Архив по авторам | Xeyrulla Xəyal

İBLİS

09. 10. 23

Adəm yaranandan indiyə qədər,
Yer üzü dəyişib, göy də dəyişib.

Erkəkli-dişili dəyişib bəşər,
Dəyişib İblisin həyatı, işi.

 +

Uzaq gəzir daha xarabalardan,
Çoxdan ayaq basmır məzarlıqlara,

Min ilidr çıxarıb hamamı yaddan,

Bəlkə hərdən-birdən girər bazara.

 +

Beşulduz oteldə yaşar adətən,
Bütöv mərtəbəni bronlayaraq.

Çalğı eşidilir mərtəbəsindən,
Bir insan da görmür özünü ancaq.

 +

Hərdən çaldırsa da Rixard Vaqneri,

Amma Tartinidir əsl sevgisi.

Eşidən olub ki, ağlayıb deyir:

“Zalım necə dərin duyub İblisi!..”

 +

Varıdır cibində nə pasport desən,
Şengen də, əlbəttə, öz yerindədir.

Bürüyür elə ki, canını qüssə,
Ürəyi haranı istəsə, gedir.
+

İxtiyarındadır gözəl yaxtalar,
Gəlir hər məzəsi, verməmiş əmr.

Ancaq nə dincələr, nə rahat yatar —

İblis depressantsız keçinə bilmir!

+
Tanrı hüzurundan qovulan andan,
Bir neçə milyon il sovuşdu artıq,
Bilinmir Qiyamət yetişər haçan,
Buna şübhəsi var İblisin açıq.

 +

Sayı adamların – qarışqa sayı,

Törədir, çoxaldır, bəşər yorulmur.

Çıxır İblissiz də çoxunun zayı,
İnsanı şeytandan ayırmaq olmur.

 +

Tüstüsüz alovdan yaradılandan,

Torpaqdan yaranan gedib irəli.

Döndərir, qaytarır İblis anbaan,
Atom düyməsinə uzanan əli…

11.10. 2023, Samara

ƏLİYEV KOMANDA VERSƏ, BÜTÜN MİLLİ MƏCLİS BEŞ DƏQİQƏYƏ ELLİKLƏ KEÇƏR YƏHUDİ DİNİNƏ…

Asim Mollazadə

Milli Məclis XƏMaSın İsrailə qarşı terror aktını pisləyib. Asim Mollazadə özünü cırırmış.

“Biz İsrail xalqını bu ağır gündə dəstəkləyirik və yaxınlarını itirənlərə baş sağlığı veririk. Mənə elə gəlir ki, terrora bu dünyada yer yoxdur”, o qeyd edib.

İsrail xalqının ağır günü…

Fələstin ərəblərinə ayrılmıŞ ərazinin dörddən üçünü mənimsəmiş, on minlərlə ərəbin evlərini buldozerlə uçurub hərbiləşdirimiş yəhudu məskənlər salmış İsrail…

Asim Mollazadə kimdir? Mollazadə soyadılı şəhid olub? Ümumiyyətlə, Mollazadələrdən əsgər gedən var?  Kim onu deputat seçir? Onun,  heç olmasa, bir nəfər seçicisi var? Kimdir? İlham Əliyev? Başa düşdüm…

İsrail yetmiş ildir ki, bir neçə milyon ətəbi həbs düşərgəsində saxlayır. 70 il ərzində dustaqlıq yaşayan insanların bir qisminin vəhşiləşməyi təbii deyilmi?

Niyə bu qndarma Azərbaycan deputatları FələStin ərəblərinin ağır günündən danışmırlar? Türkiyə ilə biz dilimizlə yaxınıqsa, ərəblərlə dinimizlə, musiqimizlə, poeziyamızla yaxınıq. Nəyimiz varsa – onlardan və farslardandır. Niyə indi mənim bütün soydaşlarım elliklə yudofil olublar?

