«ALÇANIN ALTINDA, HİSLİ OCAQDA…»

20230721_135628

Alçanın altında, hisli ocaqda,
Bəlkə otuz ildir qalaylanmayan,

Qədim mis qazanda, tavada ya da,
Xörək bişirərdi yay günü anam.

+

Əlinə gələndən ataraq qaba,

Pörtər, qızardardı, ya qaynadardı.

Yeməyin ətriylə dolardı hava,
Ləzizdi, lətifdi, yoxsa da adı…

 +

Ana yeməyinə, ev xörəyinə,
Həsrətəm, hərçənd ki, qarnım ac deyil.

Nə qədər səy ilə bişirəm, yenə,

Ətri heç, dadı da yoxdur elə bil…

 +

Hisli ocaq üstdə mis qazan asıb,

Mənə ləziz xörək bişirənlərim!

Məməm, Sübü bacım, Ağənnə bacım!

Əzizdim, yuxarı başda da yerim…

 +

Kəndə gəlib çıxsam möcüzə ilə,

Məni çaşqın görən sayar yol azan,

Nə ocaq qalıbdir, təndirimiz nə,

Türklərə satılıb bəlkə mis qazan…

 +

Özümü toplayıb it hürüşməyən,

Bir həyətə bəlkə orda  girərəm.

Qaz pilətəsində qaynayan, bişən,
Xörəkdən çəkərlər, alıb yeyərəm…

 +

Nə iştah duyaram, dad bilərəm nə,
Dinməz gəvələrəm qabımdakını,

Sonra kənd yoluna çıxaram yenə,

Qəbiristan sarı yol çəkər məni…

 +

Bilmərəm ki, məni tanıdılarmı,
Saydılar yol azmış yolçu ya da ki.

Dedilər bəlkə də: “Olsun haramı,

Boş əllə gəlmişdi, yedi mal kimi”…

 12. 12. 2023, Samara

TURAL SADIQLININ YEDDİ FEVRAL FANTAZİYALARI

Tural_Sadıqlı

Belə bir rus lətifəsi var: bir sərxoş yoluna çıxan dərin gölməçəni adlamaq üçün hasardan tuta-tuta gedi. Birdən gözü sataşır gölməçədəki donuza və deyir: “Donuz ki donuz! Palçıqda ağnayırsan!” Donuz qayıdıb deyir: “Get, get, görüm hasar qurtarandan sonra necə gedəcəksən…”
Bloqer Tural Sadıqlı bu lətifəni yadıma saldı. Bir həftərdir özünü yırtır ki, 7 fevralda İlham Əliyevi yola salıb xalq hakimiyyəti quracağıq, guya bunu onun özünün xaricdə qurduğu “müxalifət hökuməti” həyata keçirəcək…
Fevralın 7-nə çox qalmayıb, 7 fevral gələcək, gedəcək… Onda Tural Sadıqlı onun bloquna “ümidimiz sənədir” yazan debillərə nə cavab verəcək?
Tural Sadıqlı bilirmi ki, “mühacirət hökuməti” nədir? İki–üçü psixopat bloqerlə,, fırıldaqçılığı, dələduzluğu üzündən-gözündən yağan keçmiş diplomarla birləşib “mühacirət hökuməti” qurmaq olur? Bu, harda görünüb? Bit nəfər də var, İlqar Hacıyev, İlham Əliyevin sirrlərini açıb-tökəcəyini aylarla vəd edən, studiyada pivə içən, içdikcə ağzının köpüyünün əlinin dalıyla silən biznesmen…
Bu nə şoudur? Rusiya azərbaycanlılarına az-çox bələdəm, qərbdəkilər bunlardan da betərmiş. Rusiya azərbaycanllarının çoxu ən azı işləməyə ya iş qurmağa gəliblər, özü də leqal yolla gəliblər. Qərbdəki mühacirlərin çoxu fırıldaqla, qurama kağız-kuğuz düzəltməklə oturum alıblar. Oturub-durmaqlarından, danışıqlarından adam xəcalət çəkir…
Bir xanım var: Sevinc Osmanqızı. Aylarla studiyada adekvatlığı şübhə doğuran Beydulla Manafovla mırt vurur. Baxırsan, əlin-qolun yanına düşür…
Ən acınacaqlı odur ki, bu xanın dilini dəyişib. İnturist kimi danışır. Bulqakovun romanındakı “inturist” kimi…
Qurban Məmmədlidən nə deyəsən? Onun üçün palata sifariş vermək azımdır. Özü də gərək Ərəstun Oruclu ilə bir yerdə yata. Yəni bir çarpayıda yox, bir otaqda…
Və birdən özünü daim heykəl pozasında saxlayan Əli Kərimli peyda olur..
Biz bu gündəyik… Biz diktaturaya, əzilməyə, tapdanmağa layiqik…
Mirzə Əlil
11.12.2023 Samara

