SOSİAL DİSTANSİYA HAQQINDA BALLADA

20.03. 2020

Hanı mənim silahlarım?

Gətirin silahlanım!

Nə çatmırsa, tapın, alın,

Yeri qazıb çıxarın!

 

 

Hanı mənim revolverim,

Mauzerim bəs hanı?

Qoşalülə tüfəng verin,

Verin beşatılanı!

 

 

 

Hazır edin avtomatı,
Yeddi-səkkiz daraqlı.

Hanı mənim top atanım? –

Dursun hazır, yaraqlı.

 

Qılıncımı verin mənim,
Oxu-yayı verin həm,

Altdan-üstdtən zirehlənim,

Başımda da dəbilqəm.

 

 

Zirehləndim, silahlandım,

Döyüşə hazıram mən!

Mənə yaxın gələn adam,

İndi küssün özündən!

 

 

 

 Kişi, arvad – hər kim aşa,

İki metrlik həddi,

Hər silahdan atəş açar,
Qoruyaram sərhədi.

 

 

Top ataram, susduraram,
Kim uzaqda öskürə.

Sayıq dursam pusquda mən,

Sovuşar hər təhlükə.

 

 

Budur, yenə kimsə gəlir:

Dayan! Kimsən, nəçisən?

Qardaşımsan? Adın — Qabil?

Al payını onda sən!

 

27-28. 03. 2020, Samara

EVDƏ QAL!

SONY DSC

Evdə qal. Çək daha küçədən ayaq,

Bağla içəridən qapını möhkəm.

Sonra açarı da nəfəslikdən  at,

Çıxa bilməyəsən, dağıla aləm.

 

 

Uzan çarpayıda, divanda dincəl,
Göz dikib tavana saatlarla bax.

Yat da, mürgülə də, arada dirçəl,
Ye yığdıqlarını, yoxsa da iştah.

 

 

Elə ki, doyunca yedin və yatdın,
Qarışdır başını xatirələrlə.

Gözünün önündən keçsin həyatın,
İtməsin, batmasın bircə an belə.

 

 

Gördüyün işləri saf-çürük elə,
Görmədiklərini fikirdən keçir.
Vicdan sınağında bəlkə itkilər,
Verərək haçansa çəkildin geri.

 

 

Yada sal kimlərə nəyi, haçan sən,
Demək istəyirdin, demirdin ancaq.

Yada sal itirib başını bəzən,

Nələri kimlərə demisən nahaq.

 

 

Ulduz həsrətiylə, ay həsrətiylə,
Kövrəl, fürsət ikən, yaş töküb hönkür.

Baxmırdın gözünün ucuyla belə,
Necə günəş batır ya dan sökülür.

 

 

Tanrı qəzəbiylə qovulan Adəm! —
Dünya nə cənnətmiş, indi bilərsən.

Açarı axtarma, zavallı adam,
Əgər bacarırsan, divarı yar sən…

 

25-26. 03. 2020, Samara

Mixail LERMONTOV. MİNNƏTDARLIQ

LERMONTOV

Verdiyin hər nemətə mənim minnətim dərin:
Gizli iztirabları nemətdi ehtirasın,
Göz yaşının acısı, zəhəri öpüşlərin,

Dostların böhtanı və yağıların qisası;

 

 

Nemətdi səhralığa dağılan qəlb atəşi,
Nemətdi həyat boyu nə aldatdısa məni.
Ricamsa səndən budur, elə düzəlt ki işi,

Sənə minnətdarlığım  çox o qədər çəkməsin.

1840

Ruscadan tərcümə

24-25.03. 2020, Samara

Qeyd: şeir Tanrıya kinayəli müraciət kimi yazılıb

БЛАГОДАРНОСТЬ

 

За всё, за всё тебя благодарю я:
За тайные мучения страстей,
За горечь слез, отраву поцелуя,
За месть врагов и клевету друзей; Читать далее

Mixail LERMONTOV. “AYRILDIQ SƏNİNLƏ, FƏQƏT ŞƏKLİNİ…”

LERMONTOV               

2-ci tərcümə

Ayrıldıq səninlə, fəqət şəklini,
Saxlaram sinəmin üstdə həmişə.

Ən gözəl illərdən xatirə kimi,
Doldurar o mənim qəlbimə nəşə.

 

 

Məni təzə sevda yaxsa da indi,
Dönmədim o şəklə məhəbbbətimdən.

Tərk edilən məbəd – yenə məbəddir,

Yenə də tanrıdır yıxılan sənəm.