Deyirdiniz ermənilər məscidərimizə işəyiblər, donuz saxlayıblar. Məscid də ərəblə gəlib. Niyə ərəbə ürəyiniz yanmır? Çünki sizin müsəlmalığınız da deputatlnız kimi qondarmadır sabah İlham Əliyev komanda versə, hamınız iuudaizmə keçərsiniz. Çünki əqidəniz və şərəfiniz yoxdur.

Azərbaycan parlamentiin belə qətnamələrinin bir qara qəpiklik dəyəri yoxdur. Çünli bütün dünya Azərbaycanda parlamentini olmadığını gözəl bilir. Onların qətnaməsinə Azərbaycan xalqı da ürəkdən tüpürə bilər, çünki bu deputatları o seçməyib.

Niyə İsrail üçün yas quran soydaşlarımım  şərlənib tutularaq türmələrdə çürüyən azərbaycanılar üçün ürəkləri yanmır?

On səkkiz yaşlılıları cəbhədə qabağa verib öz uşaqlarını xariclərdə kefə göndərən qatillər…

Və həmçinin indiki İsrail dövlətinin də terrorçular tərəfindən yaradıldığı məlumdur. Ərazi Britanya protektaratı altında olanda,, yəudi təşkilatları yüzlərlə terror aktı törədiblər. Aşağıda təkcə bir təşkilat törədəilən teraktların tam olmayan siyahı verilir. Rus dilində olsa da,   başa düşülməyən bir şey yoxdur.

 

Список терактов Иргуна

Дата Происшествие
17 апреля 1936 года 2 араба убито в хижине близ Петах-Тиквы.[1]
17 августа 1936 года 1 армянка убита и 5 арабов ранено в ходе нападения на поезд в Яффо[2]
18 августа 1936 года 2 араба убито в Петах-Тикве[2]
март 1937 2 араба убиты на пляже в городе Бат-Ям[3]
11 ноября 1937 года 2 араба убито и 5 ранено в автобусном парке в Иерусалиме.[4]
14 ноября 1937 10 арабов убито в ходе нападений, совершённых Иргуном в окрестностях Иерусалима[5][6]
12 апреля 1938 2 араба и 2 британских полицейских погибли в результате взрыва бомбы в поезде Хайфа.[6]
17 апреля 1938 1 араб погиб в результате взрыва бомбы в кафе города Хайфа[6]
17 мая 1938 Арабский полицейский убит во время нападения на автобус на дороге ИерусалимХеврон.[6]
24 мая 1938 3 араба застрелены в Хайфе.[6]
23 июня 1938 2 араба убиты в Тель-Авиве.[6]
26 июня 1938 7 арабов погибли в результате взрыва бомбы в городе Яффа.[6]
27 июня 1938 Убит один араб во дворе госпиталя Хайфа.[6]
5 июля 1938 7 арабов застрелены в Тель-Авиве.[6]
5 июля 1938 3 араба убиты в результате взрыва бомбы в автобусе в Иерусалиме.[6]
5 июля 1938 1 араб застрелен в Иерусалиме.[6]
6 июля 1938 18 арабов и 5 евреев погибли в результате взрыва двух бомб на рынке в Хайфе.[6][7]
8 июля 1938 4 араба погибли в результате взрыва бомбы в Иерусалиме.[6]
16 июля 1938 10 арабов погибли в результате взрыва бомбы на рыночной площади в Иерусалиме.[6]
25 июля 1938 53 араба погибли в результате взрыва бомбы на рыночной площади в Хайфе.[6][8]
26 августа 1938 24 араба погибли в результате взрыва бомбы на рыночной площади в Яффе.[6]
27 февраля 1939 33 араба убиты в результате многочисленных нападений и взрывов в этот день[9]
29 мая 1939 5 арабов убиты в результате взрыва в кинотеатре в Иерусалиме.[6]
29 мая 1939 5 арабов убиты в результате нападения на деревню.[6]
2 июня 1939 5 арабов погибли в результате взрыва бомбы.[6][10]
12 июня 1939 Погиб британский сапёр, пытавшийся обезвредить бомбу в почтовом отделении в Иерусалиме.[6]
16 июня 1939 6 арабов убиты в результате нескольких нападений в Иерусалиме.[6]
19 июня 1939 20 арабов погибли в результате взрыва заминированного осла на рынке в Хайфе.[6][11]
29 июня 1939 13 арабов застрелены в результате нескольких нападений в течение одного часа.[6][12]
30 июня 1939 1 араб застрелен на рынке в Иерусалиме[6]
30 июня 1939 2 араба застрелены в деревне недалеко от Иерусалима.[6]
3 июля 1939 1 араб погиб в результате взрыва бомбы в Хайфе.[6][13]
4 июля 1939 2 араба убиты в Иерусалиме.[6]
20 июля 1939 1 араб убит на вокзале в Яффе.[6]
20 июля 1939 6 арабов убиты в результате нескольких нападений в Тель-Авиве.[6]
20 июля 1939 3 араба убиты в Реховоте.[6]
27 августа 1939 2 британских офицера погибли в результате взрыва мины в Иерусалиме.[6]
27 сентября1944 Примерно 150 членов Иргуна напали на 4 британских отделения полиции, число жертв неизвестно.[14]
29 сентября 1944 Британский офицер криминального отдела полиции убит в Иерусалиме.[14]
31 октября — 1 ноября 1945 Массированное нападение на палестинские железные дороги, совместная операция с «Хаганой» и «Лехи». Железнодорожные пути взорваны в 242 местах[15] (по другим сведениям — в 153 местах[16]). Убиты три человека. В ту же ночь взорваны полицейские катера в Яффе и Хайфе.[15][16]
27 декабря 1945 7 британских полицейских убито в ходе нападения на полицейские участки в Яффе и Тель-Авиве, взорвано здание британской разведки в Иерусалиме, 1 солдат убит при нападении на британский военный лагерь в северном Тель-Авиве.[15][16]
22 июля 1946 Взрыв в гостинице Царь Давид в Иерусалиме. Погиб 91 человек.[15]
11 декабря 1947 11 арабов убито при нападение на селение Эль-Тира близ Хайфы. Согласно заявлению «Иргуна», жители были предупреждены, чтобы успеть эвакуировать женщин и детей[17].
12[18] или 13 декабря[19] 1947 20 человек убито и 5 ранено при взрыве бочки с взрывчаткой[18]), или

