BALIĞI DƏRYAYA ATMIŞAM…

20230721_135628

Balığı dəryaya atmışam, indi,
Özümdən razıyam, qayğılıyam həm.

Balığın dili yox, sular dərindir,
Xaliqə çatarmı bu iş – bilmirəm…

 +

Bu xaliq söhbəti bəlkə də yalan,
Elə yaxşılıq ya eləmə — birdir.

Kimdir hesab çəkən, yazıya alan?

Yemədin, buraxdın, yedin – kim bilir?

 +

Bəlkə dilsiz balıq metaforadır,
Əvəz iztəyənə yaxşılığından:

Birinin qolundan tutub qaldırır,
Gözləyir qoşulsun adına dastan…

 

11.11.23, Samara

КАК ЗАКАЛЯЛСЯ ЦАХАЛ. ИИСУС НАВИН (1)

ЦАХАЛ

Глава 6

6-15) Когда в седьмой раз священники трубили трубами, Иисус сказал народу: воскликните, ибо Господь предал вам город!
17 (6-16) город будет под заклятием, и все, что в нем, Господу; только Раав блудница пусть останется в живых, она и всякий, кто у нее в доме; потому что она укрыла посланных, которых мы посылали;

 

6-19) Народ воскликнул, и затрубили трубами. Как скоро услышал народ голос трубы, воскликнул народ громким голосом, и обрушилась стена [города] до своего основания, и народ пошел в город, каждый с своей стороны, и взяли город.
21 (6-20) И предали заклятию всё, что в городе, и мужей и жен, и молодых и старых, и волов, и овец, и ослов, [всё истребили] мечом.

Глава 7

22 Иисус послал людей, и они побежали в шатер; и вот, [все] это спрятано было в шатре его, и серебро под ним.
23 Они взяли это из шатра и принесли к Иисусу и ко всем сынам Израилевым и положили пред Господом.
24 Иисус и все Израильтяне с ним взяли Ахана, сына Зарина, и серебро, и одежду, и слиток золота, и сыновей его и дочерей его, и волов его и ослов его, и овец его и шатер его, и все, что у него [было], и вывели их на долину Ахор.
25 И сказал Иисус: за то, что ты навел на нас беду, Господь на тебя наводит беду в день сей. И побили его все Израильтяне камнями, и сожгли их огнем, и наметали на них камни.

Глава 8

24 Когда Израильтяне перебили всех жителей Гая на поле, в пустыне, куда они преследовали их, и когда все они до последнего пали от острия меча, тогда все Израильтяне обратились к Гаю и поразили его острием меча.
25 Падших в тот день мужей и жен, всех жителей Гая, было двенадцать тысяч.
26 Иисус не опускал руки своей, которую простер с копьем, доколе не предал заклятию всех жителей Гая;
27 только скот и добычу города сего [сыны] Израиля разделили между собою, по слову Господа, которое [Господь] сказал Иисусу.
28 И сожег Иисус Гай и обратил его в вечные развалины, в пустыню, до сего дня;

DANTE. CƏHƏNNƏM, 22-Cİ NƏĞMƏ

22-Cİ NƏĞMƏ

(fraqment)

1 Görmüşdüm əvvəllər atlıları mən,

Baxış keçirəndə, həmlə anında,
Xilas məqsədiylə ya da çaparkən.

 +

4 Gördüm üstünüzə atılanda da,
Atlı dəstələri, mən, artenlilər,

Turnir yarışları ya da qızanda.

 +

7 Şeypurlar, təbillər ya da ki, zənglər

Çalınar, nişanla ya qüllələrdən,

Yerli ya əcnəbi alətlər dinər.

 +

10 Bilmirdim beləcə qaba zurna mən,

Qovar atlıları, piyadaları,

Gəmini —  ulduz da parlasa birdən.

 +

13 Birgə on şeytanla getdik irəli,

Nə dəstə! Nəciblər kilsələrdədir,

Aşxanasa yığır qarınpaları

 +

16 Qətrandaydı bütün diqqətim indi

Görüm Boqlianın içində nə var

Yanan adamları orada həm də.

