HERMAN HESSE. YALAN DEYİRMİŞƏM…

hesse-13044-portrait-medium

Yalan deyirmişəm! Qoca deyiləm!

Hələ ki, həyatdan doymamışam mən

Haçan gözəl qadın çöhrəsi görəm,

Yenə ruh oyanır, nəbz aşır həddən.

—

Yuxumda qadınlar isti və çılpaq,
Yaxşıları olur, adiləri də.

Divanə valsların taktları oynaq,

Eşq odu soyumur səhərə qədər.

—

Hələ bir sevgi də arzularam mən,

Həm təmiz, həm məsum bir gözəlliyə.

Hər yada düşəndə məni inlədən,
O ilk və müqəddəs eşqə bənzəyə.

1901

almancadan tərcümə

09.02. 2021, Samara

Ich log

Ich log! Ich log! Ich bin nicht alt!

Ich bin nicht satt vom Leben,

Mir macht jede schoene Frauengestalt

Noch Puls und Gedanken erheben.

—

Mir traeumt noch von Weibern heiss und nackt,

Von guten und von schlechten,

Von wilder Walzer brillantem Takt

Und von verliebten Naechten.

—

Mir traeumt von einer Liebe sogar,

Einer schweigsam schoenen und reinen,

Wie jene erste heilige war,

und ich kann noch um sie weinen.

HERMAN HESSE. SOLĞUN YARPAQ

hesse-13044-portrait-medium
Hər çiçək can atar meyvə olmağa,
Açılan hər səhər axşama dönər,

Yox bu yer üzündə əbədi heç nə,  

Nə varsa, həmişə dəyişər, axar.
—

Eləcə sonu var gözəl yayın da,

Aləmi bürüyər xəzəl haçansa.

Yarpaq, döz sınağa, həqir dayan sən,

Külək qoparanda səni budaqdan.

—

Düşmə müqavimət fikrinə, oyna,

Başıına gələnlə  qayğılan nə də,

Səni qıran külək sonra bəlkə də,

Evə doğru səni yürüdər yenə.

1913

almancadan tərcümə

08.02. 2021, Samara

WELKES BLATT

Jede Blüte will zur Frucht,
Jeder Morgen Abend werden,
Ewiges ist nicht auf Erden
Als der Wandel, als die Flucht. Читать далее →

HERMAN HESSE. GECƏ

hesse-13044-portrait-medium

Açdıım pəncərəmi, söndürüb şamı,
Axıb gəldi Gecə otağa qəfil.

Aldı ağuşuna, dedi qardaşın
Bil məni indi sən, dostun həm də bil.

—

Sıxar ev həsrəti hər ikimizi,
Bəd yuxu görərik, qorxu yaşarıq.

Ata evimizə aparar bizi

Şirin xatirələr, pıçıldaşarıq.

1907

almancadan tərcümə

07.02. 21, Samara

Nacht (1907)

Ich habe meine Kerze ausgelöscht;

Zum offenen Fenster strömt die Nacht herein,

Umarmt mich sanft und läßt mich ihren Freund

Und ihren Bruder sein. Читать далее →

HERMAN HESSE: DUMANDA

hesse-13044-portrait-medium

Dumanda gəzməkdə qəribəlik var!

Daşın da, kolun da təkdir hər biri.

Baxıb bir-birini görmür ağaclar,
Dumanda hər şeyə təklik üz verir.

—

Doluydu dostlarla dünya bir zaman

Onda işıqlıydı mənim də ömrüm

İndi həndəvəri bürümüş duman,
Nə qədər baxasan, kimsə görünmür.

—

Əlbətttə, Torana nabələd insan,
Uzaqdır müdriklik mərtəbəsindən.

Nə görər, nə duyar onu hamıdan,

Duman ayrı salır, təkləyir həm də.

—

Dumanda gəzməkdə qəribəlik var!

Təklik və tənhalıq elə həyatdır.

Biri digərindən xəbərsiz yaşar,

Hamı tək və tənha, hamı da yaddır.

1906

almancadan tərcümə

06.02. 2021, Samara

Im Nebel

Seltsam, im Nebel zu wandern!
Einsam ist jeder Busch und Stein,
Kein Baum sieht den andern,
Jeder ist allein.

—

Voll von Freunden war mir die Welt,
Als noch mein Leben licht war;
Nun, da der Nebel fällt,
Ist keiner mehr sichtbar.

—

Wahrlich, keiner ist weise,
Der nicht das Dunkel kennt,
Das unentrinnbar und leise
Von allen ihn trennt.

—

Seltsam, im Nebel zu wandern!
Leben ist Einsamsein.
Kein Mensch kennt den andern,
Jeder ist allein.

RAYNER MARİA RİLKE. ŞAİR

rilke-rainer-maria (1)

Məndən uzaqlaşıb, Saat, gedirsən,

Məni qanadınla yaralayaraq.
Təkcəyəm: neylərəm dil-ağızla mən?

Gecəmlə  neylərəm? Gündüzümlə  ya?