5 человек убито и 47 ранено при взрыве двух бомб у Дамасских ворот в Иерусалиме. «Предположительно, атака выполнена «Иргуном»([19]).

13 декабря 1947 6 человек убито и 25 ранено при взрыве бомбы у кинотеатра Альхамбра в Яффо[20].
13 декабря 1947 7 человек убито и 10 серьёзно ранено при атаке на деревню Yehudieh. «Название деревни упоминалось в последнее время в связи нападениями на транспортные средства и убийством нескольких человек бандой Bedawi»[20].
16 декабря 1947 10 человек убито при взрыве бомбы в кинотеатре Нога в Яффе.[21]
29 декабря 1947 14 человек погибло в Иерусалиме в результате взрыва бомбы.[22]
30 декабря 1947 6 арабских рабочих убито бомбой у нефтеперегонного завода в Хайфе. Это спровоцировало последовавшие тут же убийства еврейских рабочих завода (41 погиб и 49 получили ранения).
1 января 1948 2 человека погибло и 9 ранено в ходе нападения с огнестрельным оружием на кафе в Яффо[23]
7 января 1948 20 человек погибло при взрыве бомбы у Яфских ворот в Иерусалиме[15][24][25]
10 февраля 1948 10 арабов убито у Рас-эль-Айна, после того как они возвращались домой, после продажи скота в Тель-Авиве[26]
29 февраля 1948 29 британских солдат погибло в районе Реховота в результате подрыва военного поезда[15][27].
9 апреля 1948 от 107 до 120 жителей Дейр-Ясина убито во время боя за эту деревню и после него (Иргун совершил нападение совместно с боевиками Лехи (см.Резня в Дейр-Ясине)[28]
Всего в 19371948 гг. В результате терактов Иргуна погибло более 400 и 20 еврейских подданных подмандатной Палестины и более 40 британцев

 

QARACA ÇOBANIN ŞÖKLÜ MƏLİKƏ DEDİYİ

Kafər! Ağlın, dinin yox!

