Azərbaycalılar kimi haqq-ədalət sevən millət yer üzündə yoxdur.
1-ci səhnə
— Cəfərqulu, sənin oğlunun kiçik toyuna gəlmişdim?
— Bu nə sözdür, Məmmədqulu, əlbəttə, gəlmişdin!
— Yüz manat puz salmışdım. Dünən gəlmisən, bizim gədənin kiçik toyuna əlli salmısan. Bunu əllisi hara getdi? Prezident fonduna?
— Məmmədqululu, sözün var, söz danış, prezidentə sataşma.
— Cəfərqulu, sən məni prezidentlə qorxutma, lazım olsa, prezident aparatında adam taparıq, sən əllinin cavabını ver.
— Məmmədqulu, bir az kasıblıqdı, gətirib verərəm.
— Nə kasıblıqdı ə, ev-eşiyini görmürəm? Maşınını görmüərəm? Sözə basma, gətir əllini çatdır!
— Məmmədqulu, uşağın inşaallah böyük toyu olanda…
— Cəfərqulu, boş-boş danışıb məni cin atına mindirmə, pulu gətir…
2-ci səhnə
— Cəfərqulu, utanmırsan, qızarmırsan?
— Bu nə sözdür, Məmmədqulu?
— A kişi sənə bu həftə neçə dənə “layk” qoymuşam?
— Saymamışam, Məmmdəqulu.
— Çox nahaq saymamısan! Başımı daşa döymüsən. Əlli yeddi dəfə!
— Atan rəhmət!
— Atanmı bura qatma! Sən neçə dəfə məni “layk” eləmisən?
— Məmmədqulu, deyə bilmərəm…
— Mən deyə bilərəm: on üç dəfə! Cəfərqulu, mən sənin atana borclu deyiləm! Sən özünü mənə havayı layklatdırmaqla özünü lotu sayırsan?
— A kişi, vallah, mən özümü lotu saymıram…
— Cəfərqulu, bizim uşaq pullu litseydə oxuyur, İnternetin anasını ağladır, vallah, sənin kompüterinə elə virys saldıraram ki, qalarsan mələyə-mələyə…
—