P.S. Azərbaycanda 20-30 qeyrətli kişi tapılmır ki, şərlənib zindana salınan gənc azərbaycanlı qızların müdafiəsinə qalxıb heç olmasa məhkəmənin qabağına getsin…

MARİNA TSVETAYEVA. «HƏLƏ YUXULURARI POZULMAZ OLAN…»

Hələ yuxuları pozulmaz olan,

Hərəkətləri də asta hələ ki,
Get Tryoxprudnı aralığına,
Əgər sevirsənsə şeirlərimi.

 +

Necə ukduzluydu, necə günəşli,

Başlandı həyatın birinci cildi.

Sənə yalvarıram – hələ gec deyil,

Gəlib evimizə baxasan indi.

 +

Tezliklə o dünya məhv olacaqdır,

Xəlvəti, gizlicə ona sal nəzər,
Durur, kəsilməyib hələ ki, palıd,
Qalır, satılmayıb evimiz hələ.

 +

Bu palıd! Altında uşaqlıq çağı,
Bütün axşamları biz keşirərdik.

Təkdi arasında akasiyaların,

Kül və gümüş rəngdə çiçəkləyərdi.

 +

Dönməz-sehrlidir bizim bu dünya,
Özün də görərsən, amma tələs sən!

Gəl Tryoxprudnı aralığına

Qəlbimin ruhunu orda görərsən

1913

ruscadan tərcümə

10.12. 2023, Samara

+++++++

Марина Цветаева

 Ты, чьи сны еще непробудны…

Ты, чьи сны ещё непробудны,
Чьи движенья ещё тихи,
В переулок сходи Трёхпрудный,
Если любишь мои стихи.
Читать далее →

MARİNA TSVETAYEVA. «MƏNƏ XOŞDUR YAŞAMAQ NÜMUNƏVİ VƏ SADƏ…»

cvetaeva

 Mənə xoşdur yaşamaq nümunəvi və sadə:

Əqrəb ya təqvimə, günəşə ya bənzəmək.

Zahid olmaq, saxlamaq həm də sərv kimi qəddi,

Və müdrik olmaq: Allah yaradan hər canlı tək.

 +

Biləm: ruh – arxadaşım, ruh mənə rəhbərdir həm,

Baxış və şüa kimi, məruzəsiz də girmək.

Yazdığım tək yaşamaq: nümunəvi və yığcam,

Tanrı buyuran kimi, dostlar bəyənməyən tək.

1919

ruscadan tərcümə

09. 12. 2023, Samara

 ++++++++++++

 Марина ЦВЕТАЕВА 

Я счастлива жить образцово и просто…

Я счастлива жить образцово и просто:
Как солнце 
— как маятник — как календарь.
Быть светской пустынницей стройного роста,
Премудрой — как всякая Божия тварь.

Читать далее →

LUKAŞENKONUN MƏHƏRRƏM ƏLİYEVİ QARŞILAMAĞI

Belorusiya diktatoru Aleksandr Lukaşenko Azərbaycanın Minskdə yeni səfiri Məhərrəm Əliyevi aeroportda şəxsən qarşılayıb. Məhərrəm Əliyev bakıdakı qonaqlıqdan sonra elə kefli olub ki, harda olduğunu başa düşməyib və Lukaşenkonu tanımayıb. Hətta elə bilib ki, Əliyev onu həbs edib, indi Kürdəxanıya aparılır. Guya şalvarını da isladıbmış…

məhərrəm_əliyev 3

Mirzə ƏLİL

09.12. 2023, Samara

MƏHƏRRƏM ƏLİYEV DİPLOMAT DEYİL, BELORUSİYA DA ÖLKƏ DEYİL…

Prezidentin baş hərbi hərbi müşaviri, ona uzun illər ərzində hərbi taktika və strategiya dərsləri keçmiş və Qarabağ müharibələrindəki qələbələrin əsas müəlliflərindən biri olan Məhərrəm Əliyevi Belorusiyaya səfir təyin edib. Düzdür, Məhərrəm Əliyev diolomat deyil, ancaq Belorusiya da ölkə deyil…

Məhərrəm Əiyevin təyinatı münasibəti ilə böyük qonaqlıq olub. Məhərrəm o qədər vurub ki, bəlkə bir də kağız-kuğuzunu Lukaşenkoya təqdim edəndə ayıla…

məhərrəm_əliyev 2

Məhərrəm Əliyev qonaqlıqdan sonra…

09. 12. 2023, Samara

MARİNA TSVETAYEVA. DEKABR AXŞAMI

Biz hələ çox cavanıq ki, bağışlana bizdəki

Sehrləri yox edən.