Fikrin, düşüncən pozuq!

Qarşı yatan qarlı dağ,
Ot bitirməz, qarıyıb.

Qanlı-qanlı irmaqlar,

Suyu gəlməz quruyub.

Şahanə-şahbaz atlar,
Qulun verməz, qaruyıb.

Qızıl-qızıl dəvələr,
Köşək verməz, qarıyıb.

Kafər, Qazan anası,

Oğul verməz, qarıyıb.

 

14.03. 2021, Samara

RUBEN KİRVƏ, SAĞ ƏLİN BİZİM DUSTAQLARIN BAŞINA…

vardanyan

VODEVİL

İŞTİRAK EDİRLƏR: SƏBİNƏ ƏLİYEVA VƏ RUBEN VARDANYAN

— Ruben qardaş, hər vaxtınız xeyir. Ayıb olmasın, ərim xahiş elədi Ruben kirvəyə onun da salamını çatdırım. Ərimi tanıyarsız.

— Tanımıram.

— Ərim deputatdır. Həm də sizin kimi milyarderdir.

— Mən qabaq milyarder idim. İndi milyarder eyiləm. Yüz milyonum çatmır.

—  Ruben qardaş, yüz milyon nədir ki? Darıxmayın, üstünü düzəldərik. Bir şeydən ehtiyacınız yoxdur ki?

— Mən çimmək istəyirəm.

— Ruben qardaş, sizin ki burda hamamınız var, saunanız var, cakuziniz var, niyə çimmirsiniz?

— Çimirəm. Ancaq mən Xəzər dənizində çimmək istəyirəm. Qorxuram arzum qala ürəyimdə.

— Buy, Ruben qardaş, düşmninizin arzusu qalsın ürəyində. Sizi göndərərəm dənizə. Öz çimərliyimiz var. Hasarın içində. Ərimi qoşardım, ancaq yazıq üzməyi bilmir, sudan da qorxur. Oğlumu qoşaram. Çox mötəbər oğlandır. Ərim deyir bizim oğlumuz kimi cəmi bir nəcib adam dünyaya gəlib, o da imam Əlidir…Elə sabah gedib çimərsiniz. Həmişə təmizlikdə, ay Ruben qardaş…

 

06. 10. 2023, Samara

 

DAYIM SABİRƏ OĞLU ÇİNGİZİN ÖLÜMÜ MÜNASİBƏTİLƏ

SABİR ÇİNGİZ

Tanrı vergisiylə doğulan insan,

Özün məhv elədin sən bu neməti.
Yaxşı vaxtın olub, ad çıxarmısan,
Vaxt gedib – adının hanı qiyməti?…

 +

Dünən yazdığını unutdun bu gün,
Elə sağlığında dağıldı irsin.
Gedir oğlun, qızın yazında ömrün,

Öldü Çingisin də — sonun, varisin…

 +

Vaxtı, vədəsi var ölümün məgər?

Ölüm çağrılmayan qonaq deyil ki.

Payızda da gələr, yazda da gələr,

Girər hər qapıdan öz evi kimi…

 +

Öldüyün az qala yarım əsrdir,

Çadırın qurulu qalıb elə bil.

Gedir övladların, nəvən də gedir,

Bu nəsil qırğını tükənən deyil…

 +

İlahi vergiyə vermədin dəyər,
Gəlmədi dilinə adı Tanrının.

