Архив по авторам | Xeyrulla Xəyal

VLADİMİR KORNİLOV. HEMİNQUEYİN ÖLÜMÜ

(1928-2002)

Yazıçının haqqıdır bu,
Çaxa alnına güllə.

Hökmən deyil ki, tabutu,

Rəylərlə bəzədilə.

 +

Haqqı var ki, yerini də,

Müddətini də bilə.

Qanun kimi qəbul edin,
Ya da borc sayın elə.

 +

Yoxdur burda tamah, xeyir,
Cəzalıq da yox heç nə.

Rolu yarıda aktyor,
Kəssə, haqlıdır yenə.

 +

Yoxsa məqsəd hərəkətdə,
Və rejissor isə pox.

Artist səhnəni tərk edər –

Bu, hünərdir, ayıb yox.

 

ruscadan tərcümə

04. 03.2025, Samara

QEYD:

Məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminquey 2 iyul 1961-ci ildə ov tüfəngi ilə özünü öldürüb.

+++++++++++

Владимир Корнилов

Смерть Хемингуэя

Это право писателя
Подставлять пуле лоб.
Так что необязательно
Сыпать мненья на гроб.
Читать далее

VAR HƏR BİRİMİZİN İÇİNDƏ DƏRYA…

Var hər birimizin içində dərya,

Tükənməz, nə qədər axa, işlənə,

Yer yana, göy yana qurumaz yenə,
Azalmaz, nə qədər insan ağlaya.

 +

Körpəyə, cavana gülüş yaraşır,

Ağlamağın vaxtı yaş ötəndədir,

Adamsız bir küncə çəkil, tində dur,
Ağla, axıb getsin gözünün yaşı…

 +

Bacın yada düşür, gah da qardaşın,
Gözlərin önünə gəlir anan da,

Hönkür, kimsə əgər yoxsa yanında,

Sıxılma, saxlama, qoy axsın yaşın.

 +

Nə gözəl nemətdir bu saf gilələr!

Tükənmir, ürəyin boşalır ancaq.

Hələ ki, gözlərin yaş axıdacaq,
Nə ölər, nə solar qədim sevgilər.

 +

Qəbrinin üstündə indiyə qədər,
Anam, nə ağladım, nə gül gətirdim.

Yığılsa, bəlkə də bağ bitirərdim,

Burda axıtdığım göz yaşı əgər…

03.03. 2025, Samara

 

PREZİDENTİN ORUCLUQ MAHNISI

İrəmazan yenə gəldi
Yenə oruc tutmuşam.

Yeməyim iki dəfədir –

Bir obaşdan, bir axşam.

 +

İftar açır xalqım sayaq,
Yeyirəm az və sadə:

Ceyran əti, baş və ayaq,

Üstündən də quş südü.

 +

Oruc tutur Mehriban da,
Leyla, Arzu həmçinin.

İndi əsl müsəlmandır,
Həm Heydər, həm də gəlin.

 +

Gözüm xalqın üstündədir,
Çox da orucdur ağzım.

Xəbərim var kim nə dedi,
Bilirəm kim nə yazıb.

 +

Keşiyində asayişin,
Durmuşam yorulmadan.

Bu ölkədə tək kişiyəm,

Çoxsa da insan, adam.

 +

Bağlamışam sərhədləri

Cibimdədir açarlar.

Maşın nədir, qatar nədir –

Qanad salıb uçarlar!

 +

Bir ingilis yazan vardı,
Dediyi görün nədir:

Deyib türmə azadlıqdır,
Azadlıqsa türmədir.

 +

Yenə gəldi İrəmazan,
Yenə oruc tutmuşam.
Xalqımın həm yanndayam,

Başının üstündə həm.

 

Mirzə Təbil

02. 03. 2025, Samara

CORC BAYRON. ZAMANA

Zaman! Sənin ötkəm qanadlarında

Saatlar ləngiyir ya uçub gedir.

Yazın tez ötüşəndir, qış yubanandır,

Qəbrə qovur bizi ancaq hər biri.

 +

Salam! Bu dünyaya gəldiyim andan,
Nemətlər vermisən hər kəsə bəlli.

Yaxşıdır tablaşam yükünə hərçənd,
Təkcə daşıyıram onu mən elə.

 +

Bircə sevən qəlb də, istəmərəm mən,

Sən törədən acı anlara dözə.

Bağışlaram səni, qıymadınsa sən,

Sevdiyim, əzizim olan hər kəsə.

 +

Əbəsdir sıxasan sonra nə qədər,

Sevinc ver onlara, mənə rahatlıq.