Çox qocayıq, onunçun  hər birimiz qəm çəkir,
O buradan gedəndən!

 +

Axşam şəfəqi kimi o qala qızarırdı,

Böyükdü – dünya kimi, qədimdi- külək kimi.

Padşah sayıla bilən atanın qızlarıydıq,

Biz şahzadə kimiydik.

 +

Ata – sehrkar idi, ağsaqqal, acıqlı həm,

Sarıdıq onu, biz də acıqlandıq elə ki.

Yığışıb əyilərək kül üstündə hər axşam,

Cadugərlik edərdik.

 +

Buynuzdan biz içirdik qanını cəld maralın,

Nəzərdən keçirirdik qəlbləri zərrəbinlə,

Sevginin olduğuna inana bilənləri,

Gülüb salırdıq ələ.

 +

Gəldi axşam bir dəfə zülmətdən sıyrılaraq,

Şahzadə — üzündə qəm, boz idi əynindəki.

İnamsız danışırdı, amma bizsə onu, ah,
İnamla dinləyirdik.

 +

Pəncərədə dekabr danı sökülmədəydi,
Üfüqlər allanırdı ürkək işıqla hələ.

O, rahat yuxudaydı, o, fərqində deyildi,

Nələr çəkirdik, nələr!

 +

Biz hələ çox cavanıq unudulsun bizdəki,
Sehrləri dağıdan.

Düşmərik indi elə incə eşqə də, çünki

Çox qocayıq biz daha!

1906-1920

 

ruscadan tərcümə

08. 12. 2023, Samara

 +++++++++++++++

Марина ЦВЕТАЕВА

Декабрьская сказка

 

Мы слишком молоды, чтобы простить
Тому, кто в 
нас развеял чары.
Но, чтоб о 
нем, ушедшем, не грустить,
Мы слишком стары!

Читать далее →

MÜHACİRƏT PARLAMENTİNİN İCLASI

 (VODEVİL)

 Tural SADIQLI: Əziz həmvətənlər, icazə verin millətimizin tarixində ən tarixi verilişə başlayım. Bu veriliş adi veriliş deyil, mühacirət parlamentinin iclasıdır ki, burada mühacirət hökumətini seçəcəyik. Bəyənin, paylaşın ki, bütün dünya bu tarixi verilişə baxa bilsin.

Əziz həmvətənlər, əslində bizim parlamentimiz hazırdır, qalıb cpikerin seçilməyi. Mən bu vəziifəyə xalqımızın görkəmli xadimi Qabil Məmmədov-Türkoğlunu təklif edirəm. Ayrı təkliflər varmı?

QABİL: Əə, ayrı təklif nədir? Ayrı təklifi olanın mən anasını, bajısını…

Tural SADIQLI: Onda Qabil Türkoğlu yekdilliklə mühacirət parlamentinin sədri seçilir. Qabil bəy, buyurun, söz sizindir.

QABİL: Əə, mənim yanımda ayrı kim danışa bilər? Danışanın ağzı da cırılar, ayrı yeri də. İlqar bəy, o içdiyin pivədir? Ondan ötür maa, içməsəm, iclası apara bilmərəm.

İlqar HACIYEV: Qabil bəy, bu, rus vodkasıdır, nemis pivəsiylə qarışdımışam.

QABİL: Ver gəlsin, mənim malımdır. İçməyəndə başım xarab olur, ana-bajı söyürəm.

İlqar HACIYEV: Mən də axır vaxtlar matnan ruqatsa eliyirəm. Çünki Əliyev mənim beş milyard pulumu yeyibdi.

Tural SADIQLI: İlqar bəy, biz  reqlamentlə gedək, o beş milyardın üstüə gələcəyik, xalqımıza bütün sirləri açacağıq.

QABİL: Əə, maa bir dallıq seçin ki, mən issirahattığ eliyəndə iclasları yola verə bilsin. Mən şəxsən özüm üçün Məhəmməd Mirzəlidən yaxşı dallıq görmürəm. Yaxşı danışıq qabiliyyəti var, maa çatmağna çox qalıb, ancaq dallığa yarıyar.