 +

19 Necə delifinlərin beli qıvrılar,

Nişan verən zaman dənizçilərə,
Xilas edə bilsin gəmini onlar.

 +

22 Bir az ağrısını azaltsın deyə

Bir yazıq belini elə qaldırır,
Çəkilir bir anda sonra geriyə.

 +

25 Xəndək qırağından qurbağaların,
Necə sudan ancaq üzləri qalxır

Su altında qalır pəncə və qarın,

 +

28 Duruşu eləydi günahkarların,

Barbariçça yaxın gələn tək ancaq,

Cumurlar altına yenə qaynarın.

 +

31 Ürəyim sıxıldı birinə baxcaq –

Dayanıb – qurbağa durur necə tək,

Sonuncu yoldaşı suya batınca.

 +

34 Qətranlı saçını çəngələyərək,
Çəkdi yaxındakı Qraffiakan

Mənə göründü o, susamuru tək.

italyancadan tərcümə

Noyabr 2023, Samara

QAÇ, ERMƏNİ TOPLUSU, GƏLİR YERAZ ORDUSU!

rəvan qulu

LAF TV demişkən: ŞOK! TƏCİLİ! Yerazlar Qərbi Azərbaycana qayıdırlar! İrəvanı alırıq!

Qarşımızda nə gözəl perspektivlər açılır: yerazlar getsə, akademiya boşalacaq, Bakıda və rayonlarda məmur yerlərinin yarısı boşalacaq, ali məktəblərdən boşboğaz, rüşvətxor müəllimlərin yarısı gedəcək…

Hava, hava nə qədər təmizlənəcək!

Ancaq əvvəlcə biz gərək  İrəvanı alaq. Fikir verirsiniz? Mən demirəm “yerazlar ala”. Deyirəm ki, “biz” alaq. Çünki Yerazlar guya vətən bildikləri İrəvan uğrunda vuruşan deyillər. Hamısının evi, vəzifəsi, pulu. Dəlidirlərmi gedib qan tökələr?

İrəvanı yerazlar üçün biz almalıyıq. Biz – yəni leriklilər, astaralılar, masalılılar, biləsurarlılar, salyanlılar, neftçalalılar, şirvanlılar, şamaxılılar, qubalılar, qusarlılar.

Yadınızdadırsa, ağdamlılar, laçınlılar, qubadlılılar, zəngilanlılar, kəlbəcərlilər zar-zar ağlayırdılar ki, Qarabağı gərək qaytaraq. Nəhayət, türkün təpkisi ilə müharibə başlandı. Yurdlarından qovulmuş qarabağlılar gedib vuruşdular? Yox, onlar Rusiyada, Türkiyədə keflərini davam etdirdilər, pullarını artırdılar, müharibəni çempionlar liqası kimi izlədilər. Salyanlılar, leriklilər, xaçmazlılar, hacıqabulular, astaralılar  vuruşdular, qan tökdülər, öldülər. Onlara fəxri ad, orden də verilmədi. Aldıqları məmur medal oldu. Bəbəninlərind qəlpə gəzdirən müharibə əlillərindən neçəsi indiyəcən təqaüd də ala bilmir…

İndi bu yerazlar İrəvan qovğasını qızışdırırlar. Arxayndırlar ki, yenə talışı, ləzgini, tatı, salyanlını, şamaxılını, beyləqanlını, goranboylunu basacaqlar erməni gülləsinin qabağına.

Yerazların böyük əksəriyyət Bakıda yaşayır. Bakı ikinci Qarabağ müharibəsində demək olar ki, orduya əsgər verməyib!

Bu yerazlar son vaxtlar hansısa Rəvanqulunu qəbirdən xortladıb çıxarıblar ki, bu cənab İrəvanın əsasını qoyub.

Yalançının lap…

Yerazlar deyirlər ki, İrəvanda milyon məscid olub.

Bəs şair? Yazıçı? Dramaturq? Bəstəkar? Tibb professoru? Olublar? Hanı kitabınız, əlifbanız?

Məcsiddən mədəniyyət çıxmır! İranda milyard məscid var, bu miyard məscid Üzeyir bəy kimi bir bəstəkar yetirə bilməz. Üzeyir bəyi rusun açdığı realnı məktəb, Qori seminariyası yetirib.

