BARAKLA İLHAMIN DEYİŞMƏSİ

Nizamiyə bənzətmə

Obama soruşdu: hardansan, oğlan?

İlham cavab verdi: Azərbaycandan.

Dedi: O diyarda hansı sənət var?

Dedi: Nefti satır, rüşvət alırlar.

Dedi: Rüşvət almaq heç ədəb deyil!

Dedi: Bu bizlərdə təzə dəb deyil.

Dedi: Hara gedir neftin qazancı?

Dedi: Xalqa çatır son manatacan.

Dedi: Xalqın kasıb görünür amma.

Dedi: Gördüyünə çox da inanma.

Dedi: Boğursunuz jurnalistləri.

Dedi: Başdan böyük var qələtləri.

Dedi: Neçə cavan niyə tutulub?

Dedi: Ciblərində qara, ağ olub…

Dedi: Qızlarının sərvəti hardan?

Dedi: İrs alıblar babalarından.

Dedi: Bəs xanımın varlanıb nədən?

Dedi: Kim deyibsə bunu, onun mən…

19.11 12013

Реклама

ÜZ ÜZDƏN UTANIR…

Ermənistan prezidenti Sarqsyanla növbəti görüşə hazırlaşan İlham Əliyev arvadına deyir:

—         Mehriban, yaxşı ki, Ermənistanda prezidentlər dəyişirlər. Bizdəki kimi onlarda da həmişə  bir nəfər olsaydı,  üzüm-gözüm öyrəşərdi. Üz –göz öyrəşmək də pis şeydir, desəydi Beyləqanı, İmişlini də ver, gərək verəydim…