MİXAİL LERMONTOV. QAYA

Лермонтов_Кавказский_вид_возле_селения_Сиони.jpg                           

MİXAİL LERMONTOV

                                (1814-1841)

           QAYA

     Ночевала тучка золотая…

Qızıl bulud gecələdi,

Nəhəng qaya sinəsində.

Yola vardı səhər tezdən,

Maviliklə dəcəlləndi.

 

Qayanınsa  nəm iz qaldı,

Qırışında. Durub tənha,

Fikrə dalıb qoca qaya,

Səhrada səssiz ağladı.

 

1841

Ruscadan tərcümə

27.11. 2017

“Sioni kəndi yaxınlığında Qafqaz məzərəsi” şəkli  M. Y. Lermontovundur. Kətan, yağ, təxm. 1837-38