1875-ci ildə Həsən bəy Zərdab yazırdı ki, erməni qırx qəzet çıxarır, bizim bir qəzetimiz var, onu da saxaya bilmirik.

Ermənilər öz qəzetlərini özləri yaradıb özləriu saxlayırdılar. “Əkinçi” Bakıda rus qubernatoronun dəstəyi ilə yaranmışdı. Rus qubernatoru məmurları məcbur edirdi ki, xəzinə hesabına qəzeti alıb paylasınlar. Yəni bizim millətin qəzet təlabatı yox idi. Bu tələbatı rus təhsilli Zərdabi rus quberanatorunun dəstəyi ilə yaradırdı.

Qəzet cəmi iki il çıxdı…

Mən bu yerazların İrəvan kampaniyasını görəndən, eşidəndən sonra fikirləşdim ki, Azərbaycan hər min nəfərə düşüğən başıxarabların sayına görə dünyada birinci yerdə olmalıdır. Sonra düşündüm ki, yox, bu kampaniyanı aparanların başı xarab deyil. Bu kampaniyada da mənfəəti olanlar var, bir stəkan çayı Qarabağda on manata satanlar üçün birinci yerdə mənfəətdir. Biz birinci yeri loxların, həriflərin sayına görə tuta bilərik. Qorxuram ki, bu yerazlar milləti qızışdırıb təzə müharibə başladanda yenə lerikli, cəlilabadlı, şamaxılı, qubalı, salyanlı dilsiz-ağızsız heyvan kimi gedə qanını tökməyə…

Eh, Azərbaycan ölkə deyil. Bandit “krışa”sı altında fəaliyyət göstərən kazinodur… Canını salamat qurtaran gərək Allahına şükr eləyə…

Mirzə Əlil

08. 11. 2023, Samara

…EV №26, DOSTUM CƏFƏRƏ

Elə həminkiyəm, bilmək istəsən,

Sıravi qocanın adi həyatı.

Pensiya ödəyir rus hökuməti,

Çatar boğazacan yeyib-içməsən.

 +

Rus davam eləyir müharibəyə,
Yekdil dəstəkləyir Putini də xalq,

Milyonlar ölümə gedir qalxaraq,
Kim ayrı söz desə, gedir türməyə.

 +

Mən heç danışmıram — ayrı söz nədir! —
Dilim dinc həmişə, başım aşağı.

Ya “bəli” deyərən, ya “yox” uzağı,

Sükut içində də günlərim gedir.

 +

Ömür də uzandı gözlənilmədən,
Gün var, həvəssə yox gün keçirməyə,

Bilmirsən cəzadır yoxsa hədiyyə.
Bu haqda özün nə fikirdəsən sən?

 +

Yetişdim yetmişə — bu rəqəm çətin,
Ali riyaziyyat məsələsindən.
Dolaşıb qalıram, çünki kütəm mən,
Qəlbdə, həm beyində ağrısa kəskin…

 +

Doğrultdum əsaslı şübhələrini,

Mənə əzizlərin və yaxınların,

Qaçmadım dalınca adın və varın,
Haqlıdır “uğursuz” görənlər məni.

 +

Təkcə uzaq deyil, yaddır həm Vətən,

Unudulur, ölür nə yazıramsa.
Özüm yaşayıram, canlııyam, sağam,

Nə etmək, belə bir klassikəm mən…

07.11. 2023, Samara

QURBAN MƏMMƏDLİ OYUNUNDAN QALMIR, İNDİ DƏ İNKİVİZİTOR ROLUNDA

Qurban Məmmədli inki

Rus dilində  «адиминистративный восторг» ifadəsi var, onu ilk dəfə F. Dostoyevski “Cinlər” romanında Stepan Trofimoviçin dilindən işlədib.

“…поставьте какую-нибудь самую последнюю ничтожность у продажи каких-нибудь дрянных билетов на железную дорогу, и эта ничтожность тотчас же сочтет себя в праве смотреть на вас Юпитером, когда вы пойдете взять билет, pour vous montrer son pouvoir. «Дай-ка, дескать, я покажу над тобой мою власть».

