusiya azərbaycanlıları gərək Abbasovla fəxr eləyələr. Ay xanım, sən də bizi toyuq sayırsan?
İndi Azərbaycanın hökumət qəzeyi yazır ki, Laçını ermənilərə verən elə Abbaov olub. Bunun belə olub-olmadığını deyə bilmərəm. Həm də çox təəccüblüdür ki, hökumətin gözü iyirmi ildən sonra açılıb. Ancaq mən Zəngilanın son həftələrini göstərən videoxronikaya baxmışam. Küçədə iyirmi-otuz kişini komandir olduğu güman edilən bir nəfər sıraya təpilkə, şilləylə sıraya düzür, onları qeyrətli olmağa çağırır, əsgərə oxşamayan bu kişilər isə harasa naməlum istiqamətə baxırlar – bilinir ki, bunlardan döyüşçü olmaz… Araz qırağına yığılmş arvad-uşaq, hələ müharibə yaşamamış, ancaq didərgin olmuş bu adamlar illərlə həbs düşərgəsində olmuş məhbusları xaırladırlar, qışqırıb-bağıran, höküməti iştirakını tələb edənlər var… Sonra onlar çaya girib İrana keçəcəklər… Bu səhnələrə baxan heç kim deməz ki, bu insanların arxasında dövlət var, hökumət var. Və cənab Abbasov elə o vaxt baş nazirin birinci müaviniydi. Və əlbəttə, cənab Abbasov Bakıda rahat kabinetdə yox, zəngilanlıların, cəbrayıllıların, qubadlıların yanında olmalıydı. Rayonu rayon dalınca düşmənə verən məmur əgər indi də liderlik şövqündədirsə, o, insanlara toyuq-cücə kimi baxmırmı?
Və Mirzə Əlilin məsum zarafatından inciyən adamlar bu boyda təhqirdən niyə incimirlər?
Mirzə ƏLİL