AMARSANA ULZITUYEV. SIĞIN NƏĞMƏSİ

Я способен любить лосих…

 

Sevişə bilərdim sığınlarla mən –

Səskeçməz, nursığmaz sidrliklərə,

Çaytikanlarına batıb bürünən,

Diyarda sevməli ayrı kimdi ki.

 

Sığın instinkti mənə doğmadır,

Adət eləmişəm mən onlar kimi,

Rəqibin gözünə baxam qorxmadan,

Qırıb buynuzunu davada tökəm.

 

Nəhəng erkəklər tək mən də həvəslə,

Elə hayqıraram, ağaclar əsər.

Bəlkə də içimdən yüksələn səsi,

Mənə mehr salan eşidib gələr.

 

Onda baxmaram ki, bəlkə görən var,

Qızaram, basaram sığını o dəm.

Vəhşi, uzaq, Tanrı unudan diyar —

 Mən necə başqa cür ola bilərdim?

 1982

ruscadan tərcümə

12.05. 2015 Samara

 

ФЛАГ 1

Азербайджанские солдаты на параде в Москве, посвященном семидесятилетию Победы в Великой отечественной войне.