 

1837

Ruscadan tərcümə

24.03. 2020, Samara

 

Расстались мы, но твой портрет
Я на груди моей храню:
Как бледный призрак лучших лет,
Он душу радует мою.

Читать далее

KORONAVİRUS

2

Ronaldu ya Messi? Hansı yaxşıdır? –

Hamlet sualıydı indiki zaman.

Elə bil ki, bütün bəşəriyyəti,
Əsas bu sualdı qayğılandıran.

 

 

Müqəddəs yazıydı statistika,
Sitayiş edirdi rəqəmə insan.

Qolu başla vurub, ayağıyla ya –

Neçənci dəqiqə, hansı məsafə…

 

 

Milyonlar vurnuxur Messiyə qarşı,
Sayı yox Ronaldu sevməyənlərin.

Dahilər meydana çıxıb çarpışır,
Baxan Adilərin siniri gərgin.

 

 

Zirvələr, rekordlar gözləyən də var,
Çoxunun uzanır göyə əlləri.

Neçə Adinisə üzür intizar:
Haçan büdrəyəcək dahinin biri…

 

 

Neyləyək, belədir insan həyatı,

Özgə qayğısıyla yaşayan da var.

Bəzən dahilərin məğlubiyyəti,
Yerdən Adiləri sanki qaldırar…

 

 

Bağlanıb, boş qalıb stadionlar,
Hardasa qapanıb Ronaldu, Messi.

Hamletin sualı  yenə aktual,

Bütün yer üzüdür indi səhnəsi.

 

 

Başqadır bugunkü statistika,
Rəqəmlər, rekordlar tük ürpədəndir.

Adi də, dahi də meydana çıxar,
Söhbətsə olumdan, ölümdən gedir.

 

 

Bilmirik hardadır Messi, Ronaldu,
Birinci qayğındır öz ömrün indi.

Olummu? ölümmü?– sual budur, bu,

Başını sındırır dahi, həm adi.

 

 

Əvvəlki dəyərdən düşür rekord da,

Yersiz əyləncəyə bənzəyir idman.

Məna axtarmalı öz həyatında,
Ən adi, sıravi olsa da insan.

23.03. 2020, Samara

Mixail LERMONTOV. “AĞLAMA, AĞLAMA, AĞLAMA, BALAM..”

LERMONTOV

Ağlama, ağlama, ağlama, bala,
Belə əzablara o dəyməz, inan.

Bil ki, əzizlərdi səni o lağla,

O səni sevirdi darıxdığından!

 

 

Bizim Gürcüstanda az deyil axı,
Onun tək görkəmli, gözəl cavanlar — 
Qara gözlərinin alovu yaxır,

Qara bığları da burulur əla!

 

 

Taleyin hökmüylə uzaq,  həm özgə,

Yurddan atılmışdı o bizim elə.

Qovğa arzulayar və şöhrət gəzər, —

Nə tapa bilərdi axı səninlə?

 

 

Hədiyyə verirdi sənə qızıldan,
And da içirdi ki,  atmaz əbədi.

Səndən nəvazişi baha alsa da,

Gözünün yaşına dəyər vermədi.

 

Ruscadan tərcümə

22.03. 2020, Samara

 

Не плачь, не плачь, мое дитя…

 

Не плачь, не плачь, мое дитя,
Не стоит он безумной муки.
Верь, он ласкал тебя шутя.
Верь, он любил тебя от скуки! Читать далее

Aleksandr PUŞKİN. ETİRAF

ПУШКИН

Mən sizi sevirəm – çıxsa da cinim,

Hərçənd bu, zəhmətdir, xəcalətdir həm,

Ayaqlarınıza düşüb deyirəm:

Səfeh bu fəlakət sarsıdır məni!
Mənə bu yaraşmaz, o yaş deyil yaş,

Gərək ciddi olam mən indən bəri.

Qəlbdəsə qaldırır fəqət yenə baş,
Sevgi azarının əlamətləri.
Sizsiz darıxıram — əsnəyirəm də,
Sizinlə qəmliyəm – dözürəm ancaq.

Tab yox, istəyirəm açıb deyəm də,
Mələyim, sevirəm sizi necə, ah!
Qonaq otağından elə ki, gəlir,

Donun xışıltısı, səsi addımın,

Ya da məsum qadın səsi yüksəlir,

Birdən itirirəm bütün ağlımı.

Haçan gülümsəniz – ürəyim də şad,

Yana baxırsınız– batıram yasa.

Bir gündə çəkdiyim zülmə mükafat —  

Bəyaz əlinizə əlim dəyərsə.