“lap axırıncı cındırın birini qoyun dəmir yolunda ən vecsiz  biletlərin satışının üstündə, və bu cındır həmin anda özünü haqlı biləcək ki, sizə Yupiter zirvəsindən baxsın, siz bilet almağa gedəndə, hakimiyyətini göstərmək üçün deyəcək: “Aha, indi mən sənin üstündə hakimiyyətimi göstərərəm”. (tərcümə mənimdir – X.X.)

Qurban Məmmədli 5 noyabr 2023-cü il tarixli verilişində özünü eynilə bu cür aparırdı. Verilişin 10-cu dəqiqəsində elan elədi ki, “Məhsəti xanımın səhhətində problemlər var, gəlin olu təcili dinləyək”. Məhsəti Hüseynovanın oğlu İsmayıl Tərtər işinə görə şərlənib tutulub, indi də türmədədir, işgəncələr göüb, müstəntiqlər, dustaqlar və hətta dövlətin təyin etdiyi vəkil (!) tərəfindən döyülüb. Qadın illərlə oğlunun dalınca sürünməkdən üzülüb, ciddi xəstə olduğu aydın görünür. Qurban Məmədli bu xəstə qadına düz 52 (!) dəqiqə işgəncə verdi, suallarına aldığı cavabları dönə-dönə “yalan” adlandırdı.

“Sən hüququnu bilmirsənsə, it günündəsən”.

Belə çıxırdı ki, Məhsəti Hüseynova bütün hüquqi prosedurlara düz əməl etsəydi, ərizələrini vaxtında yazıb altında ünvanını göstərsəydi, oğlu çoxdan azadlıqda olardı. Qurban Məmmədli vətəndaşların fəlakətli vəziyyətini hüququ bilmədikləri ilə bağladı.

Çox gözəl, çox pakizə!

Qurban Məmmədli Sabirabad yuristi olsa da, özünü Harvard məzunlarından əslkik bilmir. Razıyıq. Yaxşı, sən ümumiyyətlə hüququ və öz hüquqlarını bilirsənsə, niyə üç dəfə türmədə yatmısan? Niyə sənin düzgün yazdığın ərizələr səni o həbslərin birindən qurtarmayıb? Əksinə, gündüz-günorta vaxtı evini dağıdıb uşaqlarını, nəvələrini atıblar küçəyə.

Əgər hüquqi prosedurları bilməklə özünü zordan, təqibdən qorumaq mümkünsə, cənab Məmmədli, niyə Londona qaçırdın? Niyə oturub «düzgün ərizələr» yazaraq «yuxarılara» göndərmirdin, hə? Belə çıxır ki, Azərbaycandan qaçmağının səbəbi siyasi təqib deyil. Sən Londona kefə getmisən.

Düzgün yazılan ərizə hüquqi dövlətdə effektli ola bilər. Azərbaycan belə bir dövlətdirmi? Azərbaycnda hüquq varsa, cənab Qurban, siz niyə ali məhkəmənin sədrini, baş prokuroru, hərbi prokouroru oğru, şərəfsiz, namussuz, “it südü əmmiş” adlandırırsınız?

Gözəl bilə-bilə ki, hüquq yoxdur, niyə bu bədbəxt qadına belə işgəncələr verirsiniz? Başa düşürəm ki, siz efirlərinizin dörddən üçündə gününüzü yubadırsınız. Öz işinizdir. Ancaq fəlakətə uğramış, həyatı viran olmuş qadını əla salmağa nə haqqınız var?

Mən sizin arvadınızı, bacılarınızı sizin kimi bir xamın qabağında görmək istərdim. O xam qışqıraydı arvadınızın, bacınızın üstünə ki, hüququ bilmirsiniz, ona görə it günündəsiniz…

Mən hər üç-beş dəqiqədən bir çeirirdim kanalı Əl Cəzirəyə, BBC-yə, qayıdıb görürdüm ki, Qurban öz kefindədir, işgəncə verməkdə davam edir edir. Məhsəti xanım isə Qəzza qurbanlarını xatırladırdı…

Axırda qadın nalə çəkdi:

«Vallah, mən özümü piss hiss eləyirəm, mən çıxıram”.

