UİLYAM ŞEKSPİR. 37-Cİ SONET

37 sonnet.jpg

                                   As a decrepit father takes delight

 

Gənclik əməlləri övladın necə,

İxtiyar ataya sevinc gətirər,

Taleyin qarğışı məni üzüncə,

Təsəlli tapıram ləyaqətinlə.

 

Gözəllik ya dövlət, ağıl ya nəsil,

Bunların hamısı, daha çox ya da

Görəndə şahanə xassələrindir,

Mən də bu sərvətə sevgi bağladım.

 

Onda nə yoxsulam, nə həqir, nə şil.

Elə maya verir çünki bu xülya.

Sənin zənginliyin mənim elə bil,
Şərikəm həmişə şanından paya.

 

     Sənə arzularam yaxşı nə varsa,
     On dəfə xoşbəxtəm, gerçək olarsa.

İngiliscədən tərcümə

25.01.2018