UİLYAM ŞEKSPİR. 37-Cİ SONET

37 sonnet.jpg

                                   As a decrepit father takes delight

Gənclik əməlləri övladın necə,

İxtiyar ataya sevinc gətirər,

Taleyin qarğışı məni üzüncə,

Təsəlli tapıram ləyaqətinlə.

+

Gözəllik ya dövlət, ağıl ya əsil,

Bunların hamısı, daha çox ya da — 

Görəndə şahanə xassələrindir,

Mən də bu sərvətə sevgi bağladım.

+

Onda nə yoxsulam, nə həqir, nə şil.

Elə maya verir çünki bu xülya,

Sənin zənginliyin mənim elə bil.
Şərikəm həmişə şanından paya.

+

     Sənə arzularam yaxşı nə varsa,
     On dəfə xoşbəxtəm, gerçək olarsa.

İngiliscədən tərcümə

25.01.2018