—

İndi nə evim var,  sevgilim nə də,
Nə elə torpaq var yurd deyə bilim.

Nəyə ki, özümü  həsr elədim mən,
Varını artırdı, məni xərcləyib.

1905

almancadan tərcümə

04-05.02. 21, Samara

Der Dichter

Du entfernst dich von mir, du Stunde.
Wunden schlägt mir dein Flügelschlag.
Allein: was soll ich mit meinem Munde?
mit meiner Nacht? mit meinem Tag? Читать далее →

RAYNER MARİA RİLKE: «TANRIM, NEYLƏYƏCƏKSƏN, ÖLÜB GEDƏRƏMSƏ MƏN?

rilke-rainer-maria (1)

Tanrım,  neyləyəcəksən, ölüb gedərəmsə mən?

Mən sənin piyalənəm (haçan çiliklənərəm?)

Mən sənin cövhərinəm (haçan çirkə dönərəm?)

—

Mən sənin surətinəm, niyyətin, əməlin həm,

Itər sənin də mənan, mənim ömrüm bitincə.

—

Gedərəm, nə ev qalar, nə ocaq yanar gecə,
Xoş söz eşitməz gələn, xoş üz görməz boylanan,

Məxmər sandallarını  yorğun ayaqlarından,
Necə ki, çıxarırsan, atılaram eləcə.

—

Gen-bol əban sürüşdü, çiyinlərindən endi…

Pərqu istiliyinə mənim yanaqlarımın,
Qonar sənin Baxışın, nə qədər ki, mən varam,

Ölərəmsə, dolaşar, gəzib məni arayar –

Qürub çağı yetişər uzaq və yad diyara,

Soyuq daşların üstdə diz çöküb qalar indi.

—

Tanrım, neyləyəcəksən? Həyəcan içindəyəm…

26.09. 1899, Berlin-Schargendorf

 

almancadan tərcümə

03-04.02. 2021, Samara

 

Was wirst du tun, Gott, wenn ich sterbe?

Was wirst du tun, Gott, wenn ich sterbe?
Ich bin dein Krug (wenn ich zerscherbe?)
Ich bin dein Trank (wenn ich verderbe?) Читать далее →

RAYNER MARİA RİLKE. PAYIZ GÜNÜ

rilke-rainer-maria (1)

Tanrım, zaman yetişdi. Bu yay yaman uzandı.

Daha kölgələrini günəş saatına sər,

Başını küləkərin burax,  gəzsin düzəndə.

—

Sonuncu meyvələri saxla hələ budaqda,

Bir cüt güney günüylə onlara möhlət artır,

Yetişdir, yetkinliyə payız barını çatdir,
Şirəsi qatılaşsın, versin tünd şərab dadı.

—

Kimin ki, evi yoxdur, daha çətin tikilə,

Kimə təklik üz vetib, ömrü keçər beləcə,

Uzun məktublar yazar, oxuyar, yatmaz gecə.

Xiyabanda gəzinər, gedər belədən-belə,

Qayğılanar ürəyi yarpaqlar töklüncə.

21 sentyabr 1921, Paris

almancanda rərcümə

02.02. 21, Samara

Herbsttag

Herr, es ist Zeit. Der Sommer war sehr groß.
Leg deinen Schatten auf die Sonnenuhren,
und auf den Fluren lass die Winde los. Читать далее →

27 SENTYABR 2020-Cİ İL

əli_tagiyev

salyanlı əsgər Əli Tağıyevin xatirəsinə

Dan yeri qızarıb, tələsmir ay da,
Çəkilib getməyə göydən hələ ki.

Bəlkə son yuxudan durub piyada,
Baxmır aya, günə, gözü yol çəkir.

—

Nizam-intizamla dayanmış əsgər.

Geyim mükəmməldir, təzədir yaraq.
Baxışdan, üzdənsə uşağa bənzər,

Oda atılacaq indi bu uşaq.

—

Yersizdir Şekspir tərəddüdləri,
Burda “olum” yoxdur, “ölüm” var ancaq.

Hamletin taleyi öz əlindədir,

Beş əsr düşünür qərardan qabaq.

—

Səninsə taleyin bir əmrə bənddir,
Sahibi deyilsən öz həyatının.

Komandir “İrəli” qışqırar indi,

Gedərsən, minadır ayağın altı…

—

“Can, bala!” deyərək ağlayan anan,

Tikan qanadanda ayaqlarını,
Duyar aparanda səni qızıl qan,
Əl atıb dağıdar yanaqlarını…

—

Ay və gün yox olar, yer və göy itər,

Son verər bu savaş gənc həyatına,

Artırar Bakıda çevik fəhlələr,

Dəmir medalların hasilatını…

—

Şəklinə baxıram, şəklin ağladır,
Baxışdan uşaqsan, üzdən uşaqsan.

Zirvə söhbətləri hoqqa və lağdır,
Ölmüsən, haqqın var möhtəşəm yasa.

—

Məzarın önünə gəlib baş əyə,
Parket generalı, vəkil və nazir.