Bəlkə ORDA rəhm diləsən əgər,

Eşidər O, Sabir Arbatanlını…

 04.10. 2023, Samara

 

ЛОТОВО РЕШЕНИЕ АРКАДИЯ ГУКАСЯНА

Без названия (36)

Четыре экс-президента Арцаха: Аркадий Гукасян, Бако Саакян, Араик Арутюнян, Самвел Шахраманян сидят в какой-то древнеармянской  пещере в бывшем Арцахе и строят планы на светлое будущее. Вдруг Гукасян говорит:

— Дети мои, светлое будущее неозможно без армии. А армии нужны солдаты. На нас лежит своя доля отвественности. Я долго думал: как мы можем, находясь в изоляции, родить будущих воинов. И вспомнил историю Лота, который, кстати, был чистокровным армянином. Что сделал Лот, чтобы его род не прекратился? Он переспал со своими дочерьми и они родили ему множество детей… Понимаете, о чем я? Коллеги, вот и решил, что должен сделать с вами то же самое, что сделал Лот со своими дочерьми. Чтобы не прекратился президентский род Арцаха. Что на это скажете?

Араик Арутюнян, тронутый до самых интимных мест, говорит:

— Аркаша, идея твоя патриотична и прекрасна. Но есть вопрос: мы же все мужчины. Разве мы можем родить детей?

Гукасян погладив по голове и по пухлым щекам Араика, объясняет:

— Дорогой, как ты можешь быть уверенным, что не можешь родить? Надо пробовать, и не раз и не два раза. Учтите, Господь с армянами и не такие чудеса творил…

03. 10. 2023, Самара

ПО ШЕНДЕРОВИЧУ: АРЦАХ СМЫЛО…

Без названия (36)

В Баку — 27 градусов. Солнечно. В Тбилиси — 24 градуса. Солнечно. В Ереване без градуса и без солнца. В Гадюкино, как ни странно, 25 градусов и солнечно.
А Арцах — смыло…

02.10. 2023, Самара

«SÖNÜB İSLAM İŞIĞI, ÇƏKİLİB YER ÜZÜNDƏN…»

Bir neçə il Çernobıl atom stansiyası,
işləyib gecə-gündüz verdi enerji, işıq,

Təkcə işıq deyildi, vardı həm də istisi,
Zavodlara güc idi, küçələrə yaraşıq.

 +

Günlərin bir günündə baş verdi ağır qəza,

Adi qəza deyildi, fəlakətiydi əsrin,

Kül eləyirdi şüa kim gəlirdi haraya,
İndi də davam edir qəzanın fəsadları….

 +

Buna oxşar nəsə var mənim İslam dinimdə:

Yarandığı vaxt olub pozitiv enerjisi.

Sözə, elmə göz açan işığı olub həm də,

Kəşflər də çox olub fəthlərlə yanaşı.

 +

Haçan və hansı qəza baş veribdir bilmirəm,
Tükənbdir dinimin enerjisi, işığı.

Ondan zülmət şüası qalxaraq dağılır həm,

Məhdud hərəkətliyik: geri ya da aşağı.

 +

Harda İslam adıyla yaranırsa nə indi,
Aciz, əsir-yesirdir günüqaradır insan,

Allahdan irəlidə ölkədə Müstəbiddir,

Ölkə də ölkə deyil, cəhənnəmdir ya zindan.

 +

Məzhəb savaşlarında sayı yox qırılanın,
Məscidi yandırırlar, məktəbi partladırlar.

Kişi ayağı altda qalır, tapdanır qadın,
Sütül qızlar boğulur qoca yataqlarında…

 +

Azadlara uca yer yoxdur dar ağacından,
Təhlükə var susana, kəlmə də kəsməyənə.

Hər addımda, hər saat səslənirsə də əzan,
Allahı yox, Despotu xatırladır o sənə…

 +

Bilmirəm ki, nə qəza baş veribdir və haçan,
Sönüb İslam işığı, çəkilib yer üzündən.

Bəlkə şeytan azdırır, “İslam” deyilən zaman,

Çernobılı gözümün önündə görürəm mən….

 

30. 09. 2023. Samara

QƏNİRƏ PAŞAYEVANIN ÖLÜMÜNƏ

20230721_135628

Deyilənə görə, deputat xanım,

Vəsiyyət edibmiş haçandan bəri,

Xalqına dxili orqanlarını,

Bu da ki, sevgidən irəli gəlir.

