ALEKSANDR PUŞKİN. «İKİ GÖZƏL DUYĞU ƏZİZDİR BİZƏ…»

ПУШКИН     

    ALEKSAND PUŞKİN

             Два чувства дивно близки нам…

 

İki gözəl duyğu əzizdir bizə,[i]

Onlarla ürəklər qidalanırlar;

Sevgi ata-baba məskənimizə,

Sevgi ata-baba məzarlarına.

 

Həyat, ruh yaradan müqəddəs ocaq!

Onlarsız bu torpaq ölüb gedərdi.

Susuz, yaşıllıqsız səhralar sayaq,

Dönərdi tanrısız ya da məbədə.

1830

Ruscadan tərcümə

13.11.17
Samara

[i] İkinci bəndin üçüncü misrası orijinalda yarımçıqdır.