
Белеет парус одинокий….
Tənha yelkən ağarır,
Dəniz dumanlarında.
Yad eldə nə axtarır,
Nə atıb doğma yurdda.
Dalğa oyunu bitmir,
Dirək də əyilmədə.
Sevinc dalınca getmir,
Sevincdən qaçır nə də.
Qızıl şüalar üstdə.
Nurlu mavilik altda.
Qiyamçı, tufan istər –
Tufanda dinclik hardan…
1832
Ruscadan tərcümə
06.01.2018
Samara