Mənim sənə borcum – yaşanan illər,
Borcum ağrılarla ödənib artıq.

+

Hərçənd rahatlıq da vardı ağrıda,

Unutdururdu o, əsarətin yəqin.

Əzab saatları yavaşıdırdı,

Ancaq hesablamır sayını yəqin.

 +

Ümid oyanırdı içimdə hərdən,

Get-gedə azala bəlkə sürətin,

Buludun işığı örtə bilsə də,

Qatar qara günə zülməti çətin.

 +

Müdhiş və qaranlıq olsa da necə,

Ruhumun məskəni göylərin idi.

Təkcə bir ulduzdan yandı qığılcım,
Əbədiyyət deyil ordakı, səndin.

 +

Və o şölə söndü. İndi günlərin
Hər an lənətlənən sayısan ancaq.
Hərə öz rolunu oynayıb gedir,

Nə qədər bezdirə, təkrarlanacaq.

 +

Dəyişə bilməzsən bir səhnə sən –

Sənin sürətinin axı həddi var,

Sonrakılar biz tək incidilərkən,
Eşitmərik, dərin yuxu aparar.

 +

Sənin səylərinə yəüin baxaraq,
Gülərəm onların zəifliyinə.

Adsız baş daşına dəyəcək ancaq

Qisas zərbələrin nə qədər enə.

ingiliscədən tərcümə

01.03. 2025, Samara

+++++++++++++++++++++

GEORGE BYRON

To Time

Time! on whose arbitrary wing

The varying hours must flag or fly,

Whose tardy winter, fleeting spring,

But drag or drive us on to die— Читать далее

CORC BAYRON. SƏNİ XATIRLAMAQ! SƏNİ YENƏ DƏ!

Səni xatırlaram! Səni hər zaman!

Letada həyatın odu sönüncə,

Əl götürməyəcək ayıb yaxandan,

Qorxulu yuxular üzürsə necə.

 +

Səni xatırlaram! Belədir, inan.

Haqqında düşünür sənin ərin də.

Necə unudarıq? Onu yandıran —

Yalanın, mənisə bəd əməlindir.

 

ingiliscədən tərcümə

27. 02. 2025, Samara

++++++++++++++

GEORGE BYRON

Remember Thee! Remember Thee!

 

Remember thee! remember thee!
Till Lethe quench life’s burning stream
Remorse and shame shall cling to thee,
And haunt thee like a feverish dream!

Remember thee! Aye, doubt it not.
Thy husband too shall think of thee:
By neither shalt thou be forgot,
Thou false to him, thou fiend to me!

CORC BAYRON. BƏLİ! SƏN XOŞBƏXTSƏN…

Bəli! Sən xoşbəxtsən, anlayıram mən,

Özümü də xoşbəxt hiss edəm gərək.

Çünki xoş gününü sənin görərkən,

Qəlbən sevinirəm mən əvvəlki tək.

 +

Ərin bəxtəvərdir – xeyli çətindir,
Onun xoş halından ağrı duymamaq.

Qoy olsun! Ah, qəlbim nifrət edərdi

Ona sevməsəydi səni, bil ancaq.

 +

Sevimli körpəni gördüyüm zaman,

Qısqanclıq ağrısı keçdi sinəmdən.

Fəqət uşaq qəfil gülümsünən an,

Anası xətrinə öpdüm onu mən.

 +

Öpüb baxdım ona nəfəs dərmədən,

Görüm atasını üzündə, dedim.
Anasınkı idi gözləri hərçənd,

Bütün sevgim elə onlara idi.

 +

Daha gedəm gərək, Meri, əlvida,
Yoxdur, xoşbəxtsənsə, mənim gileyim.

Qala da bilmərəm fəqət yanında,
Yoxsa sənin olar yenə ürəyim.

 +

Deyirdim  qürurum, ötüncə zaman,
Gənclik alovunu söndürər yəqin.

Oturdum yanında indi – görürəm,
Yalnız ümid itib, qalan şey həmin.

 +

Hərçənd sakit idim: zaman var idi,
Sinəm titrəyərdi bir baxışıyla.

Cinayət olardı titrəmək indi,

Görqşdük — əsmədi bir sinir belə.

 +

Görürdüm baxırsan üzümə necə,

Həyəcan, oyanış tapmadın yəqin.

Görərdin bir duyğu izini təkcə:

Yaslı sakitliyi ümidsizliyin.

 +

İlkin arzularım, çəkilin artıq,

Gərək oyanmasın xatirə daha.

Əfsanəvi Leta hardadır axı?

