Архив тегов | kral olmaqdan

Emili DİKİNSON. Heç zaman bilmərik…

We never know how high we are

 
Heç zaman bilmərik necə ucayıq,

Yerdən əgər bizi qaldırmasalar.

Bizə tanrı verəni gizləməsək,

Başımız bəlkə buludlarda durar.

 

Sadədən sadə olardı o zaman,
Qəhrəmanlıq – alışardıq biz ona.

Kral olmaqdan əgər qorxmayaraq

Kiçiltməsəydik biz boy-buxunu.

 

1870

 

tərc.: 14.03.1984 Moskva