MİXAİL LERMONTOV
(1814-1841)
QAYA
Ночевала тучка золотая…
Qızıl bulud gecələdi,
Nəhəng qaya sinəsində.
Yola vardı səhər tezdən,
Maviliklə dəcəlləndi.
Qayanınsa nəm iz qaldı,
Qırışında. Durub tənha,
Fikrə dalıb qoca qaya,
Səhrada səssiz ağladı.
1841
Ruscadan tərcümə
27.11. 2017
“Sioni kəndi yaxınlığında Qafqaz məzərəsi” şəkli M. Y. Lermontovundur. Kətan, yağ, təxm. 1837-38