Tural SADIQLI: Çox gözəl namizəddir. Elə mən də onu təklif eləmək istəyirdim. Bu da Məhəmmədin özü. Başı telefona qarışıb. Məhəmməd Azərbaycanda baş verənləri çox diqqətlə izləyir. Məhəmməd! Məhəmməd!

MİRZƏLİ: Tural, yaxşı kayflanırdım, yarımçıq qoydun.Burda parnuxaya baxırdım. Yaxşı xanımlara rast gəmişdim, anam-bajım olsunlar…

Tural SADIQLI: Səni Qabilin dallığı qoymaq istəyirik, nə deyirsən?

MİRZƏLİ: Kim kimin dalında olajax?

QABİL: Əə, oçeretnən olasıyığ. Darıxma.Mən səni obijat eləmərəm.

Tural SADIQLI: Cənablar, Qurban Məmmədlini hökumətə dəvət edəkmi? Məsələn, ədliyyə naziri. Hüquqşünasdır.

QABİL: ƏƏ, itir o yana o ermənini, mən onun… Onun harası hüquqşünasıdır? Dalı, qabağı? Mənim bax buram ondan yaxşı yuristdir, istəyirsiniz çıxarım göstərim.

Tural SADIQLI: Gələn iclasda göstərərsən.

İlqar HACIYEV: Aliyev mənim beş milyardımı yeyibdir. Burda bir az ayıbdır, yoxsa mamtnan ruqatsa eliyərdim…

Tural SADIQLI: İlqar bəy, sizə söz verərəm, indi bizə Amerikadan Ərəstun Oruclu zəng edir.

Ərəstun ORUCLU: Tural bəy, mən hamınızdan üzr istəyirəm, xüsusən Qabil bəydən dönə-dönə üzr istəyirəm…

QABİL: Əə, o oğraş nə deyir? Mənim üzümü söyür? Mənim üzümü söyənin mən ağzını… Gəlsin, dağıdım onun…

Tural SADIQLI: Qabil bəy, Ərəstun bəy elə demədi, özü də Ərəstun bəy Amerikadadır, birləşmiş ştatlarda…

QABİL: Əə, İlqar, səndə pul olar, mənə bir bilet al o Amerikadır, nədir, ora, gedim orda Ərəstunun bütün ailə üzvlərini…

İlqar HACIYEV: Qabil bəy, mənim pullarımı Əliyev yeyibdir…

QABİL: Əə, məndən pul gizlədirsən, krısa, səni bu saat cırıq-cırıq elərəm…

İlqar HACIYEV: Qabil bəy, sən məni məcbur edirsən ki, mən də matnan ruqatsa eləyim…

Qabil atılır İlqar Hacıyevin üstünə, Tural Sadıqlı qalır ayaq altda, ara qarışır…

Mirzə ƏLİL

08.12. 2023, Samara

BU NƏ İŞDİR, AY AMAN, ERMƏNİ ÇIXDI QURBAN…

qurban məmmədli erməni

Qurban Məmmədli Londonda şad xəbər alıb: DTX uzun səylərdən sonra onun erməni babasını tapıb. DTX sədri Əli Nağıyev şəxsən Sankt-Peterburqa gedib Qurbanın erməni babasına aid sənədləri Putinin icazəsi ilə arxivdən götürüb Azərbaycana gətirib. Demək olar ki, Qurban Məmmədli  babasının sənədləri Pyotr şəhərində saxlanılan yeganə azərbaycanlıdır. Yəni demək olar da, olmaz da. Çünki indi Əli Nağıyev mühüm sənədlərin tapandan sonra Qurban Məmmədli azərbaycanlı olmur, olur erməni…

Əli Nağıyev Londona teleqram vurub Qurban Məmmədlini təbrik edib. Məsələ burasındadır ki, Qurban Məmmədli neçə ildir ki, qürbət həyatı yaşayır, Azərbaycana gələ bilmir, çünki törətdiyi ağır cinayətlərə görə onu həbs gözləyir. Əli Nağıyev Qurban Məmmədliyə deyib ki, daha həbsdən qorxmasın, çünki indi o, azərbaycanlı kimi yox, erməni kimi həbs olunacaq. Erməni dustaqlar isə  türmədə kef çəkirlər, lüks kameralarda qalırlar, restoran yeməkləri yeyirlər. Şairimizin adaşı Xaçatryanın yanına həftədə iki-üç dəfə Siyavuş Novruzovun arvadı, dombalsman Səbinə Əliyeva gəlir, evdə erməni dolması bişirtdirib gətirir, yanında təzə camış qatığı, erməni konyakı və s. keflər. Dumanlı-yağışlı Londondan sonra Qurban Məmmədli, nəhayət, işıqlı günə çıxar…

