RÖVŞƏN RAHİB OĞLU MƏMMƏDSOYA: MƏN DEMİRƏM Kİ, SƏNİN ANAN…

301855593_3079044272316269_9034785479592915019_n

Cənab Məmmədsoy!

Sən məqaləndə məni “həvəskar tərcüməçi» adlandırırsan. Razıyam. Həvəskaram. Yaxşı, bəs həvəskarın öz bloquna qoyduğu tərcümə niyə “elmi” məqalədə tədqiqat predmeti olmalıdır? Azərbaycanda «peşəkar»ların və sənin kimi ən qədim peşə sahiblərinin sayı-hesabı yoxdur. Niyə birdən bu «həvəskar» işi sənin diqqətni çəkdi? Məndən icazə almışdın? Yaxşı, indi ki,  bu «həvəskar»  tərcüməni təhli etmək qərarına gəlmişdin, niyə təhlil yoxdur? Mənə aid ya mənim tərcüməm barədə iki kəlmə var: 1. Tərcümə təhriflərlə doludur. 2. Tərcümə primitivdir.

Hansı təhriflər? Nə təhrif olunub? Leksika? Sintaksis? Məna? Kontekst? Bu, təhlildir ya mənə sataşmaq üçün bəhanə?

Heyvan oğlu heyvan! Bundan sonra bir şeyi iddia edəndə, sübut bazası hazırla! Mən desəm ki, Məmmədsoyun anası fahişə olub, oğlu Rövşəni kolxoz briqadirindən pambıq kolarınının arasında doğub, mən gərək bunu sübut edəm. Ona görə də mən demirəm ki, sənin ana fahişə olub, hərçənd sənin vələdəzzinalığından bilinir ki, olub. Və demirəm ki, başqa heyvanlar kimi sənin buynuzun iki yox, dörddür, çünki iki buynuzu da sənə ayağısürüşkən arvadın hədiyyə edib. Demirəm!

A kişi, iqtisdadi böhrandır, gərək hər sabirabadlı soğan əkə, qarpız əkə. Sən hara, elm hara? Sən poeziya nə qanırsan? Pasternak sabirabadlını ancaq göbələk növü kimi maraqlandıra bilər, o da Sabirabadda bitməz…  Özünü ələ al. Hərdən güzgüyə də bax. Deyəsən, kolxozçu atan səni də soğan əkdiyi kimi əkib…

Mənimlə işin olmasın. Aramızda iki min kilometrlik məsafə var. Yan-yörəni qap, əgər quduzluq azarın varsa.

 İstəsən, ünvanına çatdıra bilərsən: ədəbiyyatşünaslığı yox, qarpız alqı-satqısını xatırladan məqaləni konfransa buraxan və sonra çap edən şəxsləri də mən şərəfsiz, bastard, onların analarını isə «peşəkar», yəni ən qədim peşə sahibi sayıram.

X.X.

14. 10. 2022

 ++++++++++++++++

Господин Məmmədsoy!

Если статья, в которой беспардонно задет я, принадлежит не вам, а вашему полному тезке, то прошу извинить и забыть. Если автором статьи являетесь Вы, тогда, будьте добры, прочтите внимательно.

В своей статье вы меня называете «переводчиком-любителем». Хорошо, принимаю, но если я всего лишь любитель, то могу публиковать в собственном блоге все, что хочу, почему мой любительский перевод становится предметом обсуждения в статье, которую вы ничтоже сумняшеся «называете научной»?

Если вы уж взялись анализировать мой любительский перевод, то надо было анализировать. Где ваш анализ? Про мой перевод  в вашей статейке два слова: «В этом переводе полно искажений. Он примитивный».

Где искажения? Какого типа, какого характера искажения? Форма? Смысл? Содержание? Подлец и подонок, скажи, что я исказил? Приведи хоть один пример! И в чем примитивность? 

Если я стану утверждать, что у Ровшана Мамедсоя мама –вокзальная шлюха, я должен это обосновать это и доказать.. Если я стану утверждать, что мама Ровшана Мамедсоя зачала своего ублюдка от колхозного бригадира и произвела его на свет в колхозном поле, я это должен обосновать и доказать. Поэтому я не стану заявлять, что у Ровшана Мамедсоя мама шлюха и жена точно такая же.

Баран ты рогатый, в дальнейшем, прежде чем что-либо  о ком-нибудь заявлять, имей доказательную базу. Иначе я всему честному народу сообщу, что у барана Ровшана Мамедсоя растут два дополнительных рога, которые ему наставила его жена.

14. 10. 2022, Самара

 

QURAN ŞEİRLƏRİ: ƏMƏL EDİLMƏYƏN ANDIN CƏZASI. 5; 89

5 surğ 89 ayə

Andlarınızdakı boşbağazlığı

Alah sizə keçər, əhd ilə ancaq

And içib bu andı sonra pozsanız,

Alahın cəzası ciddi olacaq.

Təmizlənməninsə budur yolları:

Gərək yedirdəsiz siz on miskini,

Öz ailənizi yedirdən kimi.

Paltar verəsiniz siz ya onlara

Azad edəsiniz ya bir köləni.

İmkanı olmasa bunlara kimin,

Gərək oruc tuta üç gün o insan,

Beləcə ödəyər əvəz andpozan.

Anda əməl edin; beləcə Allah,
Sizə ayələri eləyir izah.

 

  1. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: ALINAN XƏBƏRİ YOXLAMAQ. 49;6

сура 49 аят 6

İman gətirənlər! Rəzil bir insan,

Sizə bir xəbəri gətirsə haçan,
Yerinə yetişin, öyrənin hökmən,
Doğrumu deyir o. Bilməyərəkdən,

İncidə bilərsiz yoxsa kimisə,
Peşmanlıq əzabı dərd olar sizə.

08. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: ANDINI YALANA DÖNDƏRƏNLƏR. 16; 94-95

ən nəhl

İçdyiniz andları

Döndərməyin yalana.
Yoxsa torpağın üstdə

Bu gün möhkəm dayanan,
Ayaqlarınız çaşar.

Və Allahın yolundan,
Beləcə çıxan insan,
Şər ilə qarşılaşar.

Satmayın heçneçəyə.

Allahla əhdinizi .

Yalnız Allahda olan,
Zəngin eləyər sizi.

07. 10. 2022, Samara

“ANAM OLAN YERƏ GEDƏRDİM ANCAQ…”

cropped-u-lenc4b0.jpg

Gəzmək də, görmək də yemək kimidir,

Kim gəzir – dadanır, həvəsə gəlir.

Təzə ölkələri, təzə yerləri,
Gəzsə də nə qədər, “yoruldum” demir.

+
Gəzməyən nə bilir səfərdə nə var,
Baxmağın, görməyin nədir məzəsi?

Yoxdur dörd divardan çıxmaq həvəsi,
Ömrünü dünyadan xəbərsiz yaşar.

 +

Yox həvəs gəzməyə məndə də indi,

Yaddır görmədiyim yerlər, həm uzaq.

Elə bil yorucu səfərdir aşmaq,
Həddini ən yaxın məhəllənin də.

 +

Anam olan yerə gedərdim ancaq,
Nə vaxtdan o yerin həsrətindəyəm,

Salmanı görərəm ora getsəm, həm
Ağənnə bacım da orda olacaq.

 +

Orda Süleymanı görərəm yəqin,
Gülər görən kimi, qucaqlar məni.

Çəkib odekolon, tütün ətrini,

Bilərəm əynində pencəyi həmin.

 +

Gülsə də, gözündən oxunar qəmi,

Deyər: “Niyə belə bəs yubanmısan?
Mən bura gəlmişəm, qardaş, gör haçan,

Sən məndən kiçikdin səkkiz yaş cəmi…”

 

06. 10. 2022, Samara

 

QURAN ŞEİRLƏRİ: ALLAHIN ADIYLA MALINDAN KEÇƏN 2; 261-262

surə 2 ayə 261

Malından kim keçsə Allah adıyla

Bir dənə bənzər ki, bitər o dəndən,

Yeddi sünbül – yüz dən hərəsində də.

Kimə istəyirsə, artırır Allah.

 +

Keçsə kim malından Tanrı yolunda,

Və danlaq, töhmət də vurmasa əgər,
Allahın o kəsə mükafatı var.

O nə qorxu duyar, dərd bilər nə də.

06. 10. 2022 Samara

QURAN ŞEİRLƏRİ: SƏDƏQƏ HAQQINDA. 2; 263-264

ƏL bƏQARA

Xoş söz, mehribanlıq daha yaxşıdır

Nəinki sədəqə verib kasıba,

Ona tənə, qınaq eşitdirəsən.

Kim sədəqə verib qınasa əgər,

Onun sədəqəsi hədərə gedər.

O kəsə bənzər ki beləsi şöhrət

Eşqiylə malını sərf edər, ancaq,

Nə Axirət bilər, nə də ki, Allah.

Belə bir insansa qayaya bənzər:

Torpaq var üstündə qayanın, hərçənd,
Leysan yağan kimi lüt qalar qaya.

Malını Allahdan lütf qazanmağa,
Kim ki sərf edərsə, təpə üstdəki,

Bir bağa bənzəyər; leysan gedərsə,
İkiqat olacaq onun meyvəsi
Leysan yağmasa da – şeh onun bəsi.

 05. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: VERİRSƏN – YAXŞISINI VER. 2; 267-268

сура 2 аят 267

İman gətirənlər! Öyüddür sizə:

Sədəqə, ianə verirsinizsə
Qazandığınızın, sizinçin ya da

Bitirdiyimizin yaxşılarından

Verin; Elə bir şey verməyin ki, siz,
Əgər özünüzə təklif edilsə,
Ancaq göz yumaraq götürərsiniz.

 +

Şeytan yoxsulluğu sizə vəd edir
Föhşü, simicliyi sizə öyrədir.

Allah hikmət verir kimə istəsə.

Allahın neməti var hikmədəsə.

 

04. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: HAKİMLƏRƏ RÜŞVƏT HAQQINDA. 2; 188

СУРА 2 АЯТ 188

Malınızı yeməyin,
Boş yerə aranızda.

Onu rüşvət verməyin

Məhkəmələrə ya da,

Ki, özgə malına da

Yiyələnib, yeyəsiz,

Bu, günah olan halda.

Bunu bilirsiinz siz.

03. 10. 2022, Samara

QURAN ŞEİRLƏRİ: ORUCLUQ HAQQINDA 2; 183-184

сура 2 аят 183

İman gətirənlər! Sizə orucluq,
Vacib buyurulub, necə ki, sizdən,

Əvvəl gələnlərə qanun olub bu.

Bəlkə də xof olar ürəyinizdə.

+

Bu, ayın müəyyən günlərindədir.

Kimsə sizdən əgər azarlı olsa,
Ya da yol üstəsə, o vaxt qədəri,
Sonra oruc tuta gərək o insan.

+

Belə bir üzrlü səbəb olmadan
Oruc tutmayansa buna əvəz tək

Kasıb insanları yedirdə gərək.

Hansi bir xeyir iş görsə kim haçan,
Xeyrini görəcək özü o insan.

02. 10. 2022, Samara