Səylə əyləşərək cəhrə dalında
Bir az saymazyana əyilən zaman,

Gözlər yarıaçıq, saçlar alında,

Riqqətə gəlirəm, nitqi lal halda,

Körpə tək baxıram mən sizə heyran!…

Mən necə bədbəxtəm, deyimmi, necə,
Sıxılır qısqanclıq ağrısıyla can,

Bəzən pis havada, ya da ki, gecə,
Uzaq bir səfərə yığışan zaman?
Və xəlvətdə necə ağladınız siz,
Bucaqda deyilən odlu nitqlər,
Sizin Opoçkaya səfərləriniz,

Və fortepiano axşamlar hələ?

Mərhəmət dilərəm səndən, Alina!
Sevgi tələbinə  cəsarətim  yox,
Bəlkə də o qədər günhalarım çox,
Sevgiyə dəymirəm, mələyim, daha.
Yetər riyakarlıq! Bircə baxışda,
Bütün həqiqətlər gözəl oxunar!

Məni aldatmaqda mürəkkəb nə var!..

Axı aldanmağa mən özüm şadam!

1826

Ruscadan tərcümə

21.03. 2020, Samara

Признание

Я вас люблю, — хоть я бешусь,
Хоть это труд и стыд напрасный, Читать далее

Aleksandr PUŞKİN. “NƏ İSTƏYİM VARDI, QALDI ARXADA…”

ПУШКИН

Nə istəyim vardı, qaldı arxada,
Daha arzulara yox məhəbbətim.

Ürək boşluğunda qol-qanad atan,
Ağır əzablardır indi qismətim.

 

 

Taleyin amansız qopdu tufanı,
Soldu çiçəklənən çələngim artıq.

Günüm yas içində keçir, tənhayam,
Gözlərəm: tezliklə sonum çatarmı?

 

Qış günü tufanın fiti dinəndə,
Sarsılıb soyuqdan iliyə qədər,
Çılpaq budaq üstdə, zavallı gündə,

Yubanan tək yarpaq  beləcə titrər.

 

1821

Ruscadan tərccümə

19-20.03. 2020, Samara

 

Я пережил свои желанья,
Я разлюбил свои мечты;
Остались мне одни страданья,
Плоды сердечной пустоты. Читать далее

Eduard LİMONOV. “BUNDAN DA ZƏHLƏM GEDİR….”

1

Bundan da zəhləm gedir,
Ona da nifrətim var.

Məni də bəyənməyən,
Nə çox – ancaq hər insan yaşar.

 

Biri durduğu yerdə,
Öldürmür o birini.
Deyinir ancaq, deyir
O qazanır, bu yeyir.

 
Dəhşətdir, bəli, dövlət.
Ancaq yenə o yalnız
Məni səndən qurtarar —
Keçinmək olmaz onsuz.

 
ruscadan tərcümə

19 03. 2020, Samara

 

И этот мне противен
И мне противен тот
И я противен многим
Однако всяк живет Читать далее

Aleksandr PUŞKİN. BAĞÇASARAY FONTANINA

ПУШКИН

Həyat dolu fontan, əziz, sevgili!

İki qızılgüldür sənə hədiyyəm.

Yatır ürəyimə sənin lal dilin,
Şairsən göz yaşı tökməyində də.

 

 

Ətrafa səpilən gümüş gilələr

Səpilir üstümə soyuq şeh kimi.

Sevinc dolu çeşmə, ax, tökül hələ,
Dinsin zümüməndə sirli keçmişin.

 

 

Məhəbbət fontanı, qəmli, kədərli.

Sualım yenə də mərmərinədir:
Tərif söylədiyin uzaq ölkədir,

Fəqət Mariyadan heç nə demədin.

 

 

Hərəmə zavallı və solğun çıraq!

Belə unutqansan yəni doğrudan?

Ya bəlkə Mariya, Zarema ancaq,
Şəkildir, surətdir, xəyaldan doğan?

 

 

Narahat yuxusu bəlkə xülyanın,
Kimsəsiz zülmətdə yaradıb, çəkib?
Ruhin müəmmalı idealını,
Ani görünənlə belə həkk edib?

 

1824

Ruscadan tərcümə

18.03. 2020, Samara

 

 

ФОНТАНУ БАХЧИСАРАЙСКОГО ДВОРЦА

 

Фонтан любви, фонтан живой!
Принес я в дар тебе две розы.
Люблю немолчный говор твой
И поэтические слезы. Читать далее