Məhsəti xanıma, Allah eləməmiş, bir şey olsa, bilin ki, müqəsssir Qurban Məməmdlidir…

06. 11. 2023, Samara

QƏZZA

Torpaq azad, Qarabağ azaddır,
Bu zəfər xalq üçün bəlaya dönüb.

 +

Dəyənək endirir polis dinənə,
Həyatı insanın cəzaya dönüb.

 +

Şəhidin, dustağın ağlar anası,
Sellənib göz yaşı, dəryaya dönüb.

 +

Məzədir Cütlüyə xalqın əzabı,

Hər biri sanki əjdahaya dönüb.

 +

Çox da ki, Azəribaycandır adı,
Zülmü artıb, daha Qəzzaya dönüb.

 

05. 11. 2023, Samara

BATAREYALI RADİO

         Ağənnə bacımın xatirəsinə

Radiomuz var idi bizim batareyalı,
Kəndimizə çox əvvəl işıq çəkilməmişdən.

Taxçamızda yerini yaxşıı xatırlayıram,
Qorunur, təmizlənir, əzizlənirdi həm də.

 +

Məməm həvəskarıydı  ədəbi verilişin,
Bir dəfə qulaq assa, əzbər danışacaqdı.

Yarımçıq qoyacaqdı dərsini, ya işini —

Radio teatrını çox sevirdi bacım da.

 +

Səsləri eşidərdik, səslərə vurulardıq.

Televizor yox idi hələ qonşularda da,

Radionun da yaxşı repertuarı vardı:

“Yevgeniya Qrande”, “Qorio ata” hətta.

 +

Taxçadaydı həmişə mənim də qulaqlarım,

Musiqi ölüsüydüm, xoş idi — nə çalınsa,

Sevirdim “Xoruz baba” danışan nağılları,

Bilmirdim özünü də görərəm mən haçansa.

 +

Salyana hər gedəndə lələm sarıq arası,
Tükənməmiş köhnələr, batareya alardı.
Özünnün radioyla yoxdu ancaq arası,
Bu işə  nə həvəsi, nə də ki, vaxtı vardı.

 +

Arvad-uşaq xətrinə pulu xərcləmirdi o,
O hər cür əyləncəni şeytan işi sayandı.

Dəqiq  vaxtı bilməyə lazım idi radio,

Saat çaş-baş olanda ya da ki, dayananda.

 +

Radio deyənlərin bircə kəlməsinə də
İnam yoxdu kişidə, qulaq asdı-asmadı,

Bolşevik planıyla kolxoz düzəldiləndə,
Varını almışdılar, qoyub “qolçomaq” adı.

 +

Bilirdi ki, dünyada hər şey müvəqqətidir,
İtirmişdi gözündə etibarı adamlar,

Təmizlə natəmizin fərqi bilinmir nədir,

Bu gün ağ deyilənlər sabah qara adlanar.

 +

Zaman məsələsində kələk yerimir ancaq,

Çatmır insanın hökmü saniyədə zərrəyə.

Gün ərzində saatla namazını qılaraq,
Borcunu intizamla ödəyirdi Tanrıya.

 +

Mənsə beş-altı yaşlı…Bilirdim ki, yediyim

Çörəyi Allah verir, lələmdir qazananı.

İndisə qanıram ki, o vaxt bütpərəst idim,
Daşlı radiomuzdu dünyanın yaradanı…

 

03-04. 11. 2023, Samara

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ VƏ QANDAL QITLIĞI

əvəz_zeynallı 2

Əvəz Zeynallının məhkəməsi. Həbsdə olan Rasim Məmmədov şahid kimi gətirilib. Qandalsız. Əvəz Zeynallı hakimə müraciət edir:

Ə. Zeynallı: Möhtərəm hakim, niyə məni bura qoluqandallı gətirirsiniz, Rasim Məmmədovu qandalsız?

Hakim: Bunun səbəbi var.

Ə. Zeynallı: Çox maraqlıdır, deyin, biz də bilək.