Divanə ürəyim, ya sus, ya partla.

 

ingiliscədən tərcümə

25-26. 02. 2025, Samara

++++++++++++++++

GEORGE BYRON

Well! Thou Art Happy

 

Well! thou art happy, and I feel

That I should thus be happy too;

For still my heart regards thy weal

Warmly, as it was wont to do. Читать далее

KLER HARNER. ÖLÜMSÜZLÜK

Gəlib qəbrimin üstdə

             Durma, nə də ağla sən.

     Axı burda deyiləm,

            Axı yatmamışam mən –

Minlərlə küləyəm mən, ki, əsir səhər-axşam,

Almaz parıltısıyam qar üstündə sayrışan.

Yetişmiş sünbül üstdə mən günəş işığıyam,
Xoş payız yağışıyam.

Səhərin sükutunda sən oyandığın zaman,

Çırpıntıyam, şiddətəm ipə-sapa yatmayan

Səssiz quş qatarının dövrəli uçuşunda,

Mən günəm, gündüzlərin gecəyə keçişində.

Gəlib qəbrimin üstdə

          Durma, nə də ağla sən.       

     Axı burda deyiləm,

               Axı ölməmişəm mən.

dekabr 1934

ingiliscədən tərcümə

  1. 02. 2025, Samara

++++++++++++++++++++++++++

Clare Harner

İMMORTALİTY

 Do not stand
By my grave, and weep.
I am not there,
I do not sleep—
I am the thousand winds that blow
I am the diamond glints in snow
Читать далее

CORC BAYRON. «CADU SINDI…»

Cadu sındı, uçub getdi cazibə!
Belədir həyatın çılğın çağı da:

Dəli tək gülürük yas üz veribsə,

Həqiqət görürük qarabasmada.

 +

Fikrin hər işıqlı anında yada

Düşür nəsibimiz olan sınaqlar.

Müdrik addım atır kim ki, həyatda,
Əzabkeş ölümü kimi ömrü var.

16 yanvar 1810, Afina

ingiliscədən tərcümə

25.02. 2025, Samara

++++++++++++++++++

GEORGE BYRON

THE SPELL IS BROKE, THE CHARM IS FLOWN!

 

The spell is broke, the charm is flown!
Thus is it with Life’s fitful fever:
We madly smile when we should groan;
Delirium is our best deceiver.
Читать далее

CORC BAYON. ELEGIYA

Gözəllik, qoparıldın təzə çiçəkləyərkən,
Ağır qəbir daşıyla basılmayacaq sinən,

Qızılgüllər boy atar, əksinə, torpağında,
Erkən yaz yaşıllanar onların yarpağında,

Cavan sərv də tutrəyər zərif toran enərkən.

 

Və tez-tez  şırıltılı çeşmənin qırağında,
Başını endirərək dayanıb durar Kədər.

Arzular neçə dərin fikri qidalandırır

Düşüncələr ləngidər, sonra astaca gedər,

Qorxur o, ölüləri sanki narahat edər.

 

Yeri get! Əbəs yerə yaş axıdırsan nədən?
Ölüm nə dərd eşidən, nə də məhəl qoyandır.

Çəkindirər bu bizi şikayət eləməkdən?

Ya da ki, ağlamaqdan dərdlini yayındırar?

Unut getsin deyirsən mən sən özün indi,
Baxışlarınsa solğun, gözlərinsə nəmlidir.

ingiliscədən tərcümə

24. 02. 2025, Samara

+++++++++++++++++++

Elegy

by Lord Byron

O snatch’d away in beauty’s bloom!
On thee shall press no ponderous tomb;
But on thy turf shall roses rear
Their leaves, the earliest of the year,
And the wild cypress wave in tender gloom:
Читать далее

CORC BAYRON. XATİRƏ

Sondur! Görmüşdüm öncə bunu yuxularımda:
Ümidlə şölələnməz gələcək illər daha;

Bəxtəvər günlərimin sayı azalmış indi:

Ömrün  şəfəqlərini örtdü qara buludlar,
Bədbəxtlik yellərində qışın buz soyuğu var,

Ümid, Məhəbbət, Sevinc, sizə əlvida dedim!

Xatirəylə də kaş ki, vidalaşa biləydim!

ingiliscədən tərcümə

23.02. 2025, Samara

+++++++++++

GEORGE Byron

Remembrance

 

‘Tis done!—I saw it in my dreams:

No more with Hope the future beams;

My days of happiness are few:

Chill’d by Misfortune’s wintry blast,

My dawn of Life is overcast;

Love, Hope, and Joy, alike adieu!

Would I could add too!