(xalq nağılı əsasında)
Biri var, biri yoxdu,
Kasıb ac, varlı toxdu.
Boz bir sərçə yaşardı,
Cik-cik xanımdı adı.
Koldan-kola qonardı,
Cik-ciklə oxuyardı.
Bur dıfə pəncəsinə,
Tikan batdı sərcənin.
Çox çalışsa da qoçaq,
Tikan çıxmadı ancaq.
Yaş töküb ağlayırdı,
Pəncəsi ağrıyırdı.
Qarı nənə eşitdi,
Tez haraya yetişdi.
Dedi: “A Cik-cik xanım,
Sənin qadanı alım!
Nazlısan, məzəlisən,
Ağlayırsan niyə sən?”
Hıçqırıb dedi Cik-cik:
“Qarı nənə, nənəcik!
Tikan batıb pəncəmə,
Tez onu çıxar, nənə!”
Nənə də belə işə,
Mahir idi həmişə.
Tez çıxardı tikanı,
Silib qurutdu qanı.
Tikanı bölüb yarı,
Atdı təndirə qarı.
Cik-cikin kefi sazdı,
Bir az dolandı, gəzdi,
Gəlib dedi: “nənəcan,
Hanı o qanlı tikan?
Qaytar tikanı, nənə,
Çox əzizdir o mənə”.
Nənə dedi: “Ay bala,
İndiyə tikan qalar?
Axı onu haçandı,
Atdım təndirə, yandı.
Bozardı Cik-cik xanım,
Qızardı Cik-cik xanım.
Söylədi: “Nənə, du dəm,
Cin atına minərəm!
Verməsən tikanımı,
Dağıdaram dünyanı.
Bir çörək götürərəm,
Qaçıb gözdən itərəm!”
O yana uçdu Cik-cik,
Bu yana uçdu Cik-cik,.
Çörəyi dimdiyiylə,
Qapıb ucaldı göyə.
Birdən gördü ki, çoban,
Süd sağır bir qoyundan.
Cik-cik tez yerə endi,
Çörək də dimdiyində.
Yaxın gəlib ədəblə,
Çobana dedi belə:
“Çoban əmi, salamlar!
Yaxşı təzə çörək var.
Yoğurub nənə yağla,
Verim, südünə doğra”….
(əvvəli)
07.05. 2021, Samara