Hakim: Ölkəmizdə vəziyyət gərgindir. Erməni terrorçularına qarşı mübarizə davam edir…Hər gün xüsusi orqanlar axtarışda olan terrorçuları aşkar edirlər…

Ə. Zeynallı: Möhtərəm hakim, mən anlamadım, erməni terrorçularının bu qandal məsələsinə nə dəxli var?

Hakim: Dəxli var. Biz o qədər terrorçu tutmuşuq ki, bizdə qandal çatışmazlığı yaranıb. Ona görə Rasim Məmmədovun qandalını çıxarıb bağlamışıq bir erməni dığasının qoluna. Ağır cinayət törədib.

Ə. Zeynallı: Bura məhkəmədir yoxsa sirk? Kimin qoluna bağlamısınız Rasimin qandalını?

Hakim: Onun adını sizə deyərəm… (Katibəyə) Canım, o axır vaxt tutulan dığann adı nədir? Şairimizin adaşını demirəm. O, bizim nazirlərdən birinin adaşıdır. Mədət? Malades, ceyranım. Cənab Zeynallı, dığanın adı Mədətdir, Xocalını qıranlardan. Rasimin qandalını ona bağlamışıq. Zavoddan təzə qandal alanda təzədən açıb bağlayacağıq Rasimə.

Ə. Zeynallı: A kişi, siz camaatı dolamısınız? Ölkədə qandal qıtlığı var? Mən indi Məlahət xanıma deyərəm, gedib evdən iyirmi-otuz qandal gətirər.

Prokuror yerindən dik atılır

Prokuror: Cənab Zeynallı, siz evdə qandal saxlayırsınız? Nə məqsədlə?    

Bilirsinizmi ki, bu, cinayətdir? Yəqin evinizdə  girov da saxlayırsınız.

Ə. Zeynallı: A kişi, mən məsəl üçün dedim…

Prokuror: Yox, siz özünüz də bilmədən ayrı bir cinayətinizi açdınız. Mən sizə qarşı təzə cinayət işi qaldırıram…

Hakim: Dəstəkləyirəm…(Katibəyə) Şəkərim, yaz…

Mirzə ƏLİL

04.11. 2023, Samara

КАК ЗАКАЛЯЛСЯ ЦАХАЛ (2)

ЦАХАЛ

ВТОРОЗАКОНИЕ

ГЛАВА 3

3 И предал Господь, Бог наш, в руки наши и Ога, царя Васанского, и весь народ его; и мы поразили его, так что никого не осталось у него в живых; 

 4 и взяли мы в то время все города его; не было города, которого мы не взяли бы у них: шестьдесят городов, всю область Аргов, царство Ога Васанского; 

6 и предали мы их заклятию, как поступили с Сигоном, царем Есевонским, предав заклятию всякий город с мужчинами, женщинами и детьми; 

7 но весь скот и захваченное в городах взяли себе в добычу.

 и истребишь все народы, которые Господь, Бог твой, дает тебе: да не пощадит их глаз твой; и не служи богам их, ибо это сеть для тебя.

ГЛАВА 7

17 Если скажешь в сердце твоем: «народы сии многочисленнее меня; как я могу изгнать их?»

18 Не бойся их, вспомни то, что сделал Господь, Бог твой, с фараоном и всем Египтом, 

19 те великие испытания, которые видели глаза твои, [великие] знамения, чудеса, и руку крепкую и мышцу высокую, с какими вывел тебя Господь, Бог твой; то же сделает Господь, Бог твой, со всеми народами, которых ты боишься; 

20 и шершней нашлет Господь, Бог твой, на них, доколе не погибнут оставшиеся и скрывшиеся от лица твоего; 

21 не страшись их, ибо Господь, Бог твой, среди тебя, Бог великий и страшный.

22 И будет Господь, Бог твой, изгонять пред тобою народы сии мало-помалу; не можешь ты истребить их скоро, чтобы [земля не сделалась пуста и] не умножились против тебя полевые звери; 

23 но предаст их тебе Господь, Бог твой, и приведет их в великое смятение, так что они погибнут; 

24 и предаст царей их в руки твои, и ты истребишь имя их из поднебесной: не устоит никто против тебя, доколе не искоренишь их.