
Быть знаменитым некрасиво…
Məşhur olmaqda axı yaxşı nə var,
Baş ucaldan bu deyil, əlbəttə.
Çox mehr salmayın əlyazmalara,
Toplayıb yığmayın arxivləri də.
+
Sənətdə məqsəd – özündənkeçmə,
Uğura, hay-küyə yersizdi tamah.
Əsərin – heç nə, həm özün – heç nə,
Adın hər yerdə — ayıbdır, vallah.
+
Lovğalıqdan uzaq ömür sürəsən,
Elə ömür sürəsən, sonda yetə,
Sənə sədası yeni əsrlərin.
Çəkəsən ətrafın məhəbbətini.
+
Və bilinməzliyə həm baş vuraraq,
Orda addımlarını gizlədəsən.
Necə dumanda gizlənir ətraf,
Və itirsən özün də gözdən sən.
+
Və kağızlarda deyil boş yerlər,
Taleyində və həyatında qala.
Bütöv bir ömrün orda qeydləri,
Başlığıyla, fəsil-fəsil yer ala.
+
Addım-addım izinlə özgələri
Yol gedər ki, haçansa keçdin sən.
Məğlubiyyətlə sən ancaq zəfəri,
Özün gərək ayıra bilməyəsən.
1956
Ruscadan tərcümə
02 noyabr 2014 Samara