İndi Azərbaycanda çox insan təəccüblənir ki, niyə bu eksklüziv sənədləri birinci dəfə Axar-az nəşr edib. Şayiələrə görə, bu məsələnin də müzakirəsi olub. Əli Nağıyev deyib ki, mən bu işi Axar.az-a tapşırıram, çünki, onun jurnalistlərinin əsli mənə yaxşı məlumdur, hamısnın anasını ermənilər zad eləyib, hamısı mozerfakerdir…

İndi mən bilirəm ki, Qurban Məmmədli özünü naza qoyacaq, çəm-xəm elyəcək, deyəcək mənim haram ermənidir, mənim burnuma baxın, İlham Əliyevin burnuna baxın…Əslində erməni babasının tapılması ürəyindəndir. İndi istəsə, gəlib Bakı türməsində dustaq kimi kef çəkər, istəsə, həmin kefi Ermənistana gedib azad adam kimi çəkər…

Deyilənlərə görə, indi Azərbaycandan çox adam Peterburq arxivinə müraciət edib erməni babasını axtarır. Peterburq rəsmiləri and içib deyirlər ki, bizdə belə sənəd ola bilməz, heç Azərbaycan bəylərinin, xanlarının 100 il qabaqkı sənədləri yoxdur, onda qalmış kəndçi-küdçünün kağızları ola. Peterburq qubernatoru, keçmiş bakılı Beqlov hətta Əli Nağıyevi fırıldaqçı və dələduz adlandırıb…

Mən də Mirzə Əlil olaraq Qurban Məmmədliyə məsləhət vermək istəyirəm. A kişi, az ona-buna sataş, birinin arvadını, digərinin qızını fahişə adlandırırsan, rəqib bildiklərinə erməni deyirsən. Ağzına yiyəlik elə. Allahına şükür elə ki, Əli Nağıyev sənin babanı erməni çıxarıb. Birdən türkmən çıxaraydı? Onda axı Britaniya hökuməti səni Türkmənistana deportasiya da eləyə bilərdi. Ora çatan kimi ağzına bir ovuc qum töküb həmişəlik susdurardılar. Ya da Ruandaya. Ruandada əvvəl şalvarını çıxarardılar, çünki orda lüt çoxdur. Lüt qalandan sonra başına hər iş gələ bilərdi. Ona görə, ingilis demişkən, mind your language…

Bu qədər. Təbriklər və Ցտեսություն!

Mirzə Əlil

06. 12. 2023, Samara

BİR KƏRƏ QALXAN BAYRAĞIN ENMƏYİ

LAF TV LƏMAN

Ləman Afət qızı yenə efiri,

Sarsıdır təcili və şok xəbərlə,
Sel kimi göz yaşı axıdıb deyir,

Bizdə olmamışdı belə şok hələ. hələ.

 +

Ölkədə baş verib, deyir, faciə,
Ağırdır Şekspir faciəsindən.

Baş verib qəfildən, baş verib gecə,
Səhər xəbər gəlib nəticəsindən.

 +

Yoxmuş həndəvərdə bir insan oyaq,
Oğru da, bandit də yataqda ikən.
Bir kərə göylərə ucalan bayraq,

Enib, yıxılıbdır gözlənilmədən.

 +

Qara asfalt üstə sərilib qumaş,

Qırılıb dəstəyi bir neçə yerdən.

Hadisə yerinə gəlib Ali Baş

Komandan. Öyrənir bu işi şəxsən.

 +

Ağır şok yaşayır Cəbhə, Müsavat,

Məmmədəmin deyən yalana çıxmış!

Bəlkə İqtidardan gəlir təxribat,

DTX fənd qurub bayrağı yıxmış?

 +

Suçlaya bilərlər Məmmədəmini,

Bəlkə maddəsi də seçilib artıq,

Mühasirədədr bəlkə Novxanı,

Udub sarısın yenə xalq yazıq.

 +

Söz var bir də bayraq ucalmayacaq,
Kiməsə boş yeri olar göz dağı.

Muzey əşyası tək qalacaq ancaq,
Tarixə dönəcək dalğalanmağı,

 +

Dəmir Yumruq indi guya qalxacaq,

Bayraqdan uca, həm bayraqdan yekə,
Elə düzəldəcək onu İlon Mask,
Qolaylana bilsin bütün ölkəyə….

 

05. 12. 2023, Samara