Ah, necə də gün şəhəri qızdırır,
Az qalır asfalt əriyə istidən.
Büdrədir addımlarını, azdırır,
Çaşdırır ağlı, elə bil xəstəsən.
Ah, bu maşınlar necə od yağdırır,
Huşun itir, keçsə yanından əgər.
Rəngi gedib göylərin, ilğımdadır,
Ağca buludlar da yerə od səpər.
Pəncələri göydə — pişik kefdədir,
Nəhləyir it, dil çıxarıb bir qarış.
Quş uça bilmir, elə bil yol gedir,
Can çəkir əvvəlcə, qanad çalmamış.
An, necə də gün şəhəri yandırır,
Dil çıxarıb nəhləyirik it kimi.
Tanrı yaratmış həqir insanlarıq,
Biz hələ cənnət bağına həsrətik.
06.07. 2020, Samara