VİKTOR HÜQO. BİR QADINA

kinopoisk.ru

Enfant ! si j’étais roi, je donnerais l’empire…
Körpəm! Kral olsaydım, sənə cahan verərdim,

Deyərdim ki, tacımı, müti xalqımı götür.

Götür nə var qızıldan, nə varsa mərmərli də,

Dənizə sığışmayan nəhəng gəmiləri də,

Bir baxışından ötrü.

 

Tanrı olsaydım, yeri, dəryaları, havanı,

Mələkləri, qarşımda əyilən şeytanları,

Yer altında gah yatan, gah oyanan qüvvəni,

Verərdim dünyaları, əbədiyyəti sənə,

Bir öpüşündən sarı.

1831

fransızcadan tərcümə

26.01.2018

Samara