Ölkəni hərləyən, xalqı hərləyən,

Gəlib torpağına üz qoya bir-bir.

—

Qara bağlanaraq ensin bayraqlar,
Balaban çalınsın, Albinoni də.

Ali baş komandan, dizini qatla!

Müzəffər əsgərin borcunu ödə!

27. 01. 2021, Samara

ANIM GÜNÜ

Bu gün vətənimdə yaxşı hava var,
Xəstəyə dərmandır, hava deyil ki.

Belədə keçmişi insan unudar,
Gələcək günlərdir arzusu, fikri.

—

Daha şirə tutub bütün meyvələr,

Günəş kefə işlər, kef verər  indi,
Doğumu möhtəşəm, batımı gözəl,
Şöləsi yandırmır, məzələndirir.

—

Soydaşım, yenə də gözlərin xumar,
Fikrini gələcək aparıb yenə.

Amma gələcəyin gələcəyi var,
Sonrasa…Aydındır sonrası sənə…

—

Qıfıl deşiyindən necə baxarlar,
Gözünü eləcə keçmişə zillə.

Baxdığın zamanda çoxlu ölüm var,
Sənin öz ölümün orda yox hələ.

—

Soydaşm… Ağalar, gözəl xanımlar!

Hava nə gözəldir, eyvana çıxın!

Ölkədə kütləvi bu gün anım var,
Çevrilib bir illik keçmişə baxın.

—

Orda ölümü var bir neçə minin,

Heç biri sizinki, mənimki deyil.

Getdilər, öldülər vətən naminə,

Siz də yayındınız, mən də keçən il.

—

Gedənlər, ölənlər özgələr idi,
Yayınıb sağ qaldıq, müzəffərik  biz,
Qaldırıb bayrağı yellədin indi,
Özünüz yellənin, utanmayın siz.

—

Soydaşım! Ağalar, gözəl xanımlar!

Yəqin ki, fikriniz gələcəkdədir.

Ancaq gələcəyin gələcəyi var,
Canı bilirsinz sözümün nədir…

27.09. 2021, Samara

ŞƏHİD ƏSGƏRİN MEDALI

BAKIDA YAŞAMAQ MÖHTƏŞƏM FƏXR…

SONY DSC

Bakıda yaşamaq möhtəşəm fəxr,

Üstəlik vəzifə, gəlir də varsa.

Maşının bir neçə, mənzilin – qəsr,

Dənizdən də payın — ətrafı hasar.

—

Dağı var Bakının, var düzəni də,
Ancaq zirvədəsən sən harda olsan.

Soydaşın olsa da, sənə özgədir.

Həyatın dibində sürünən insan.

—

Paytaxtda yaşamaq fəxrdir, ancaq,

Burda da innsanın çatır axırı.

Adın, malın varsa, yer tapılacaq,

Gözəl Xiyabanda, özü də Fəxri.

—

Hardasa, könlündən, gözündən uzaq,

Kəndlər var, kəndlərdə adamlar da var.

Həyatsa fəxr yox, həyatdır ancaq,
Bir gözlə gülənin bir gözü ağlar.

—

Burda məzarlıq da adi və tanış,
O nə xiyabandır, fəxrdir nə də.

Təzə qəbirlərdən sıra yaranmış,

Yaslı analardır duran önündə.

—

Bəzənib qəbirlər allı-yaşıllı,
Toya alınanlar daşa bağlanır.

Şəkillər öpülür, ürək alışır,
Əsgərlər eşitmir analarını…

—

Burdan uzaqlarda fərari şəhər,
Bəzənir-düzənir, öz kefindədir.

Kefdə qəsrlilər, mersedeslilər,
Şərəf yox, qeyrət yox, həyatsa fəxri…

21. 01. 2021, Samara

KOMANDAN ÇAY İÇİR CIDIR DÜZÜNDƏ…

20.03. 2020

Komandan çay içir Cıdır düzündə,
Sağında arvadı, solunda qızı,
Ya da ki, tərsinə. Ana qızından,
Cavandır elə bil beş-on yaş azı.

—

Görünür dumanlı dağlar arxada,
Görünən heç nə yox həndəvərdəsə.

Çay içir komandan, qızı, arvadı,

Çəkənlər vurnuxur önlərindəsə.

—

Görünmür bu çayı qoyan, dəmləyən,
Paxlava bişirən görünür nə də.

Belində bu masa, stullar gələn,

Əsgər indi durub hardasa gendə.

—

Yox bu paxlavalı masa dalında,

Şəhəri yağıdan qanıyla alan.

Yalınəl əsgərin sağ qalanından,
Paxlavalı çaya yox çağırılan.

—

Çay içir komandan, qızı, arvadı,

Üçü də oturub hərbi geyimlə.

Yüz ildir ölkəni idarə edir,
Bir əsgər verməyib ailə hələ…

—

Yatır torpaq altda sütül uşaqlar,
Dəmirdən medaldır onların haqqı.

Ali Baş Komandan! Soruşmaq olar? –

Sizin öz oğlunuz hardadır axı?…

17. 01. 2021, Samara