
Моим стихам, написанным так рано…
Şair olduğumu bilməyən zaman,
Çox erkən yazılmış şeirlərimin,
Fəvvarədən damcı kimi sıyrılan,
Raketdən tökülən qığılcım kimi,
Buxurdan və yuxu dolu məbədə,
Xırdaca cinlər tək soxulan, girən,
Cavanlıq barədə, ölüm barədə,
Mənim oxunmamış şeirlərimin!
Mağazalarda toz basan, bürüyən,
(Qalıb saralırlar, alınmır onlar!)
Qiymətli şərab tək şeirlərimin,
Zamanı gələcək, geci-tezi var!
Koktebel 13 çay 1913
ruscadan tərcümə
05.01.2018
Samara