Архивы

AZƏRBAYCANDA NARAZI KİŞİLƏRDİR, ARVADLAR YOX

İnternetdə Azərbaycandakı etiraz aksiyalarında çəkilmiş şəkillərə baxıram. Bilmirəm qərbədir ya qəribə deyil, ancaq bu aksiyalarda qadın görünmür. Belə çıxır ki, ölkədə narazı olanlar ancaq kişilərdir. Yadımdadır ki, bir arvad möhtərəm prezidentə demişdi: “Allah səni üstümüzdən götürməsin”. İndi arvadlar güzəranlarından razı, oturublar evdə, kişilər aranı qarışdırırlar, düşmənlərin dəyirmanına su tökürlər. Ortaya sual çıxır: bu kişiləri yığıb dama salmağın vaxtı deyilmi?

OPERETTA: «NEFT VƏ DİLƏNÇİLƏR SƏLTƏNƏTİNDƏ»

 

АСЛАН ШАХ 2

Ey nazirlər, üzüm gülmür bu gün nədən,

Qara qanlar axıb gedir ürəyimdən.

Neft dəyərdən düşüb getdi,

Fironluğum sona yetdi…

ŞEFİ QARDAŞ…

HİCRAN

  • Şefi qardaş, sənə toyda dollar lazım olacaq. Mən ucuz dəyişirəm, iki manata, Elmanda bahadır. Bir zənbil gətirmişəm, dəyişək, toyacan olacaq üç manata…

BİLQEYS

БИЛЬГЕЙС ГАХ

Bilqyes uzaqdadır,

Şimaldadır, Qaxdadır.

Xeyri babanın canı, 

Bu gözəl uşaqdadır.

AZƏRBAYCAN XALQI ÇOXDAN GÖZƏL DƏRMANLAR İSTEHSAL EDİR

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib ki, Azərbaycanda dərman istehsal edəm müəssisələr tikiləcək.

Demək lazımdır ki, Azərbaycanda belə müəssisələr olmasa da, xalqımız əsrlərdən bəri ev şəraitində gözəl dərmanlar istehsal edir. Özü də vu dərmanlar həm uşağa, həm böyüyə düşür. Bu dərmanlar olmasaydı, Azərbaycan xalqı qırılıb yer üzndən silinərdi.

Bəzi Azərbaycan dərmanlarının adları:

ZƏHRMAR!

ÇOR!

ÖL!

CANIN DA ÇIXSIN!

BU DA AZDIR!

ELƏ BU AZARLA GEDƏSƏN!

ÜRƏYİNƏ OX!

SƏNİ ELƏ BU QIZDIRMA APARSIN!

Dərmanlar çoxdur. Onların adlarını yığıb kitab buraxmaq, sonra da xarici dillərə tərcümə eləmək lazımdır.

 

PREZİDENT MANATLA DOLANMIR…

Bii dəfə dollarla manat rastlaşırlar. Dollar yuxarıdan aşağı manata baxıb deyir:

  • Əmoğlu, sən nə gündəsən! Üzülüb getmisən. Mən başa düşmürəm, sizim prezident belə manatla necə dolanır?

Manat başını qaldırmadan deyir:

  • Bizim prezident manatla dolanmır…

ПРЕЗИДЕНТ НЕ НА МАНАТ ЖИВЕТ…

Как-то встретились доллар и манат. Окинув высокомерным взглядом манат, доллар говорит:
— Слушай, что с тобой? Чем ты болеешь? На тебя лица нет. Гляжу и думаю: как твой президент на такой манат живет…
Манат болезненным голосом отвечает:
— А мой президент не на манат живет…

MİLLİ MƏCLİSDƏKİ KİŞİ DEPUTATLARIN ÇOXU ARVAD ÇIXIB…

Hakerlər Azərbaycanın Milli Məclisinin saytını sındlrmış və orda olan qiymətli məlumatları İnternetdə yerləşdirmişlər. Oxuyursan gözün kəlləyə çıxır. Məlum olur ki, Milli Məclisdəki kişilərin çoxu əslində arvadmış. Məsələn, Araz Əlizadə. Bu insan neçə ildir arvad olduğunu ictimaiyyətdən  gizlədirmiş…