 +

Bu nəcib orqanlar kimə çatacaq?

Mərmi dağıdana cəbhədə bəlkə?

Necə bölünəcək? Püşk atılacaq?

On deyi, yüz deyil yaralı əsgər…

 +

Üstəlik yüzlərlə hərbçimiz var,

Dalağı, böyrəyi sıradan çıxan.

Tərtərdə kəfəni cırıb çıxıblar,
Yaraları verir indiyəcən qan.

 +

Çoxdur şəhid, dustaq anaları da,
Məzarıq yolunda üzülüb onlar.

Ağır xəstədirlər, yaralıdırlar,
Orqana onların ehtiyacı var.

 +

Bu ölkədə sağlam kim və nə var ki? –

Xəstədir orqanlar, özü də ciddi.

Parlament xoralı, məhkəmə də ki,

Əsl qırmızı qurd eşənəyidir.

 +

Xanım, söyləyirəm sağlığınıza:

Vəkil deyildiniz siz axı əsl.

Siz xəstə orqanda qurd, yaraydınız,
Bütün Milli Məclis, təkcə Siz deyil.

 +

On beş ildə haçan xeyrinə xalqın,
Siz əl qaldırdınız, düymə basdınız?

Müdafiəsinə qalxaraq haqqın,
Müstəbid yeriyən yolu kəsdiniz?

 +

Ala bilərdiniz protez, orqan.

Vəkil maaaşından, xanım, hər ayın,

Sizin yolunuzda yarımcan olan,
Cavan oğlanların bilinmir sayı…

         P.S.

Divanə bir həkim, Rəşid Mahmudov,
Açıqlama verib atüstü dünən,

Vəkil orqanları, deyib, zay olub.
Hərçənd anlamadım nə üçün, nədən…

 

29.09. 2023, Samara

«İTLƏR DƏ YAŞAYIR DƏBDƏYİŞMƏNİ…»

Deyərsən təzədən çəkiləcəkdir
Çexov hekayəsi — kastinq, sınaqlar,
Bütün küçələrdə elə bil gedir.
Anna Sergeyevna hər birində var.

 +

Gedir həndəvərə salmadan nəzər,
“İt gəzdirən xanım”  fikirli, ciddi,
Onu ləngimədən ağ şpis izlər,
Qurov da oturub pusquda indi…

 +

Hamısı ağ deyil, yox, şpislərin,
Qarası, sarısı, xurmayısı var.

Əsr əksi deyil Çexov əsrinin,
Yox eşq romanları, yox o xanımlar…

 +

Modadır qayıdan uzaq əsrdən!
Dönüb vaxtaşırı qayıdır axı,
Yüz il, yüz əlli il düşüb nə dəbdən,

Çoxdan sandıqlarda qalanlar çıxır.

 +

İtlər də yaşayır dəbdəyişməni,

Dəbdən düşəni var, dəbə düşən var.

İnsan nə axtarır? – maraqlı, yeni,
Yeni bəzən nədir? – unudulanlar…

 +

Dünən əzizlənənən balonkalardı,
Kolli, labradordu, spanieldi.

İki itdən biri pudel olardı.

Hanı o pudellər? – yoxdular indi.

 +

Hər iki xanımdan indi birinin,
Yanında, dalınca şpisdir qaçan.

Çoxalıb aşiqi retriverlərin,
İt nə it! – ağlına mat qalır insan…

 +

Həmişə çiylik var, çirkinlik də var,
İnsanın itlərə məhəbbətində.

Bu gün əzizləyər, sabahsa qovar,
Xidmət tələb edər, əylənər həm də.

+

Qabaq kitablardı, kino indisə,

Dəbi dəyişdirən cinsinə itin.
Seriala baxan düşür həvəsə,

İt alır – həyatı kinodur indi.

 +

“İnsandan yaxşıdır it” – demə ancaq.

Yal ona yalayıb-öpmək öyrədir,

Sədaqət göstərib biz də yal alsaq,
Bilirik ki, kimik, adımız nədir…

 

27-28.09. 2023, Sanara